13 yaşlı Olimpiya çempionu

Yaponiya idmançısı Momiji Nişiya Tokio-2020-də rekorda imza atıb.

Komanda.az xəbər verir ki, o, 13 yaş 330 günlüyündə Olimpiya çempionu olub. Nişiya skeytbord yarışlarında birinci yeri tutub.

Bu, dünya idmanı tarixində ikinci rekorddur. Bundan əvvəl, 1936-cı ildə suyatullanma növündə ABŞ təmsilçisi Marcori Qestrinq 13 yaş 268 günlüyündə qızıl medal qazanıb.