Yeni mövsümdə “el klasiko”ların vaxtı müəyyənləşdi

“Barselona” və “Real” klubları arasında 2019/20  mövsümündə keçiriləcək “el klasiko”ların vaxtı müəyyənləşib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, ilk “el klasiko” oktyabrın 27-də keçiriləcək. “Nou Kamp”da oynanılacaq matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Komandalar arasında keçiriləcək ikinci oyun isə gələn il martın 21-nə təsadüf edəcək. “Santyaqo Bernabeu”da keçiriləcək matça saat 22:45-də start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button