İnyesta: “Barselona”ya qayıtmaq istədiyimi deyə bilərəm”

Yaponiyanın “Vissel Kobe” klubunda forma geyinən Andres İnyesta açıqlama verib.

Komanda.az xəbər verir ki, “Mundo Deportivo”ya danışan yarımmüdafiəçi, keçmiş klubu “Barselona”ya qayıtmaq istədiyini bildirib:

“Barselona” mənim evimdir, ümid edirəm ki, bir gün ora qayıdacam. Hazırda fərqli situasiya var və nəyisə təxmin etmək olmur. Amma “Barselona”ya qayıtmaq istədiyimi deyə bilərəm. Hazırda diqqətim “Vissel Kobe”dədir və klubumla bir illik müqaviləm var. Bundan sonra nə olacağını bilmirəm, bəlkə, burda qaldım, bəlkə də, ayrıldım”.

İnyesta 22 il “Barselona”da forma geyindikdən sonra 2018-ci ildə “Vissel Kobe”yə keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button