Natiq Muxtarlı
bütün yazıları
Elnur Həmidov
bütün yazıları
Hüseyn Cəbrayıloğlu
bütün yazıları
Vüqar Məmmədov
bütün yazıları


Tovuz futbolunu “sındırmayın”: Bizə 3 milyon büdcə verin!

Tovuzlular və Tovuz futbolu hər zaman öz əzmkarlığı ilə yadda qalıb, fərqlənib. Bu mövsüm də ənənəyə sadiq qaldılar və bütün komponentləri ilə Premyer Liqaya, Azərbaycan futboluna yaraşan bir komanda, bir klub oldular. Bu həmin komandadı ki, 1-ci divizionda hər ev oyununda üç min azarkeş komandasını dəstəklədi və bu gün on minlərlə tovuzlu bu klubun eşqiylə çırpınır. Hansı ki, Premyer Liqanın öndə gedən klubları belə bu vacib göstəricidə tovuzlulara həsəd aparır. Bir əsrlik tarixi olan Tovuz futbolu həmişə bu cür göstəricilərlə öyünüb. Sərhəddən bir neçə kilometr aralıda olan Tovuz şəhər mərkəzi stadionu Qarabağ müharibəsi dönəmində belə, tam dolu olurdu. “Turan” müharibə dövründə insanların sığınacağı, ilham mənbəyi idi. Elə indi də düşmənlə sərhəd rayon olan bu torpaqlarda hamı futbolu sevir, futbolla nəfəs alır və onu çox yaxşı anlayırlar. Bu gün bu şəhəri futbolsuz qoymaq, öz futbolunu sevməmək, idarəçisi olduğun işi ayaqlamaqdı.

“Turan Tovuz” illərdi Premyer Liqadan uzaq düşüb. Buna baxmayaraq, futbolumuzda, daha dəqiq, milli çempionatda hələ də çox sayda Tovuz futbolunun yetirməsi və tovuzlu futbolçu var. Adları sadalamağa ehtiyac yoxdu, onları hamı tanıyır və bilir.

Bura həmin yerlərdi ki, futbol elitamızda sözünü deyən insanların bir çoxunun karyerası məhz bu klubda formalaşıb.

Daha ciddi səbəblərə gəlincə...

Ölkənin “futbol fabriki” hesab olunan Tovuz futbolu günü bu gün də bütün yaş qrupları üzrə çempionatlarda mübarizə aparır. Klub pulsuz olsa, məşqçiləri ac qarına işləsə belə, futbolçu istehsal edir. Uşaq futboluna ayrılan cüzi xərc və min bir çətinliklə tovuzlular ölkə futboluna yeni simalar bəxş etməyə çalışır.

AFFA Azərbaycan futbolunun idarəçisidi. Çalışma səbəbi futbolu yaşatmaq, inkişaf etdirməkdi. Bu gün bütün futbol adamlarının dediyi kimi, ölkənin “futbol fabriki”ni futbolsuz qoymaq, həm də 100-lərlə uşaq və gənc futbolçunun karyerasını sual altına atmaq, ya da üzərindən xətt çəkməkdi. Bu klubu himayəsiz qoymaq bir məktəbi viran qoymaqdı. Ola bilər “Turan”ın əzmkar futbolu və çempionata rəng qatmağı kiməsə maraqsız gəlsin. Amma buranın “futbolçu fabriki” olması, birbaşa AFFA-nın və Azərbaycan futbol idarəçilərinin maraq dairəsi deməkdi. Bir mövsümlük paytaxt klublarına, gələcəyi, perspektivi olmayan komandalara yatırılan pullardan bir balaca hissəsini ayırın Tovuz futboluna! Hər mövsüm azı 3 və ya 5 futbolçu yetişdirib verək futbolumuz, millimiz üçün. Bizə 3 milyon büdcə verin, 20 milyonluq büdcəsi olan komandalarınızla başa-başa oynayaq, futbolumuza töhfələr verək. Çempionatın azarkeş sayını dəfələrlə artıraq. İstər ev, istər səfər oyunlarında. Nə isə...

İndi “Səbail” klubunun yaradılması və iki daşın arasında Premyer Liqaya çıx(arıl)ması, onlara ayrılan maliyyə onsuz da futbolun idarəedici qurumunun imicinə zərbədi və söz-söhbətlərə birbaşa zəmin yaradır. Məhz bölgə klublarına ehtiyac olduğu bir dönəmdə “Turan”ın Premyer Liqaya buraxılmaması AFFA-nın açıq-aşkar futbolumuzun inkişafını və milli çempionatları vecinə almaması anlamına gəlir və gələcək...

