Natiq Muxtarlı
bütün yazıları
Elnur Həmidov
bütün yazıları
Hüseyn Cəbrayıloğlu
bütün yazıları
Vüqar Məmmədov
bütün yazıları


“Neftçi” elə “Neftçi”di... və ya biz niyə ingilis ola bilmirik?

Azərbaycan kubokunun ilk qalibi hansı komandadı? Çox da uzaq olmayan tarixdə, 1992-ci ildə kubok almış komandanın adını yəqin ki, çoxu xatırlamır. Bu komandanın adı “İnşaatçı”dı. Artıq həyatda yoxdu.

Bəs ən qədim kubok yarışı olan və “FA Cup” adlanan İngiltərə kubokunun ilk qalibinin adı nədi? Çox uzaq tarixdə, 1871-72-ci il mövsümündə Britaniya dövlətlərindən birində keçirilən yarışda kuboku qazanmış bu komandanın adını da yəqin ki, bizdə tanıyan az olar. Yazaq, bilməyənlər də bilsin. Onun adı “Uonderers”di. Və... yaşayır.

Təkcə İngiltərənin yox, Avropanın digər ölkələrinin də klublarına baxsaq, əksərinin yaşının yüzü keçdiyini görərik. Hazırda İngiltərə Premyer Liqasında yarışan ən gənc komandanın yaşı bilirsizmi nə qədərdi? Bu komandanın adı “Suonsi”di və nə az, nə çox, 105 yaşı var.

Bizim çempionatda yarışan komandalara baxsaq, görərik ki, 8 komandadan 5-i yeni əsrdə yaranıb. Yalnız “Neftçi”, “Kəpəz” və “Qarabağ”ın yaranma tarixi sovet dövrünə aiddi. Niyə? Bizim futbol bəyəm təzə yaranıbmı ki, o dövrə aid komandamız olmasın? Əlbəttə, yox.

Futbolumuzun yaranma tarixini 1911-ci ilə aid edirlər. Hələ statistiklərimiz dava edir ki, futbolumuzun yaranma tarixi daha qədimdi, ermənilər, ermənipərəstlər saxtalaşdırıb, 1911-ci il kimi göstəriblər. Yaxşı, olsun daha qədim. Bəs bu yüz ildən çox olan futbol tariximizin qocaman komandaları hardadı? Bir dənə “Neftçi”di, bəs qalanları hanı? Cavab ürəkaçan deyil. Qalanları dağılıb...

Gəlin futbol tariximizə qısa ekskursiya edək.

1911-ci ildən 1917-ci ilə kimi keçirilən Bakı çempionatının qalibləri olmuş “Britiş Klab”, “İdmançı”, “Balaxanı Futbol Dərnəyi”, “Sokol” komandalarının sonrakı taleləri haqqında məlumat yoxdu. 1921-ci ildə Bakının "Tərəqqi" komandasının Moskva "Dinamo"suna 3:1 hesabı ilə qalib gəlməsinə aid statistik məlumatlar var. Qeyd edək ki, 1992-ci ildə keçirilən Azərbaycanın ilk müstəqil çempionatında “Tərəqqi” adında komanda olub. Sonrakı mövsüm “Azneftyağ” adı ilə çıxış edib və daha sonra dağılıb. Bundan başqa, 30-cu illərə aid məlumatlarda Bakının “Cənub inşaatçısı”, “Temp”, “Dinamo”, “Lokomotiv” komandaları Azərbaycan SSR-nin kubokunun qalibləri kimi göstərilib. Bəs hardadı bu komandalar? Əlbəttə ki, dağılıb.

Bunlar hələ bir qədər qədim komandalarımızdı. Müstəqillik qazanandan sonra nə qədər komandamız dağılıb və bu dağılma bu günədək davam edir. Belə getsə, dağılma davam edə-edə də gedəcək. Hardasa bu dağılmanı başa düşmək də olar. Bizdə futbol gəlirsiz sahədi. Sponsor bir neçə il pul yatırdıqdan sonra bunun mənasız olması nəticəsinə gəlir və imtina edir. Yaxud bir başqa sponsor müflis olur və bu səbəbdən komandasına istəsə belə, kömək edə bilmir.

Komandaların dağılması ilə yanaşı, yeni klublar da yaranır. Hər il çempionatımızda yeni komandalar görünür.

