Bu dəfə də İbrahimoviçə “elçi düşdülər”

Yay transfer pəncərəsi dövründə Frank Riberini, Kevin-Prins Boatenqi heyətinə qatan “Fiorentina”nın qış fasiləsindəki əsas hədəfi məlum olub.

Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi “Los Anceles Qalaksi”də forma geyinən Zlatan İbrahimoviçi transfer etmək istəyir. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

“Fiorentina”nın MLS təmsilçisi ilə dekabrda müqaviləsi bitəcək İbrahimoviçə təklif göndərəcəyi bildirilir. İsveçli hücumçu bir müddət əvvəl verdiyi açıqlamada İtaliyaya qayıda biləcəyini demişdi.

Daha əvvəl İtaliyada “İnter”, “Yuventus”, “Milan” kimi klublarda forma geyinən İbrahimoviç, 2018-ci ildən “Los Anceles Qalaksi”nin şərəfini qoruyur.