Yeni baş məşqçi “Neftçi”də nə qədər qazanacaq?

“Neftçi”nin yeni baş məşqçisi Laurentsiu Regekampfın Bakı klubunda nə qədər maaş alacağı məlum olub.

Komanda.az “Prosport”a istinadən xəbər verir ki, rumıniyalı məşqçi bir mövsümdə 480 000 avro qazanacaq. Bu da ayda 40 000 avro deməkdir.

Regekampf sonuncu klubu olan “Universitatya”da (Krayova) ayda 15 000 avro qazanıb.

Bundan başqa, Regekampfa transferlər zamanı sərbəstlik və “Neftçi”ni UEFA Konfrans Liqasının qrupuna çıxaracağı təqdirdə, bonus veriləcək.

“Neftçi” Regekampfla 2 illik müqavilə bağlayıb.

Bizi Telegramda izləyin