Xorvatiya millisində itki: Əməliyyat olunacaq

İtaliyanın “Fiorentina” klubu ciddi itkiylə üzləşib.

Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisinin futbolçusu Marko Pyatsa zədələnib. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

24 yaşlı futbolçunun əməliyyat olunacağı və 6 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir. Pyatsa müqaviləylə “Yuventus” klubuna məxsusdur. Xorvatiyalı futbolçu mövsümün əvvəlində icarə əsasında “Fiorentina”ya keçib.

Pyatsa Xorvatiya millisinin də üzvüdür. O, AÇ-2020-nin seçmə qrup mərhələsində Xorvatiyanın Azərbaycanla qarşılaşacağı oyunda iştirak etməyəcək. Xorvatiya – Azərbaycan matçı martın 21-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button