Natiq Muxtarlı
bütün yazıları
Elnur Həmidov
bütün yazıları
Hüseyn Cəbrayıloğlu
bütün yazıları
Vüqar Məmmədov
bütün yazıları


“Qaçaq” “Araz”, boğazda qalan “Badamlı” - Yazı+Fotolar

Komanda.az saytı AFFA yanında Media Komitəsinin maliyyə dəstəyi ilə “Bölgə futbolu: resurslar, imkanlar və reallıqlar” layihəsinin icrasını davam etdirir. Bu dəfə Naxçıvan futbolundan söz açacağıq.

Naxçıvan futbolu deyiləndə ilk növbədə “Araz” yada düşür. Nəinki Naxçıvan şəhərində, bütün Muxtar Respublikada futbol məhz bu komandanın adı ilə bağlıdı. Naxçıvan Muxtar Respublikasının cənub sərhəddini müəyyənləşdirən Araz çayının adını daşıyan komanda futbol arenasında ilk dəfə 1967-ci ildə görünüb. Komanda 1968-ci ildə SSRİ çempionatının 2-ci divizionunun B qrupunda çıxış edib.

Uğursuz debüt

“Araz”ın 2-ci dəstədə ilk mövsümü elə də uğurlu olmur. Naxçıvan təmsilçisi 21 komandanın yarışdığı çempionatı 20-ci pillədə başa vurur. 1977-ci ildə “Araz” 2-ci divizionun 4-cü zonasında mübarizə aparmağa başlayır. 1986-cı ilə kimi 2-ci divizionda yarışan “Araz” ən yüksək nəticəyə 1979-cu ildə nail olur. Naxçıvanlılar həmin mövsümdə 2-ci divizionun 4-cü zonasını 24 komanda arasında 6-cı pillədə başa vurur.

“Araz” 2-ci divizionda bir də 1990-cı ildə görünür. Həmin ildə SSRİ-də 2-ci divizionda müəyyən dəyişikliklər edilimişdi. Belə ki, artıq Azərbaycan çempionatı SSRİ çempionatının 3-cü zonası hesab edilirdi. Muxtar Respublika təmsilçisi tarixi ərzində ən yaxşı nəticəyə də məhz bu mövsümdə imza atır. Muxtar Respublika təmsilçisi çempion “Qarabağ” və Sumqayıt “Xəzər”indən sonra 3-cü olur. Lakin növbəti mövsümdə “Araz”ın futbolçularının çoxu başqa komandalara üz tutur.

“Badamlı” püşkatmaya qatıldı, amma...

1991-ci ildə SSRİ çempionatının 2-ci divizionuna “Badamlı” adı ilə qatılan komanda bir il əvvəlkiylə müqayisədə uğursuz nəticə göstərir. Naxçıvan təmsilçisi 20 komanda arasında sonuncu olur.

“Badamlı” ilk müstəqil ölkə çempionatının da iştirakçılarından ola bilərdi. Komanda hətta 1992-ci ildə ilk müstəqil ölkə çempionatının püşkatmasında iştirak etsə də, sonda ölkə çempionatına qatılmaqdan imtina edir. Bunun da bir neçə səbəbi var idi ki, bu səbəblərin başında Muxtar Respublikanın ölkənin digər hissəsiylə nəqliyyat əlaqəsinin olmaması dururdu. Muxtar Respublika ilə ölkənin digər hissəsiylə yalnız İran üzərindən və ya təyyarə ilə əlaqə yaratmaq mümkün idi ki, bu da, ciddi maliyyə böhranının yaşandığı Azərbaycan klubları üçün heç də rahat deyildi. Elə Naxçıvan klubunun özü üçün də.

