Modriç mükafatlandırıldı

Xorvatiya millisinin və “Real”ın futbolçusu Luka Modriç mükafatlandırılıb.

Komanda.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi “qızıl ayaq” mükafatını qazanıb. Bu barədə Xorvatiya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

“Qızıl ayaq” mükafatı hər il 29 yaşdan yuxarı futbolçulara verilir. Mükafata builki namizədlər arasında Kriştiano Ronaldo, Robert Levandovski, Serxio Aquero, Lionel Messi, Ueyn Runi kimi futbolçular yer almışdı.

Mükafatın son sahibi PSJ-dən Edinson Kavani idi.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button