Natiq Muxtarlı
bütün yazıları
Elnur Həmidov
bütün yazıları
Hüseyn Cəbrayıloğlu
bütün yazıları
Vüqar Məmmədov
bütün yazıları


Gecənin xeyrindənsə gündüzün şəri yaxşı deyilmi?

Etibar Cəbrayıloğlu

Yazsam, onsuz da inanmayacaqsız. Yox, vallah inanmayacaqsız. Yaxşı, belə çox israr edirsizsə yazım da. And olsun FİFA referesi Ramil Diniyevin “Rəvan”- “Xəzər Lənkəran” oyununda elədiyi səhvin əndrabadiliyinə, ötən gün gecə saat ya 4, ya da 5 olardı, təsadüfən AFFA-nın ofisinin qabağından keçirdim. Nə görsəm yaxşıdı?

Gördüm ki, həm AFFA-nın, həm də qonşusu PFL-in bütün otaqlarında işıqlar yanır, mərtəbələrdə də əli sənədli-kağızlı xeyli adam var. Əvvəl-əvvəl bərk həyəcanlandım, bir az sonra təlaş sevinc hissi ilə əvəzləndi. Dedim yəqin möcüzə-filan olub, bizim Premyer Liqamızda iştirak etmək üçün gecə bu vaxtı doqquzuncu komanda tapılıb. Yuxarı mərtəbəyə qalxıb futbol nazirliyimizdə çalışanları ürəkdən təbrik etmək istədim. Sonra fikrimdən daşındım, öz-özümə dedim ki, ay zalım, gecə bu vaxtı əliboş ancaq düşmən qapısını döymək olar. Bəs, hanı sənin “Abşeron” tortun, “Bakı” dönərin, “Xəzər Lənkəran” ləvəngin, “Neftçala” balığın, “Turan-Tovuz” pendirin?

Nə isə gördüm ki, yuxarı mərtəbələrə çıxmağın yeri yoxdu, elə ona görə də həyətdə bir az gözlədim. Həyətdə jurnalist marağı mənə güc gəldi, gecənin bu vədəsində işə çağırılan mürgülü sürücülərdən öyrəndim ki, bir neçə gündü AFFA və PFL bu rejimdə çalışır. Yəni buradakılar nə gecə bilirlər, nə gündüz. Bir mahnıda deyildiyi kimi:

Mən həsəd aparıram
Yatanlara gecələr....

Futbol nazirliyimizin həyətindəki bir gənc mənim bütün suallarımı ətraflı cavablandırdı. Yeri gəlmişkən, bəri başdan deyim ki, həmin cavan nə AFFA-dan, nə də PFL-dən maaş alır. Özü dedi ki, Azərbaycan futbolu ilə dərindən, yəni gecə-gündüz maraqlanır, sonuncu dəfə stadiondan “MKT Araz”la “Karvan”ın oyununu canlı izləyib. Həmsöhbətim dedi ki, qardaş, gecənin bu vədəsində qələbəlik səbəbsiz deyil, AFFA və PFL yeni mövsümə ciddi hazırlaşır. Bəzi maraqlı təkliflər də müzakirə olunur, planlar yazılıb-pozulur.

Babalı gecənin o vədəsində AFFA-nın həyətində söhbət elədiyim həmin gəncin boynuna, guya futbol nazirliyimiz yeni mövsümdə Premyer Liqadakı komandaların sayını 10-a çatdırmaq üçün danışıqlar aparır. Bilirsiz kiminlə? Yazsam, onsuz da inanmayacaqsız, vallah inanmayacaqsız. Yox, əgər belə israr edirsizsə, yazım da, danışıqlar Fil Dişi Sahili Respublikası ilə aparılır. AFFA və bir az da PFL oradakıları razı sala bilsə, Fil Dişi Sahili Respublikasından iki həvəskar komanda bizim Premyer Liqaya qoşulacaq. Və beləliklə, yarış iştirakçılarının sayı düz 10 olacaq.

Sonrakı mərhələdə azarkeşlərin yerli çempionata marağının artırılması nəzərdə tutulur. Deyilənə görə, bunun üçün iki variant üzərində daha çox düşünülür. Birinci variantda stadionlarımıza gələn hər bir azarkeşə pulsuz toyuq dönəri verilməsi, ikinci variantda isə həmin dönərə hətta mayonez vurulması söhbəti var. Guya növbəti həftənin bazar ertəsi gecə saat 4:15-də bu variantlardan biri təsdiqlənməlidi.

Bilirəm, daha hansı təkliflərin müzakirəyə çıxarılması sizi yaman maraqlandırır. Futbolumuzun inkişafı ilə bağlı növbəti ideya bilirsiz nədi? Yazsam, onsuz da inanmayacaqsız. Yox, əgər belə israr edirsizsə, yazım da. AFFA və bir az da PFL təklif edir ki, yeni mövsümdən Vaqif Cavadov hansı komandanın heyətində meydana çıxsa, onun formasının arxasında Cavadov yox, Messi soyadı yazılsın.

