Natiq Muxtarlı
bütün yazıları
Elnur Həmidov
bütün yazıları
Hüseyn Cəbrayıloğlu
bütün yazıları
Vüqar Məmmədov
bütün yazıları


Diniyev: Halallıq verib ayrıldıq - Müsahibə

“Kəpəz”in baş məşqçisi Şahin Diniyevin klubun saytına verdiyi müsahibənin ilk hissəsini dünən təqdim etmişdik.

Komanda.az xəbər verir ki, klub saytı Diniyevin müsahibəsinin ikinci hissəsini də yayımlayıb. Həmin müsahibəni təqdim edirik:

- Orxan Əliyevlə də ilkin razılıq əldə olunsa da, bu futbolçunun da “Kəpəz”dən gedişi mümkündü?
- Açıq deyim ki, bizim bu futbolçu ilə müəyyən fikir ayrılıqlarımız var. Orxan bizə “ola bilsin xaricdən təklifim oldu” deyə, bildirib. “Kəpəz” yerli futbolçularımızın legioner həyatı yaşamasında maraqlıdı və bununla bağlı heç vaxt hansısa futbolçuya əngəl yaratmayacaq. Bizə nə qədər lazımlı futbolçu kimi müqaviləsi olsa belə, onun xaricə yollanmasına şərait yaradacağıq. Oyunçumuzun əcnəbi klublarda oynaması futbolumuzun inkişafına xidmət edir. Biz yalnız “Kəpəz” üçün yox, həm də ölkə futbolunun inkişafına çalışırıq. Hazırda Orxan İslamiadada çıxış edən yığmanın heyətindədi. Onunla danışıqlarımızda bəzi qaranlıq məsələlər oldu. Belə ki, mən ona fikrini dəqiqləşdirmək üçün vaxt verdim. Düzü, çox da gözləyə bilməzdik. Ona görə də, halallıq verib ayrıldıq. Orxanın “Kəpəz”ə çox xeyri dəyib. Öncədən də dediyim kimi, onu MOİK-dən dəvət edəndə ağır əməliyyatdan sonra zədəsini sağaltmaqla məşğul idi, əziyyət çəkirdi. Əliyevin potensialını bilirdim və bu səbəbdən də komandaya götürmüşdüm. İndi o, inkişafını xarici və ya iddialı yerli klubda görürsə, buna mane ola bilmərik. Fikrinə hörmətlə yanaşırıq, uğurlar arzulayırıq. Belə futbolçunun itirmək məşqçi üçün çətindi. Sistemdə olan oyunçunu başqası ilə əvəz etmək vaxt aparacaq. Amma biz buna hazırıq. Rəhbərliyə də Orxanın qərarı ilə bağlı məlumat verib bildirdim ki, o, seçim edə bilmir. Biz isə transferdə tələsməliyik. Çox istəyirəm ki, Orxan böyük futbolçu olsun.

- Dario Frederiko, Nicat Qurbanov, Orxan Əliyev. Adını çəkdiyim hər üç futbolçu cinah oyunçusudu və artıq komandanı tərk ediblər. Onların gedişi ilə “Kəpəz” qanadı qırılmış quşa bənzəyir. Yəqin ki, sizin ehtiyat planınız var.
- Ölkədə olmadığım müddətdə hər gün komanda haqda düşündüm. Problem varsa, deməli, daha çox səylə işləməliyik. Büdcənin azlığına və futbolçulara böyük pullar təklif edə bilməməyimizə baxmayaraq, bizim futbol fəlsəfəmiz və sistemimiz var. Komandanın oyununda sürətli cinah hücumlarına üstünlük veririk, bunun üzərində həmişə çalışırıq. Odu ki, belə futbolçuların hamısını birdən-birə getməsi acınacaqlı durum yaradıb. Amma bunun üzərində iş gedir. Yerli futbolçu transferi üzərində çalışırıq. Bu işlər tamamlanandan sonra çatışmazlıqlar olarsa, üzümüzü legionerlərə çevirəcəyik. Deyim ki, artıq bu yöndə də gərgin işlər davam edir. Buna böyük paralar lazım olsa da, biz az pulla keyfiyyətli iş görməyə çalışacağıq. Necə ki, Dario kimi futbolçunun parlamasına kömək etdik. Eləcə də, futbolu başa vurmağa hazırlaşan Juninyonu yenidən önə çıxardıq. Belə futbolçular hələ bizdə çox olacaq. Bu ayın 20-nə kimi yerli oyunçu bazarlığını yekunlaşdırıb, legionerlərlə məşğul olacağıq. Əcnəbilərdən kimin qalıb, kimin getməsi istiqamətində işlər indi də gedir. Bütün bunlar məlum olandan sonra hansı mövqeyə futbolçu lazım olsa, fikrimizi bu tərəfə yönəldəcəyik. Son mövsümdə heyətimizdə beş legioner olub, onların getməsi və qalması haqda çox şeylər yazırlar. Amma qərarı baş məşqçi verəcək.

