Mourinyo qovuldu, “Roma” darmadağın oldu

Yeni mövsümə hazırlıqlarını davam etdirən “Roma” komandası yoxlama oyunu keçirib.

Komanda.az xəbər verir ki, Joze Mourinyonun rəhbərlik etdiyi kollektiv İspaniyanın “Betis” komandası ilə qarşılaşıb. Görüş “Roma”nın 2:5 hesablı məğlubiyyəti ilə başa çatıb.

Matçda “Roma”nın heyətində Canluka Mançini, Rik Karsdorp və Lorenso Pelleqrini qırmızı vərəqə alıb. Komandanın baş məşqçisi Mourinyo isə meydandan qovulub və tribunaya göndərilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button