Digər bir təklif isə “İnter”lə bağlı gözlənilir. Hə, hə, bizim “İnter”lə. Sponsorsuz qalıb AFFA-ya sığınmağa məcbur olan “İnter”lə. Bu komanda “Şəfa”ya köçəndən sonra şəfa tapmaq əvəzinə daha ağır dərdə düşdü. İndi AFFA da ürəyi yanan çıxıb, istəyir ki, bu komandanın dərdinə çarə eləsin. Ona görə də taleyini söyə-söyə “İnter”də oynamağa razılıq verən hər bir futbolçuya təzə mövsümdən təmiz italyan soyadı veriləcək.

Gecənin o vədəsində AFFA-nın həyətində görüşdüyüm həmin o gənc baş sındırılan başqa yeniliklər barədə də danışmaq istəyirdi. Lakin möhkəm yuxum gəldiyindən, onunla xudahafizləşib getdim yatmağa.

Amma bir məsələ məni yaman narahat edir, milli futbolumuzun başbilənləri bir-birindən belə gözəl, unikal təklifləri niyə ancaq gecələr düşünür? Gecənin xeyrindənsə gündüzün şəri yaxşı deyilmi?

“Het-trik news”


 
tarix: 18-05-2017 10:43

 



Xəbərlər
25.05.2017
14:22 “Atletiko”dan Qrizmannla bağlı açıqlama
14:07 Rusiya FİFA ilə razılaşdı - Pivə satılacaq
13:43 Bakıdakı arena “ən yaxşı yeni stadion” seçildi
13:24 “Trabzonspor” 6 çempionluq kubokunu itirə bilər - 1 həftə vaxt verildi
12:45 Çinlilərdən radikal qərar - 100 faiz vergi
12:23 Azərbaycan klublarının transfer bazarlığı - Yenilənir
12:06 Bundesliqada cərimə zərbəsindən vurulan 10 ən yaxşı qol - Video
11:44 Əzəli rəqibin “şəhər birdi” təbriki - Foto
11:22 Verin, bıçağınızın ağzını da mən oxuyum
11:10 Günün oyunları - TV
10:43 Qal, həyat yoldaşımla sekslə məşğul ol - Foto
10:19 Vahabzadə: Bu seçimi edərkən Prosineçki ilə məsləhətləşdik
10:07 Ronaldo da ilişdi - Həbs edilə bilər
05:51 Qələbəni gözəl futbolla qazanmadılar - Peter Bos 
03:12 Çempionatda 3-cü, 4-cü yer uğrunda oynamaqdansa... - Mourinyo 
02:38 Mourinyo tarix yazdı
01:31 "Qəbələ"dən 8-ci mükafat
01:12 "Çelsi" imtina etdi - Çempionluğu qeyd etməkdən
00:39 "Mançester Yunayted" çempion!
00:14 “Traktorsazi”də azərbaycanlı baş məşqçi
24.05.2017
23:12 “Bavariya” Qetse ilə anlaşdı - 2019-cu ilə kimi 
22:26 Balotelli A seriyasına qayıdır?
21:18 Viktor Valdes klubsuz qaldı
20:15 “Qalatasaray”ın transfer hədəfi - “Barselona”nın müdafiəçisi
19:35 Millimiz məğlubiyyətlə başladı
19:07 "Şəhərdə hamı ona hörmət edirdi" - Video
18:20 Messi yığmada uğursuzdu? - Onda biz döşəmə əskisiyik
17:59 Maşallah Əhmədov: “Adam kişi olar, sən görəcəksən"
17:41 Dünən “Beşiktaş”da idi, bu gün “Qalatasaray”...
17:24 Ranyeri Premyer Liqaya qayıdır
17:02 Messiyə 21 aylıq həbs cəzası!
16:46 “Real”la “Flamenqo”ya çağırış - Ona təzyiq etməyin
16:22 Türkiyəli basketbolçu: Ölkəm yoxdu, Amerika vətəndaşı olmağa çalışıram
16:08 “Roma” türkləri “qaralayıb”
15:43 “Barselona”ya vəd verdi - Başqa təkliflərə baxmayacaq
15:27 “Mənim səhhətim barədə danışmaq onun işi deyil”
15:05 “Mançester Siti”nin futbolçusundan yardım - Terror qurbanlarına
14:36 Milli üzvləriylə jurnalist arasında baş verən qalmaqalla bağlı BƏYANAT
14:24 İspaniya mətbuatı: Valverde 5 futbolçunu “Barsa”da görmək istəmir
14:07 Lam “Bavariya”da qalacaq, ancaq...
13:59 Nazarov “Aue”dən ayrılır?
13:29 Advokat “Adanaspor”u gözləməyəcək
13:08 Türkiyə mətbuatı: “Trabzonspor”un argentinalısı “Qəbələ”yə keçir
12:40 Fətullah Gülənlə Maradona bir yerdə! - Foto
12:23 Gedişi təsdiqləndi - “Barsa”ya keçəcəyi gözlənilən məşqçinin
12:08 “Nyukasl”ın sabiq hücumçusu həbs edildi - Dələduzluğa görə
11:55 Tərlan Əhmədovla bağlı qərar verildi
11:32 Məqsəd Yaqubəliyev “İnter”də
11:21 “Qəbələ”nin futbolçusu Qazaxıstan klubunda
11:07 Dünyanı heyrətləndirən yubkalı və səndəlli xanım - Foto

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2014 © komanda.az