Yarımfinalçılar bəlli oldu

Futbol üzrə Fransa kubokunda 1/4 final mərhələsinin oyunları keçirilib.

Komanda.az xəbər verr ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

“Renn” səfərdə aşağı liqa təmsilçisi “Belfort”la qarşılaşıb. Üç cavabsız qola sevinən Liqa 1 təmsilçisi yarımfinala yüksələn tərəf olub.

İkinci oyun günündə iki qarşılaşma baş tutub. Səfərdə “Dijon”la qarşılaşan PSJ rəqibini böyük hesabla məğlub edərək yarımfinala çıxıb.

“Lion” isə “Marsel”lə oyunda minimal hesabla üstün olub.

Son gündə də “Sent-Etyen” “Epinal”a qalib gəlməklə sürprizə imkan verməyib.

Fransa kuboku, 1/4 final

11 fevral

Belfort – Renn 0:3
Qol
: Rafinya, 23. Nyanq, 71-pen. Sibaço, 90+1.

12 fevral

Dijon – PSJ 1:6
Qol
: Şuyar, 13 – Lautoa, 1-öz qapısına. Mbappe, 44. T.Silva, 50. Sarabia, 55; 90+1. Kulibali, 86-öz qapısına.

Lion – Marsel 1:0
Qol
: Auar, 81.

13 fevral

Epinal – Sent-Etyen 1:2
Qol
: Krasso, 62-pen – Bouanqa, 37. Kamara, 58.

Beləliklə, yarımfinalda PSJ “Lion”la, “Sent-Etyen” isə “Renn”lə mübarizə aparacaq. Bu oyunlar martın 3-4-də keçiriləcək.