Yaponiyada çempion bəlli oldu

Futbol üzrə Yaponiya çempionatında mövsümün qalibi müəyyənləşib.

Komanda.az xəbər verir ki, lider “Kavasaki Frontale” ən yaxın izləyicisi “Qamba Osaka”nı 5:0 hesabıyla məğlub edərək bütün rəqibləri üçün əlçatmaz olub.

Mövsümün sonuna 4 tur qalmış “Kavasaki Frontale”nin hesabında 75 xal var. “Kavasaki Frontale” çempion olmaqla yanaşı, Asiya Çempionlar Liqasının birbaşa qrup mərhələsində oynamaq hüququ da qazanıb.