Bütün bunları hardasa normal saymaq olar. Keçid dövr iqtisadiyyatında belə təlatümlərə normal baxmaq lazımdı. Amma mən burda diqqəti bir məsələyə çəkmək istəyirəm. Olmazmı ki, yeni klub yaratmaq istəyən sponsor həmin dağılmaq ərəfəsindəki klubu götürüb, işi, estafeti davam etdirsin? Müstəqil çempionatımızın yarandığı gündən bu günə qədər 50-dən çox klub dağılıb. Və xeyli klub da yaranıb. Futbola gəlmək istəyənlər dağılan klubları bərpa edə bilməzlərmi? Burda ad elə də ciddi rol oynamır. Əsas maliyyə mənbəyi, azarkeş və nəticədi. Azarkeşi yığmaq üçün isə daha əvvəlki kluba sahiblənmək lazımdı. Tutaq ki, Bakının “İnter” klubunun 200 azarkeşi var. O komanda bu gün dağılsa və yerinə başqa klub gəlsə, həmin azarkeşlər də itib-batacaq. Amma bu klubun dağılma ərəfəsində digər bir sponsor götürüb işi davam eləsə, həmin azarkeşlər qalacaq və tədricən artacaq. Zaman keçdikcə adı da dəyişmək olar. Burda əsas müsbət məqam o olacaq ki, əvvəlki klub dağılmış sayılmayacaq, tarixi daha əvvələ təsadüf edəcək və əvvəlki sponsorun dövründəki titullar komandanın adında qalacaq.

Məsələn, ilk müstəqil Azərbaycan kubokunun sahibi “İnşaatçı” komandasının adını bu gün biz yarışan komandalar arasında görmürük. “İnşaatçı” dağılandan sonra Bakıda nə qədər yeni komandalar yaranıb? Olmazdımı ki, yeni komanda yaradan sponsorlardan biri həmin “İnşaatçı”nı bərpa edərdi? Təbii ki, bu mümkün idi. Taleyin gərdişindən, Azərbaycan SSR-nin ilk kubok sahibinin adı da “İnşaatçı” olub. Sadəcə, adının qabağında “cənub” sözü olub. Yəni “Cənub inşaatçısı”. Rusların “footballfacts.ru” saytına inansaq, həmin “Cənub inşaatçısı” elə bu “İnşaatçı”nın sələfidi. İndi futbola gələn hansısa sponsorun yeni komanda yaratmaqdansa, bu komandanı bərpa edərək, qazandığı titulları da götürüb “Cənub inşaatçı”sının yaranma tarixindən - 30-cu illərdən qoymaqla bərpa etməsi yaxşı olmazmı? Bunu edən olsa, həmin fərd olacaq Azərbaycanın ən qədim komandasının sahibi...

Futbol komandası yaşlı görünəndə sanballı olur. Ona köhnə yox, qədim deyirlər. Bu gün “Neftçi” turnir cədvəlində nə qədər aşağıda olsa da, adı, sanbalı var. Necə deyərlər, “Neftçi” elə “Neftçi”di.

Və yaxud “Neftçi” ilə eyni vaxtda yaranan və SSRİ çempionatının güclülər dəstəsində ilk təmsilçimiz kimi çıxış edən “Temp” komandasını bərpa etmək mümkün deyilmi?
Bundan başqa, 30-cu illərdə “Dinamo” komandası da olub. Sonradan “Bakı”nın sələfi olan “Dinamo” adında komanda da 1997-ci ildə yarandı. Amma bərpa edilmədi. Bərpa edilsəydi, yaranma tarixi 1997-ci il yox, 30-cu illər göstərilərdi.

Bəlkə də, futbolumuzda olan bir çox problemlərin fonunda dağılmış klubların bərpa edilməsi kimi bir təklif qəribə səslənə bilər. Amma bəzən ən xırda detalda böyük həqiqət gizlənir. Niyə İngiltərə çempionatının səviyyəsi dünyada öncüldü? Bunun səbəblərindən biri yəqin ki, onların mühafizəkar (konservativ) olmalarıdı. Mühafizəkarlığın çempionatın səviyyəsinin yüksəlişinə nə kimi müsbət təsiri var? İngilislər köhnə klubları dağıdıb yenisini yaratmağı xoşlamırlar. Ən qədim klubları “Şeffild” (159 yaş ) bu gün də yaşayır. Premyer Liqada ən gənc klubun yaşı yüzdən yuxarıdı. Bunun nə kimi faydası var? Köklü klubların çoxlu azarkeşi olur və bu çoxalma artan sıra ilə irəliləyib, ölkənin sərhədlərini aşır. Bu klublara olan maraq çempionata baxanların sayını çoxaldı. Yeni tamaşaçı yeni sponsorlar, biletlərin qiymətlərinin, teleyayım müqavilələrinin artması deməkdi ki, bu da ümumi səviyyəni yüksəldir.

