Biliç yenidən İngiltərədə – Rəsmi

Xorvatiyalı mütəxəssis Slaven Biliçin yeni iş yeri məlum olub.

Komanda.az xəbər verir ki, Biliç, İngiltərənin “Vest Bromviç” klubuna baş məşqçi təyin olunub. Bu barədə Çempionşip təmsilçisinin rəsmi saytı məlumat yayıb. 50 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

Baş məşqçi karyerası ərzində “Beşiktaş”, “Vest Hem” kimi komandaları çalışdıran Biliçin son iş yeri Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-İttihad” olub.