Modriç məvacibinin azaldılmasına razı oldu

Xorvatiyalı futbolçu Luka Modriç “Real”la olan müqaviləsinin müddətini artıracaq.

Komanda.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb. 35 yaşlı yarımmüdafiəçi yeni müqavilə imzalamaq üçün illik məvacibinin azaldılmasına da razılıq verib.

2012-ci ildən “Real”da çıxış edən Modriçin müqaviləsi 2021-ci ilin yayına qədərdir.