Yazının əvvəlində İngiltərə kubokunun ilk sahibi “Uonderers” komandasının bu gün də yaşamasını yazmışdıq. Amma bu klub da vaxtı ilə dağılıb. 1887-ci ildə maliyyə çatışmazlığı üzündən fəaliyyətini dayandırıb. Amma... 120 il sonra - 2009-cu ildə “Uonderers” fəaliyyətini bərpa edib. Və hələlik ən aşağı liqalardan birində yarışır. Tipik ingilis mühafizəkarlığı...

Vüqar Məmmədov


 
tarix: 15-05-2017 14:24

 



Xəbərlər
25.05.2017
14:22 “Atletiko”dan Qrizmannla bağlı açıqlama
14:07 Rusiya FİFA ilə razılaşdı - Pivə satılacaq
13:43 Bakıdakı arena “ən yaxşı yeni stadion” seçildi
13:24 “Trabzonspor” 6 çempionluq kubokunu itirə bilər - 1 həftə vaxt verildi
12:45 Çinlilərdən radikal qərar - 100 faiz vergi
12:23 Azərbaycan klublarının transfer bazarlığı - Yenilənir
12:06 Bundesliqada cərimə zərbəsindən vurulan 10 ən yaxşı qol - Video
11:44 Əzəli rəqibin “şəhər birdi” təbriki - Foto
11:22 Verin, bıçağınızın ağzını da mən oxuyum
11:10 Günün oyunları - TV
10:43 Qal, həyat yoldaşımla sekslə məşğul ol - Foto
10:19 Vahabzadə: Bu seçimi edərkən Prosineçki ilə məsləhətləşdik
10:07 Ronaldo da ilişdi - Həbs edilə bilər
05:51 Qələbəni gözəl futbolla qazanmadılar - Peter Bos 
03:12 Çempionatda 3-cü, 4-cü yer uğrunda oynamaqdansa... - Mourinyo 
02:38 Mourinyo tarix yazdı
01:31 "Qəbələ"dən 8-ci mükafat
01:12 "Çelsi" imtina etdi - Çempionluğu qeyd etməkdən
00:39 "Mançester Yunayted" çempion!
00:14 “Traktorsazi”də azərbaycanlı baş məşqçi
24.05.2017
23:12 “Bavariya” Qetse ilə anlaşdı - 2019-cu ilə kimi 
22:26 Balotelli A seriyasına qayıdır?
21:18 Viktor Valdes klubsuz qaldı
20:15 “Qalatasaray”ın transfer hədəfi - “Barselona”nın müdafiəçisi
19:35 Millimiz məğlubiyyətlə başladı
19:07 "Şəhərdə hamı ona hörmət edirdi" - Video
18:20 Messi yığmada uğursuzdu? - Onda biz döşəmə əskisiyik
17:59 Maşallah Əhmədov: “Adam kişi olar, sən görəcəksən"
17:41 Dünən “Beşiktaş”da idi, bu gün “Qalatasaray”...
17:24 Ranyeri Premyer Liqaya qayıdır
17:02 Messiyə 21 aylıq həbs cəzası!
16:46 “Real”la “Flamenqo”ya çağırış - Ona təzyiq etməyin
16:22 Türkiyəli basketbolçu: Ölkəm yoxdu, Amerika vətəndaşı olmağa çalışıram
16:08 “Roma” türkləri “qaralayıb”
15:43 “Barselona”ya vəd verdi - Başqa təkliflərə baxmayacaq
15:27 “Mənim səhhətim barədə danışmaq onun işi deyil”
15:05 “Mançester Siti”nin futbolçusundan yardım - Terror qurbanlarına
14:36 Milli üzvləriylə jurnalist arasında baş verən qalmaqalla bağlı BƏYANAT
14:24 İspaniya mətbuatı: Valverde 5 futbolçunu “Barsa”da görmək istəmir
14:07 Lam “Bavariya”da qalacaq, ancaq...
13:59 Nazarov “Aue”dən ayrılır?
13:29 Advokat “Adanaspor”u gözləməyəcək
13:08 Türkiyə mətbuatı: “Trabzonspor”un argentinalısı “Qəbələ”yə keçir
12:40 Fətullah Gülənlə Maradona bir yerdə! - Foto
12:23 Gedişi təsdiqləndi - “Barsa”ya keçəcəyi gözlənilən məşqçinin
12:08 “Nyukasl”ın sabiq hücumçusu həbs edildi - Dələduzluğa görə
11:55 Tərlan Əhmədovla bağlı qərar verildi
11:32 Məqsəd Yaqubəliyev “İnter”də
11:21 “Qəbələ”nin futbolçusu Qazaxıstan klubunda
11:07 Dünyanı heyrətləndirən yubkalı və səndəlli xanım - Foto

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2014 © komanda.az