“Fənərbaxça” mövsümə kubokla başladı

Yeni mövsümə hazırlıqlarını davam etdirən “Fənərbaxça” klubu “The Land of Legends Cup” turnirinin qalibi olub.

Komanda.az xəbər verir ki, həlledici görüşdə “bülbüllər” “Sivasspor”u məğlub edib – 1:0. Görüşdə yeganə qolu Caner Erkin vurub.

Turnirdə “Fənərbaxça” və “Sivasspor”dan başqa, “Antalyaspor” ilə “Beşiktaş” da mübarizə aparırdı. “Beşiktaş” 3-cü, “Antalyaspor” isə 4-cü yeri tutub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button