“Araz”ın qayıdışı və “aradan çıxması”

“Araz”ın ölkə futbolundan ayrılığı 2000-ci ilə kimi çəkir. 2000/01 mövsümündə “Araz” yenidən ölkə futbolunda peyda olur. AFFA Naxçıvan təmsilçisinə güzəşt edərək, aşağı liqada çıxış etmədən, birbaşa güclülər dəstəsində oynamağa icazə verir. “Araz”ın Azərbaycan çempionatındakı ilk çıxışı elə də uğurlu olmur. Güclülər dəstəsi klublarından aşkar geri qalan “Araz”, çempionatda “Şəmkir”ə 0:8, “Neftçi”yə 0:7, 0:6 kimi biabırçı məğlubiyyətlərə düçar oldu. Mərhum məşqçimiz Əli Rəhmanovun baş məşqçisi olduğu Muxtar Respublika təmsilçisi 11 komanda arasında yalnız “Dinamo-Bakılı”nı qabaqlayaraq, çempionatı 10-cu pillədə başa vurur.

“Araz” növbəti mövsümə Naxçıvan futbolunun yetirməsi olan, vaxtilə futbolçu kimi SSRİ çempionatının 2-ci divizionunda komandanın şərəfini qorumuş Böyükağa Hacıyevin rəhbərliyilə qatılır. Muxtar Respublika təmsilçisi çempionatın ilk mərhələsini 12 komanda arasında 8-ci pillədə başa vurur. Naxçıvanlılar çempionatın final mərhələsində, “ikinci altılıq” uğrunda mübarizədən isə imtina edir. Elə məhz buna görə, “Araz”ın çempionatın ilk yarısındakı nəticələri ləğv edilir. Maraqlıdı ki, sanki Naxçıvan klubu həmin mövsümün necə nəticələnəcəyini hiss etmişdi. Belə ki, “Araz”ın yarımçıq tərk etdiyi mövsüm (2001/02) AFFA ilə klublar arasında yaranmış qalmaqala görə başa çatmır.

“Araz Naxçıvan”ın gəlişi və ikinci qaçış

Başıbəlalı mövsümdən sonra “Araz” yenə ölkə futbolunda qeybə çəkilir. Naxçıvan bir də peşəkar futbolu 2013-cü ildə görür. Belə ki, Muxtar Respublika rəhbərliyi “Araz”ı yenidən bərpa edir. Komanda “Araz Naxçıvan” adı ilə bərpa olunur. “Sükanı arxasına” isə təcrübəli məşqçi Əsgər Abdullayev keçir. Birinci divizionda yarışan “Araz Naxçıvan” elə ilk cəhdində çempion olaraq, Premyer Liqaya vəsiqə qazanır. Naxçıvan təmsilçisi həmçinin, həmin mövsümdə “Ağsu” (1:0) və Premyer Liqa təmsilçisi “Simurq”u mübarizədən kənarlaşdıraraq (2:2, pen-4:2), tarixində ilk dəfə kubokda 1/4 finala vəsiqə qazanır. Burda isə naxçıvanlıların yolunu həmin vaxt ölkənin ən güclülərindən olan “Xəzər Lənkəran” kəsir - 1:1, 0:1.

2014/15 mövsümü Naxçıvan futbolsevərləri üçün əlamətdar olur. Onların doğma komandaları “Araz Naxçıvan” 13 illik fasilədən sonra ölkənin ən yüksək liqasında mübarizə aparmaq şansı qazanır. Lakin “Araz Naxçıvan” uzunmüddətli fasilədən öncəki son çempionatda olduğu kimi, ilk çempionatı da yarımçıq dayandırır. Premyer Liqanın ilk turlarından hakim qərarlarından narazılıq edən “Araz Naxçıvan” rəhbərliyi məsələylə bağlı bir neçə dəfə sərt etiraz bildirmişdi. Nəhayət, klub 2014-cü il, noyabrın 3-də çempionatda çıxışını dayandırdığı barədə bəyanat yayır. Klub Premyer Liqada mübarizəni dayandırmasının əsas səbəbi kimi hakim idarəçiliyini göstərir. Beləliklə, müstəqliik dövründə ikinci dəfə naxçıvanlı azarkeşlər böyük futbola həsrət qalırlar.

Naxçıvan futbolsuz qalmayıb, lakin...

