Yaponiya millisinin üzvü “Barselona”ya keçir

“Barselona” heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.

Komanda.az xəbər verir ki, Kataloniya təmsilçisi “Kasima Antlers” klubundan Hiroki Abeni transfer etməyə yaxındır. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

“Barselona”nın Yaponiya təmsilçisi ilə 1,1 milyon avro qarşılığında razılaşdığı, 20 yaşlı yarımmüdafiəçi ilə isə 3+2 şərti ilə müqavilə imzalanacağı bildirilir.

Abe, 3 dəfə də Yaponiya millisinin formasını geyinib.