Mancukiç məşqçiliyə başladı

Xorvatiya milli komandasının sabiq futbolçusu Mario Mancukiç məşqçiliyə başlayıb.

Komanda.az xəbər verir ki, keçmiş hücumçu yığmanın baş məşqçisi Zlatko Daliçin köməkçisi olacaq. Bu barədə Xorvatiya Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.

Karyerası ərzində “Volfsburq”, “Bayern”, “Yuventus”, “Atletiko” kimi klublarda çıxış edən Mancukiç bu ilin sentyabrında karyerasını bitirib.