Rəsmi – Yaya Ture Çin klubunda

“Barselona”nın sabiq futbolçusu Yaya Ture karyerasını Çində davam etdirəcək.

Komanda.az xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi “Tsindao Haynyu” klubuna transfer olunub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Ture ilə imzalanan müqavilənin detalları məlum deyil.

Karyerası ərzində “Monako”, “Barselona”, “Mançester Siti” kimi klublarda forma geyinən Turenin son iş yeri “Olimpiakos” olub. Yarımmüdafiəçi 2018-ci ilin dekabrından klubsuz idi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button