Yeni mövsümün püşkatma mərasiminin vaxtı məlum oldu

Azərbaycan Premyer Liqasında 2020/2021-ci illər mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib.

Komanda.az xəbər verir ki, bu barədə PFL məlumat yayıb.

Mərasim 12 avqust tarixində AFFA-nın inzibati binasında keçiriləcək. Klub və KİV nümayəndələri üçün qapalı olacaq tədbir saat 15:00-da başlayacaq.

Püşkatma mərasimi “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.