- Büdcənin azlığına baxmayaraq, “Kəpəz” transfer dövrünün ən fəal komandalarından sayılır. Son mövsümdə komandanın heyətində olmuş futbolçularla danışıqlarla paralel digər komandalardan dörd oyunçu da kluba cəlb olunub. Onlardan üçü gəncdi. Gənclərlə işləməyi sevən mütəxəsssis kimi düşünürük ki, bu futbolçuların potensialına inanaraq komandaya cəlb etmisiz.
- Onlar ayrı-ayrı yaş qrupları üzrə millilərin üzvləri olublar. Hansısa bir səbəbdən oyunlarında axsama baş verib. Lakin mən onları sistemimdə görürəm. Mənə elə gəlir ki, bir ildən sonra azarkeşlərimiz, futbol ictimaiyyəti onlar haqda ancaq xoş sözlər danışacaq. Bu yaxınlarda mənə “sizin bu transferlərdən xəbəriniz yoxdu, bu futbolçuları rəhbərlik götürüb” deyə, sual verdilər. “Kəpəz”də hərə öz işi ilə məşğuldu. Bu gün heyətə oyunçuların dəvəti və göndərilməsində qərar baş məşqçiyə məxsusdu. Gələnlər və gedənlər haqda rəhbərliyə yalnız raport verirəm və orda atdığım addımlar izah olunur. Mənə yaradılan şəraitə, sərbəstliyə görə rəhbərliyə təşəkkür edirəm. Komandada transferə görə söz sahibi baş məşqçidi. Məşqçi çox şey istəyə bilər. Futbolçu dəvət edəndə büdcəmizə uyğun hərəkət edirik. “Qarabağ”, “Qəbələ” və ya “Neftçi”dən futbolçu istəyə bilərəm. Amma “buna gücümüz catacaq” sualını verib, düşünməliyəm. Kimi gəldi götürmək də düzgün deyil. Yeni götürdüyümüz gənclərə inanıram, potensialları var və onların inkişafına, yenidən milliyə cəlb olunmasına səy göstərəcəyik. Limit məsələsi də var, bunu unutmaq olmaz. Qarşıdakı mövsüm üçün gəncəli gənclərdən heyətə oyunçu götürəcəyik. Onlardan yəqin ki, dördünü əsas komanda ilə birlikdə təlim-məşq toplanışına aparacağıq. Hansı özünü yaxşı tərəfdən göstərəcəksə, komandada qalacaq. Hamısı da qala bilər, ikisi də. Həmin oyunçular birdəfəlik əsas komandada olacaqlar. Artıq gəncəli gənclərin oynamasının, yetişməsinin vaxtıdır, biz onlara dəstək olacağıq.

- Yenilərdən biri də Tural Cəlilovdu. Onun haqda nə deyə bilərsiz?
- Cəlilovu müdafiədəki problemləri həll etmək üçün heyətə cəlb etmişik, təcrübəli oyunçudur. Ona da inanırıq. Onu da deyim ki, daha iki oyunçu ilə danışıqlar aparırıq. Qısa vaxtda işləri yekunlaşdırmalıyıq. Boş mövqelər üzrə legionerləri nəzərdən keçirəcəyik. Çalışacağıq ki, azərbaycanlı gənc futbolçularımız təcrübəli legionerlərdən də nəsə öyrənsinlər. Daha çox yerli oyunçulara diqqətimizi yönəldəcəyik.

- AFFA-nın hesabına Gəncə şəhər stadionunun əsas meydançasının ot örtüyü dəyişdirilir. Bəzi rəqiblərimiz “Kəpəz”in evdə uğurlu çıxış etməsini məhz qazonun bərbad olması ilə bağlayırdılar. Halbuki rəqiblər kimi futbolçularımız da yalnız son məşqə bu meydançada çıxırdı. Texnikalı futbola üstünlük verən komanda olduğumuzdan, çox güman ki, ot örtüyünün dəyişdirilməsi oyunumuza daha da yaxşı təsir edəcək. Siz nə düşünürsüz?
- Onların iki il ərzində meydançadan şikayətlənməsi mətbuatı zəbt edən mövzu olub. Maraqlıdı ki, topla oynamağı daha çox sevən, texnikalı oyuna üstünlük verən “Qarabağ” yeganə klub olaraq heç vaxt meydançadan şikayətlənmədi. Ən pis hallarda belə çıxıb öz oyunlarını oynayıblar. Uğurları da olub, uğursuzluqları da. Amma heç vaxt bunu meydan amili ilə bağlamayıblar. Bizim ön xətdə oynayan futbolçularımız, legionerlərimiz də topla oynamağı sevən oyunçulardı. Belə meydançada yaratmaq çətindi, dağıtmaq asan. Odu ki, meydança bizə çətinlik törədib. Mart ayından başlayaraq bizim ev oyunlarımızın nəticələrinə nəzər salın. Yazda hava ilə bağlı qazonun durumu düzəldikcə uğurlu seriyamıza başlamışıq. Yəni demək istəyirəm ki, meydançanın vəziyyətinin yaxşı olması əksinə, bizə lap yaxşı təsir edir. Şükür, indi meydançamız düzələcək. Buna görə AFFA rəhbərliyinə, prezident Rövnəq Abdullayevə, baş katib Elxan Məmmədova futbol mütəxəssisi olaraq komandamız adından təşəkkür edirəm. Bu, bizim üçün sürpriz hədiyyə oldu, diqqətə görə minnətdarıq. Yeni mövsümdə yəqin ki, komandalar meydançadan yox, oyunun keyfiyyətindən danışacaqlar.

