“Zirə”nin futbolçusundan yubiley qolu

Xulio Sezar Rodriqes “Zirə”də yubiley qoluna imza atıb.

Komanda.az “qartallar”ın rəsmi “facebook” hesabına istinadən xəbər verir ki, paraqvaylı hücumçu 15-ci dəfə rəqib qapısına yol tapıb. Bu, Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Səbail”lə cavab oyununa təsadüf edib. Xulionun qolu “qartallar”a 1:0 hesablı qələbə qazandırıb.

Bu matçadək 27 oyunda 14 top vuran forvard, yubiley qolunu rəsmiləşdirib. Rodriqes bütün qollarını 2019-cu ildə vurub. O, ötən mövsümün ikinci yarısında 9 dəfə – Premyer Liqada 8, kubokda 1 dəfə fərqlənib. Cari mövsümdə isə cənubi amerikalı 4-ü çempionat, 2-si kubokda olmaqla 6 dəfə qol sevinci yaşayıb.

28 oyunda 15 qol vuran hücumçunun orta məhsuldarlığı 0,54-ə bərabərdir. O, klub tarixinin bombardirləri siyahısında yalnız Nelson Bonilyadan geri qalır. Salvadorlu 17 qol vurub.

Xulio Bonilyanın rekordlarından birini təkrarlayıb. Belə ki, paraqvaylı Azərbaycan kubokunda 3-cü qolunu vuraraq, “Zirə”nin bu yarışdakı bombardiri adına şərik çıxıb. Nelson da bu yarışda eyni sayda qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button