Yeddiqat dünya çempionu koronavirusa yoluxdu

Formula 1 üzrə “Mercedes”in pilotu Luis Hamilton koronavirusa yoluxub.

Komanda.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Hamilton karantinə alınıb. Bu səbəblə, yeddiqat dünya çempionu bu həftəsonu Bəhreyndə keçirilməsi planlaşdırılan qran-pridə iştirak edə bilməyəcək.