“Yeni müqavilə təklif ediblər, ancaq…” – “Atletiko”nun futbolçusu

“Atletiko” klubu futbolçusu Xuanfrana yeni müqavilə təklif edib.

Komanda.az xəbər verir ki, bu barədə 34 yaşlı müdafiəçi “goal.com”a açıqlamasında deyib:

“Atletiko” mənə yeni müqavilə təklif edib, ancaq hələ qərar verməmişəm. Hazırda bütün diqqətimi çempionata yönəltmişəm. Mövsümün sonunda ailəmlə birgə düşünüb, bir qərar verəcəm”.

2011-ci ildən “Atletiko”da forma geyinən Xuanfranın hazırkı müqaviləsi 2020-ci ilin yayında bitir.