Xorvatiya millisinin üzvü İtaliyada klubunu dəyişdi

İtaliyanın “Cenoa” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi “Latsio”nun yarımmüdafiəçisi Milan Badeli heyətinə qatıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xorvatiya yığmasının üzvü yeni klubu ilə 3 illik müqavilə imzalayıb.

Zaqreb “Dinamo”sunun yetirməsi olan Badel, 2018-ci ildən “Latsio”da çıxış edirdi. 31 yaşlı futbolçu karyerası ərzində “Lokomotiva”, “Hamburq” və “Fiorentina”da da çıxış edib.

Qeyd edək ki, “Cenoa” Badeldən əlavə, icarəyə götürdüyü futbolçuları da rəsmən açıqlayıb. A Seriyası təmsilçisi “Atalanta”dan 21 yaşlı yarımmüdafiəçi Filippo Meleqoni və 21 yaşlı sol cinah müdafiəçisi Lennart Çiborranı, “Suonsi Siti”dən 21 yaşlı hücumçu Joel Asoronu, “Sassuolo”dan 26 yaşlı müdafiəçi Edoardo Qoldaniqanı, “Fənərbaxça”dan 26 yaşlı yarımmüdafiəçi Miha Zayçı, “Yuventus”dan da 27 yaşlı qapıçı Mattia Perini icarə əsasında heyətinə qatıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button