Seymur Səlimli UEFA kursunda

Yanvarın 27-dən 31-dək İsveçrənin Nyon şəhərində danışılmış oyunlara qarşı “Winter school” tədris kursu keçirilir. 

Komanda.az AFFA-nın saytına istinadən xəbər verir ki, UEFA-ya daxil olan üzv ölkələrdən 24 nümayəndənin iştirak etdiyi kursda Azərbaycanı UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli təmsil edir. Kursun məqsədi futbolda danışılmış oyunlar probleminin həllinə diqqət yetirmək, gündəmdə olan mövzuları müzakirə etmək, ən yaxşı təcrübələri bölüşmək, yeni üsulları öyrənmək, danışılmış oyunlar əleyhinə əldə edilən son irəliləyişlərdən xəbərdar olmaq, bu hallarla mübarizə aparmaq üçün təlim keçmiş mütəxəssislərin sayını artırmaqdır.