“Barselona” Sequnda təmsilçisini özünə rəqib seçdi

Yeni mövsümə hazırlıqlarını davam etdirən “Barselona” klubu yoxlama oyunu keçirəcək.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Ronald Kumanın rəhbərlik etdiyi komanda “Jirona” ilə qarşılaşacaq. Görüş sentyabrın 16-da keçiriləcək.

Sequnda təmsilçisi “Jirona” ilə matç Kataloniya komandasının yeni baş məşqçisi Ronald Kuman üçün debüt oyunu olacaq.

“Barselona” son mövsümdə La Liqanı 2-ci sırada bitirib. İspaniya çempionatında yeni mövsümə sentyabrın 11-də start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button