Yenə Messi, yenə rekord

“Barselona” İspaniya La Liqasının 18-ci turu çərçivəsində “Qranada”ya 4:0 hesabı ilə qalib gəlib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Kataloniya klubunun hücumçusu Lionel Messi bu oyunda tarixi uğura imza atıb. Qarşılaşmada iki dəfə fərqlənən argentinalı futbolçu İspaniya çempionatında ardıcıl 15 mövsümdə azı 10 qol vurmağı bacaran ilk futbolçu olub.

2005-ci ildən “Barselona”nın əsas komandasında forma geyinən Messinin klubla müqaviləsi cari mövsümün sonunda başa çatır.