“Sumqayıt” “Şaxtyor”a rəqib oldu

Yeni mövsümə hazırlıqlarını davam etdirən “Sumqayıt” klubunun Antalyadakı təlim-məşq toplanışı çərçivəsində daha bir rəqibi bəlli olub.

Komanda.az xəbər verir ki, “kimyaçılar” Qazaxıstanın “Şaxtyor” klubu ilə qarşılaşacaq. Bu barədə Karaqanda təmsilçisinin rəsmi saytı məlumat yayıb. Görüş yanvarın 25-də keçiriləcək.

“Sumqayıt” Türkiyədə bundan əlavə daha 3 yoxlama oyunu keçirəcək. Ayxan Abbasovun rəhbərlik etdiyi komanda yanvarın 14-də Macarıstanın “Kaposvar”, 17-də Rumıniyanın “Politexnika İaşi”, 21-də isə Polşanın “Arka” klubları ilə qarşılaşacaq.