“Araz Naxçıvan” 2014-cü ilin sonlarında çempionatdakı çıxışını dayandırsa da, hələ də fəaliyyətini davam etdirir. Komanda həvəskar klubların çıxış etdiyi Naxçıvan Muxtar Respublika çempionatının daimi qalibidi. “Araz Naxçıvan” bir neçə gün öncə Muxtar Respublikada keçirilən kubok yarışlarını da qalib başa vurdu. Komandanın baş məşqçisi Sakit Rzayevdi.

“Araz Naxçıvan” Rzayevin rəhbərliyi altında 10 komandanın yarışdığı yerli çempionatda hazırda da 1-ci pillədə qərarlaşıb. Naxçıvan təmsiçisi artıq 2 ildən artıqdı peşəkar futbolda görünməsə də, yerli futbolçular MR çempionatındakı oyunlarla öz formalarını qoruyub-saxlamağa çalışırlar. Naxçıvanda çempionatın keçirilməsi, dünyanın ən məşhur idman növünün Muxtar Respblikada kütləviliyinin qorunub-saxlanması baxımından sevindirici olsa da, bu birinciliyin səviyyəsinin oyunçuların inkişafına nə qədər töhfə verə biləcəyi mübahisə mövzusudu. Hazırda “Araz Naxçıvan”da olan vəziyyətlə bağlı komandanın baş məşqçisi Sakit Rzayevə müraciət etdik:

“Hazırda Naxçıvan MR çempionatında mübarizə aparırıq. Çempionatda 10 komanda iştirak edir. Yarış iki dövrəli sistemlə keçirilir. Hazırda ikinci dövrənin oyunları keçirilir. Komandamız liderdi. Bir neçə gün öncə isə Naxçıvan kubokunun qalibi olduq. Finalda Naxçıvan şəhərinin “DİN Darıdağ” komandasını məğlub etdik (3:1). Komandanın üzlərinin yaşı 16-24 yaş aralığındadı. Hazırda mayın sonlarında MR-da keçiriləcək beynəlxalq turnirə hazırlaşırıq”.

Azarkeşlər

“Araz” hələ SSRİ çempionatının 2-ci divizionunda çıxış etdiyi vaxtlardan bu komandanın oyunlarına kifayət qədər azarkeş gəlirdi. Sonradan Naxçıvan təmsilçisi müstəqil ölkə çempionatında çıxış etdiyi zaman da dəstək sarıdan korlu çəkmədi. Ancaq komandanın peşəkar fəaliyyətini dayandırması naxçıvanlı azarkeşlərin də şəhər stadionuna yolunu bağladı. Rzayevin sözlərinə görə, hazırda MR çempionatında çıxış edən komandanın oyunlarına əvvəlki sayda azarkeş gəlməsə də, bu klubun sadiq azarkeşləri daim komandanın vəziyyəti və yenidən Premyer Liqaya qayıtmaq perspektivilə maraqlanırlar:

“Əvvəlkinə nisbətən oyunlara gələn azarkeş sayı azalıb. Lakin “Araz Naxçıvan”ın bəzi sadiq azarkeşləri var ki, onlar oyunlara gəlməsə belə, vaxt tapan kimi məşqlərimizə gəlir, komandanın vəziyyətilə daim maraqlanırlar. O ki qaldı yerli çempionat oyunlarına, qarşılaşmalar daha çox həftəiçi keçirildiyindən, çoxu gələ bilmir. Lakin maraq var. “Araz Naxçıvan” Azərbaycanda futbol tarixi olan komandadı. Naxçıvanlılar həmişə “Araz Naxçıvan”la fəxr ediblər. Hazırda da şəhərdə görəndə birinci sualları o olur ki, “Araz Naxçıvan”ı nə vaxt yüksək liqada görəcəyik”. Bizdə heç vaxt azarkeş dəstəyi cəhətdən problem olmayıb”.