- Füzuli Allahverdiyevin gedişindən sonra məşqçilər korpusunda bir yer boş qalıb. Özünüzə yeni köməkçi götürəcəksiz?
- Bunu rəhbərliklə müzakirə edəcəyik. Bizə “Kəpəz”in uğurları üçün çalışacaq, komandaya yardımçı olacaq məşqçi lazımdı. Eyni zamanda, həmin mütəxəssisin uyğun kateqoriyası olmalıdı. Mayın 20-nə kimi bu məsələyə də aydınlıq gələcək.


 
tarix: 16-05-2017 17:09

 



Xəbərlər
25.05.2017
14:22 “Atletiko”dan Qrizmannla bağlı açıqlama
14:07 Rusiya FİFA ilə razılaşdı - Pivə satılacaq
13:43 Bakıdakı arena “ən yaxşı yeni stadion” seçildi
13:24 “Trabzonspor” 6 çempionluq kubokunu itirə bilər - 1 həftə vaxt verildi
12:45 Çinlilərdən radikal qərar - 100 faiz vergi
12:23 Azərbaycan klublarının transfer bazarlığı - Yenilənir
12:06 Bundesliqada cərimə zərbəsindən vurulan 10 ən yaxşı qol - Video
11:44 Əzəli rəqibin “şəhər birdi” təbriki - Foto
11:22 Verin, bıçağınızın ağzını da mən oxuyum
11:10 Günün oyunları - TV
10:43 Qal, həyat yoldaşımla sekslə məşğul ol - Foto
10:19 Vahabzadə: Bu seçimi edərkən Prosineçki ilə məsləhətləşdik
10:07 Ronaldo da ilişdi - Həbs edilə bilər
05:51 Qələbəni gözəl futbolla qazanmadılar - Peter Bos 
03:12 Çempionatda 3-cü, 4-cü yer uğrunda oynamaqdansa... - Mourinyo 
02:38 Mourinyo tarix yazdı
01:31 "Qəbələ"dən 8-ci mükafat
01:12 "Çelsi" imtina etdi - Çempionluğu qeyd etməkdən
00:39 "Mançester Yunayted" çempion!
00:14 “Traktorsazi”də azərbaycanlı baş məşqçi
24.05.2017
23:12 “Bavariya” Qetse ilə anlaşdı - 2019-cu ilə kimi 
22:26 Balotelli A seriyasına qayıdır?
21:18 Viktor Valdes klubsuz qaldı
20:15 “Qalatasaray”ın transfer hədəfi - “Barselona”nın müdafiəçisi
19:35 Millimiz məğlubiyyətlə başladı
19:07 "Şəhərdə hamı ona hörmət edirdi" - Video
18:20 Messi yığmada uğursuzdu? - Onda biz döşəmə əskisiyik
17:59 Maşallah Əhmədov: “Adam kişi olar, sən görəcəksən"
17:41 Dünən “Beşiktaş”da idi, bu gün “Qalatasaray”...
17:24 Ranyeri Premyer Liqaya qayıdır
17:02 Messiyə 21 aylıq həbs cəzası!
16:46 “Real”la “Flamenqo”ya çağırış - Ona təzyiq etməyin
16:22 Türkiyəli basketbolçu: Ölkəm yoxdu, Amerika vətəndaşı olmağa çalışıram
16:08 “Roma” türkləri “qaralayıb”
15:43 “Barselona”ya vəd verdi - Başqa təkliflərə baxmayacaq
15:27 “Mənim səhhətim barədə danışmaq onun işi deyil”
15:05 “Mançester Siti”nin futbolçusundan yardım - Terror qurbanlarına
14:36 Milli üzvləriylə jurnalist arasında baş verən qalmaqalla bağlı BƏYANAT
14:24 İspaniya mətbuatı: Valverde 5 futbolçunu “Barsa”da görmək istəmir
14:07 Lam “Bavariya”da qalacaq, ancaq...
13:59 Nazarov “Aue”dən ayrılır?
13:29 Advokat “Adanaspor”u gözləməyəcək
13:08 Türkiyə mətbuatı: “Trabzonspor”un argentinalısı “Qəbələ”yə keçir
12:40 Fətullah Gülənlə Maradona bir yerdə! - Foto
12:23 Gedişi təsdiqləndi - “Barsa”ya keçəcəyi gözlənilən məşqçinin
12:08 “Nyukasl”ın sabiq hücumçusu həbs edildi - Dələduzluğa görə
11:55 Tərlan Əhmədovla bağlı qərar verildi
11:32 Məqsəd Yaqubəliyev “İnter”də
11:21 “Qəbələ”nin futbolçusu Qazaxıstan klubunda
11:07 Dünyanı heyrətləndirən yubkalı və səndəlli xanım - Foto

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2014 © komanda.az