Yaponlardan saqqal qadağası

Yaponların tarixi idman növü olan sumoda yeni qərarlar qəbul edilib.

Komanda.az xəbər verir ki, Yaponiya Sumo Federasiyası idmançılara saqqallarını uzatmağı qadağan edib. Lakin bəzi idmançılar saqqallarının onlara uğur gətirdiyini deyərək, qərara etirazlarını bildiriblər.

Sumo Federasiyası bu qərarla yanaşı, idmançılara dırnaq uzatmağı və döymə (tatu) etdirməyi də qadağan edib.

Yaponiya Sumo Birliyinin üzvlərindən olan Oquruma da federasiyanın yeni qərarını dəstəkləyib:

“Bu, tarixi olan bir idmandır və uyğunsuz görüntülər olmamalıdır. Dohyo rinqi müqəddəs bir yerdir. İnsanlar sumonu izləməkdən zövq alırlar.”

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button