Oyunçular

“Araz Naxçıvan”ın peşəkar klub kimi fəaliyyətini dayandırması burda yetişməkdə olan futbolçuların da səviyyəsinə öz təsirini göstərir. Belə ki, naxçıvanlı gənc futbolçular əvvəllər Premyer Liqada “Qarabağ”, “Qəbələ” kimi komandalara qarşı oyunlarda təcrübə qazanmaq fürsəti əldə edirdilərsə, hazırda bu cəhətdən ciddi problem yaşayırlar. Futbolçular yerli həvəskar komandalarla oyunlarda özlərini inkişaf etdirmək imkanından məhrum qalıblar. Elə məhz bunun nəticəsidi ki, hazırda “Araz Naxçıvan”da top qovan futbolçular səviyyəsinə görə nəinki Premyer Liqa, hətta birinci divizionda top qovan futbolçulardan da geri qalırlar. Baş məşqçi Rzayev də hazırda komandada top qovan futbolçuların əskəriyyətinin səviyyəsinin peşəkar liqalarda oynamağa imkan vermədiyini etiraf edir:

“Hazırda Azərbaycan Premyer Liqasında çıxış edən oyunçularla bizim futbolçular arasında fərq çox böyükdü. Bunun da səbəbi komandanın böyük əksəriyyətinin gənc, yeniyetmə oyunçulardan təşkil edilməsi və güclü komandalarla tez-tez qarşılaşmamasıdı. Lakin birinci divizionda çıxış edəcək səviyyədə futbolçularımız var. Ancaq bir-iki nəfər oyunçuyla heç nə etmək olmaz. Gərək ən azı bu səviyyədə ehtiyat oyunçularımız da olsun ki, əsas heyəti sıxışdıra bilsinlər. Lakin indiki halda birinci divizionda belə, oynamaq bizim üçün çox çətin olar. Buna görə, rəhbərlik bizim qarşımıza məqsəd qoyub ki, ən azı 6-7 yaxşı səviyyəli oyunçu yetişdirilsin ki, gələcəkdə onların yanına yaxşı səviyyəli futbolçular cəlb edərək, yaxşı komanda formalaşdıraq”.

Bəs futbolçular MR çempionatında yarımhəvəskar komandalara qarşı mübarizə aparmaqla öz səviyyəsini necə artıra bilər? Rzayev deyir ki, futbolçuların özlərini inkişaf etdirməsi üçün onların daha yüksək səviyyəli komandalara göndərilməsi də gündəmdədi:

“Bizim planımız var ki, oyunçuların bəzilərini özlərini inkişaf etdirmək üçün Premyer Liqa və ya birinci divizion klublarına göndərək. Bunun üçün də həmin futbolçular diqqət çəkməlidilər. Bu cəhətdən yaxınlarda Muxtar Respublikada keçiriləcək turnir futbolçulara özünü göstərmək baxımından fürsət ola bilər”.

Türkiyə komandası ilə oyun

Naxçıvcan MR Azərbaycanın qardaş Türkiyə ilə sərhəddi olan yeganə bölgəsidi. Belədə, yerli komandalar heç bir maneə olmadan qardaş ölkə ərazisinə keçərək, ən azı yaxınlıqda yerləşən İğdır, Qars komandaları ilə qarşılaşa bilərlər. Düzdü, həmin bölgələrin komandaları Türkiyənin həvəskar liqalarında çıxış etsə də, bu liqaların səviyyəsinin heç də aşağı olmamasını nəzərə alsaq, bu cür oyunlar naxçıvanlı futbolçuların özünü inkişaf etdirməsi baxımından faydalı ola bilər.

“Araz Naxçıvan” arada bu cür səfərlərə yollanır. Komanda yaxınlarda İğdıra yollanaraq, Türkiyə həvəskarlar liqasında çıxış edən “İğdır Arasspor”la yoldaşlıq oyununda qüvvəsini sınadı. Oyun meydan sahiblərinin böyük hesablı qələbəsiylə (5:0) nəticələndi. Lakin bu cür oyunlarda əsas olan hesab yox, futbolçuların təcrübə toplamasıdı. Rzayev də belə düşünür. Onun sözlərinə görə, komanda rəhbərliyi gələcəkdə də bu cür səfərləri davam etdirməyi planlaşdırır:

“Bu yaxınlarda İğdıra yollandıq. Burda “İğdır Arasspor”la yoldaşlıq oyunu keçirdik. Düzdü, məğlub olduq. Lakin burda əsas məqsəd udub-uduzmaq yox, futbolçuları yoxlamaq, onlara beynəlxalq oyun təcrübəsi qazandırmaq idi. Bu baxımdan həmin səfər bizim üçün çox faydalı oldu. Həmin matçlardan sonra komandanın oyunlarında əməlli-başlı irəliləyiş özünü göstərdi. Bu cür səfərlər gələcəkdə də gözlənilir. Bundan başqa, bu ayın sonlarında Naxçıvanda təşkil ediləcək turnirə də Türkiyədən komandaların gəlməsi gözlənilir. Bu işlər planlı şəkildə həyata keçirilir. Əsas məqsədimiz Naxçıvanda yaxşı oyunçular yetişdirməkdi”.

Uşaq futbolu

Ötən ilin əvvəllərinə olan məlumata görə, hazırda Muxtar Respublika ərazisində 444400 insan yaşayır. Bəs bu cür böyük əhali potensialından futbolçuların inkişafı cəhətdən necə istifadə edilir? Hazırda Muxtar Respublikanın ərazisində ümumilikdə mindən artıq uşaq12 məşqçinin rəhbərliyi altında futbolun sirlərinə yiyələnirlər. Uşaq futboluna nəzarəti yerli Gənclər və İdman Nazirliyi edir. Elə “Araz Naxçıvan” da məhz bu nazirlik sayəsində yaşayır. Naxçıvan şəhərində 140, Şərur rayonunda 255, Culfa rayonunda 76, Kəngərli rayonunda 96, Babək rayonunda 366, Sədərək rayonunda 60, Şahbuz rayonunda və Aralıq kəndində isə 45 uşaq top oyununun sirlərinə yiyələnirlər.

Hazırda “Araz Naxçıvan”da top qovan futbolçulardan ölkəmizin U-17, U-19 millilərinə oyunçular dəvət edilir.

Stadion

Naxçıvan MR stadion və meydança cəhətdən də problem yaşamır. Hazırda Muxtar Respublika ərazisində 15 stadion, meydança fəaliyyət göstərir:
1. Naxçıvan Muxtar Respublika stadionu - 12800 tamaşaçı
2. Şahbuz rayon mərkəzi stadionu - 500 tamaşaçı
3. Kəngərli rayon mərkəzi stadionu - 400 tamaşaçı
4. Sədərək rayon mərkəzi stadionu - 700 tamaşaçı
5. Daxili Qoşunlar stadionu - 1200 tamaşaçı
6. Culfa rayon mərkəzi stadionu - 450 tamaşaçı
7. Babək rayon mərkəzi stadionu - 450 tamaşaçı
8. Ordubad rayon mərkəzi stadionu - 380 tamaşaçı
9. Şərur Olimpiya İdman Kompleksi stadionu - 3000 tamaşaçı
10. Sərhəd Qoşunları stadionu - 1000 tamaşaçı
11. Aralıq kənd stadionu
12. Mahmudkənd stadionu
13. Arbatan kənd stadionu
14. Yaycı kənd stadionu
15. Bənəniyar kənd stadionu

Bu stadionlardan son 4-ü yeni istifadəyə verilib. Hazırda isə Dəmirçi kənd stadionu tikilir. Yeni istifadəyə verilən stadionların ot örtüyü üçün toxum xaricdən alınır. Bundan əlavə, meydançalara su sistemi də çəkilib ki, bu da qazonun mütəmədi olaraq sulanmasına və qorunmasına şərait yaradır. Stadionlarda paltardəyişmə otaqları, hakim otaqları və oturacaqlar quraşdırılıb.

Muxtar Respublikanın gənclər və idman naziri Azad Cabbarov ölkə kubokunun final oyunundan öncə təşkil edilən mətbuat konfransında ayın sonunda mərhum prezident Heydər Əliyevin xatirəsinə həsr olunacaq turnirin oyunlarının təkcə Naxçıvan stadionunda yox, həmçinin digər rayon stadionlarında keçiriləcəyini açıqladı. Turnirdə iştirak edəcək komandaların adlarına isə bu ayın 20-dən sonra tam aydınlıq gələcək.

