“Yaxşı nəticə ilə əsgərlərimizə dəstək olmağa çalışacağıq” – Maksim Medvedev

Futbol üzrə Azərbaycan milli komandasının müdafiəçisi Maksim Medvedev UEFA Millətlər Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində Monteneqroya qarşı keçiriləcək səfər oyunu öncəsi fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, “Qarabağ”ın da formasını geyinən təcrübəli futbolçu bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:

“Ölkədəki vəziyyət hamıya məlumdur. Futbolçuların bütün fikri əsgərlərimizin yanındadır. Bura futbol oynamağa gəlmişik. Yaxşı futbol oynamaqla, nəticə qazanmaqla onlara dəstək olmağa çalışacağıq. Rəqibi yaxşı analiz etmişik, oyunlarını izləmişik. Dərk edirik ki, qrupun lideri ilə oynayırıq. Monteneqro millisi müdafiədə inamla oynasa da, son oyunlarda müəyyən boşluqlar buraxdı. Bizdə də rəqib qapısı qarşısında çətin anlar yaşadacaq futbolçularımız var. Baş məşqçinin verdiyi tapşırıqları tam yerinə yetirməliyik”.