Mancukiç Fransa yolunda

Xorvatiya milli komandasının və “Yuventus”un sabiq futbolçusu Mario Mancukiç karyerasını Fransada davam etdirə bilər.

Komanda.az xəbər verir ki, 34 yaşlı hücumçunun meneceri müştərisini “Marsel” klubuna təklif edib. Bu barədə “Foot Mercato” portalı məlumat yayıb. Xəbərdə, Liqa 1 klubunun da Mancukiçin keçidinə müsbət yanaşdığı bildirilir.

Xorvatiyada “Dinamo” (Zaqreb), Almaniyada “Volfsburq”, “Bavariya”, İtaliyada “Yuventus”, İspaniyada isə “Atletiko”nun formasını geyinən Mancukiç son olaraq Qətərin “Əl Duhail” klubunun şərəfini qoruyub.