Van Dayk qayıtdı, “Liverpul” uduzdu VİDEO

Yeni mövsümə hazırlıqlarını davam etdirən “Liverpul” yoxlama matçında “Herta” ilə üz-üzə gəlib.

Komanda.az xəbər veri ki, qarşılaşma Almaniya təmsilçisinin 4:3 hesablı qələbəsiylə başa çatıb. “Liverpul”un qollarını Sadio Mane, Takumi Minamino, Aleks Oksleyd-Çemberleyn, “Herta”nın qollarını isə Santyaqo Askasibar, Suat Sərdar və Stevan Yovetiç (2) vurub.

“Liverpul”da ötən mövsüm zədələnən və uzun müddət yaşıl meydanlardan uzaq qalan Vircil van Dayk da bu matçda iştirak edib. Niderlandlı müdafiəçi matçın 69-cu dəqiqəsində meydana çıxıb. Van Dayk ümumilikdə 285 gün sonra “Liverpul”la bir matça çıxıb.

Van Dayk

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button