Gələk əsas məqama. “Turan Tovuz” un bir neçə gün vaxtı var. Apellyasiya şikayəti ilə bağlı. Bildiyimə və çox etibarlı mənbələrdən aldığım məlumata görə, AFFA-nın “bank təminatından başqa, lisenziyanın bütün tələblərinə yüksək səviyyədə cavab verirsiz” deməsindən sonra tovuzlular sonuncu məsələni də həll ediblər. Yəni AFFA-nın Lisenziya Komissiyasının iclasından öncə bank təminatı da verilib. Lakin komanda heç bir əsası olmadan Premyer Liqaya buraxılmayıb. Amma vaxt var. Gəlin daşı ətəyinizdən tökün. Daha 160 min azarkeşi Azərbaycan futbolundan uzaq salmayın. Futbol beşiyini futbola nifrət etdirməyin. Siz təkan verin, sonrası mütləq yaxşı olacaq. İstər açıq səhmdar cəmiyyət kimi fəaliyyət göstərməsi, istər digər vasitələrlə “Turan” özü-özünü yaşadacaq. İnsanların kütləvi şəkildə marağı və axını olan yerdən gəlir götürmək asandı. Məhz bununla bağlı klubun idarəçiləri də yaxşı planlar hazırlayıblar. Bunu bacaracaqlar da. Yetər ki, indi bu kritik məqamda Tovuz futbolunu “sındırmayın”. Böyük "Turan"ı çempionatsız, çempionatı “Turan”sız qoymayın!

Azər İsmayıl


 
tarix: 15-05-2017 11:20

 



Xəbərlər
25.05.2017
14:22 “Atletiko”dan Qrizmannla bağlı açıqlama
14:07 Rusiya FİFA ilə razılaşdı - Pivə satılacaq
13:43 Bakıdakı arena “ən yaxşı yeni stadion” seçildi
13:24 “Trabzonspor” 6 çempionluq kubokunu itirə bilər - 1 həftə vaxt verildi
12:45 Çinlilərdən radikal qərar - 100 faiz vergi
12:23 Azərbaycan klublarının transfer bazarlığı - Yenilənir
12:06 Bundesliqada cərimə zərbəsindən vurulan 10 ən yaxşı qol - Video
11:44 Əzəli rəqibin “şəhər birdi” təbriki - Foto
11:22 Verin, bıçağınızın ağzını da mən oxuyum
11:10 Günün oyunları - TV
10:43 Qal, həyat yoldaşımla sekslə məşğul ol - Foto
10:19 Vahabzadə: Bu seçimi edərkən Prosineçki ilə məsləhətləşdik
10:07 Ronaldo da ilişdi - Həbs edilə bilər
05:51 Qələbəni gözəl futbolla qazanmadılar - Peter Bos 
03:12 Çempionatda 3-cü, 4-cü yer uğrunda oynamaqdansa... - Mourinyo 
02:38 Mourinyo tarix yazdı
01:31 "Qəbələ"dən 8-ci mükafat
01:12 "Çelsi" imtina etdi - Çempionluğu qeyd etməkdən
00:39 "Mançester Yunayted" çempion!
00:14 “Traktorsazi”də azərbaycanlı baş məşqçi
24.05.2017
23:12 “Bavariya” Qetse ilə anlaşdı - 2019-cu ilə kimi 
22:26 Balotelli A seriyasına qayıdır?
21:18 Viktor Valdes klubsuz qaldı
20:15 “Qalatasaray”ın transfer hədəfi - “Barselona”nın müdafiəçisi
19:35 Millimiz məğlubiyyətlə başladı
19:07 "Şəhərdə hamı ona hörmət edirdi" - Video
18:20 Messi yığmada uğursuzdu? - Onda biz döşəmə əskisiyik
17:59 Maşallah Əhmədov: “Adam kişi olar, sən görəcəksən"
17:41 Dünən “Beşiktaş”da idi, bu gün “Qalatasaray”...
17:24 Ranyeri Premyer Liqaya qayıdır
17:02 Messiyə 21 aylıq həbs cəzası!
16:46 “Real”la “Flamenqo”ya çağırış - Ona təzyiq etməyin
16:22 Türkiyəli basketbolçu: Ölkəm yoxdu, Amerika vətəndaşı olmağa çalışıram
16:08 “Roma” türkləri “qaralayıb”
15:43 “Barselona”ya vəd verdi - Başqa təkliflərə baxmayacaq
15:27 “Mənim səhhətim barədə danışmaq onun işi deyil”
15:05 “Mançester Siti”nin futbolçusundan yardım - Terror qurbanlarına
14:36 Milli üzvləriylə jurnalist arasında baş verən qalmaqalla bağlı BƏYANAT
14:24 İspaniya mətbuatı: Valverde 5 futbolçunu “Barsa”da görmək istəmir
14:07 Lam “Bavariya”da qalacaq, ancaq...
13:59 Nazarov “Aue”dən ayrılır?
13:29 Advokat “Adanaspor”u gözləməyəcək
13:08 Türkiyə mətbuatı: “Trabzonspor”un argentinalısı “Qəbələ”yə keçir
12:40 Fətullah Gülənlə Maradona bir yerdə! - Foto
12:23 Gedişi təsdiqləndi - “Barsa”ya keçəcəyi gözlənilən məşqçinin
12:08 “Nyukasl”ın sabiq hücumçusu həbs edildi - Dələduzluğa görə
11:55 Tərlan Əhmədovla bağlı qərar verildi
11:32 Məqsəd Yaqubəliyev “İnter”də
11:21 “Qəbələ”nin futbolçusu Qazaxıstan klubunda
11:07 Dünyanı heyrətləndirən yubkalı və səndəlli xanım - Foto

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2014 © komanda.az