Təbliğat

Naxçıvan artıq uzun müddətdi ki, böyük futboldan ayrı qalıb. Peşəkar Futbol Liqası bu həsrətə son vermək üçün bir neçə gün öncə keçirilən Azərbaycan kubokunun final oyununu məhz Naxçıvana, Muxtar Respublika stadionuna saldı. Bu qərar finalın iştirakçısı olan “Qarabağ” və “Qəbələ”nin bəzi azarkeşlərinin narazılığına səbəb olsa da, PFL qərarından daşınmadı. Final qarşılaşması Naxçıvan Muxtar Respublika stadionunun böyük oyunlara hazır olduğunu göstərdi. “Araz Naxçıvan”ın 2 ildən artıqdı peşəkar futboldan kənarda qalmasına baxmayaraq, stadion baxımsız vəziyyətə düşməyib. Hətta Muxtar Respublika stadionunu Premyer Liqa oyunlarını qəbul edən bəzi stadionlardan qat-qat yüksək səviyyədə saymaq olar.

O ki qaldı azarkeşlərin final oyununa marağına, stadionun böyük hissəsi dolsa da, arenadakıların böyük əksəriyyətinin xanımlar olması anşlaqın səbəbinin heç də futbol sevgisi yox, müğənni Röyanın oyundan öncə təşkil edilmiş konserti olmasını deməyə əsas verir. Naxçıvanlı futbolsevərlərin yenidən stadionda anşlaq yaratması isə çox güman ki, “Araz Naxçıvan” yenidən böyük futbolda “zühur etdiyi” zaman mümkün olacaq.

Qeyd: Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.

Komanda.az


 
tarix: 12-05-2017 14:09

 



Xəbərlər
26.05.2017
20:33 Ərdoğandan maraqlı göstəriş - ...yığışdırılsın!
19:12 Sneyder arzusuna çatdı - İbizada...
18:03 Millimizə Almaniyadan iki futbolçu çağırıldı
17:44 Futbolun gərəksiz olduğu görünür - Belə hadisədən sonra
17:23 Arda özündən çıxdı: “Sən Allahsan, kimisə mühakimə edirsən?”
17:09 Prandellinin yeni iş yeri bəlli oldu
16:37 Baş məşqçidən “Qarabağ”lıya dəvət
16:22 Zabaleta yeni klubu ilə müqavilə bağladı - Foto
16:08 Baş məşqçidən Neymarı məyus edəcək açıqlama
15:40 300 min qazanacaqlar - Çempion olsalar
15:21 Mourinyo 75 milyon tələb edir - “Real”dan
15:05 Azərbaycan klublarının transfer bazarlığı - Yenilənir
14:42 “Vest Hem” Gökhan Törəylə bağlı qərar verdi
14:23 Qattuzo “Milan”a qayıtdı
14:04 Kapello Mourinyoya ilişdi - MY darıxdırıcı komandadı
13:25 Podolskidən maraqlı paylaşım - Foto
12:49 Rəsmi: “Kəpəz” 3 legionerlə vidalaşdı
12:37 Prosineçkiylə bağlı iddia: Avstriyada “Bursaspor” rəsmiləriylə görüşür
12:26 “Qəbələ”: 11 komanda, 10 medal
12:19 AFFA klubların lisenziyalarını təqdim etdi
12:09 Xahiş etdi - Kömək edin, klubumu dəyişim
11:46 “Neftçi”nin müdafiəçisi milliyə çağırıldı
11:38 “Barsa”nın böyüklüyünün sübutudu - “Real”lıların hərəkəti
11:17 “Qəbələ” üçün “Dinamo”
11:04 CAR-ın baş məşqçisi: Başa düşməlidi ki, İtaliyada yox, Azərbaycanda çıxış edir
11:00 Heydər Əliyev kubokunun püşkü atıldı - Bu gün başlayır
10:40 Fanatlar onu adı olan bütün formaları alacaqlar - Qayıtsa
10:26 Günün oyunları - TV
10:03 “Barsa”nı tərk edərdi - Azca utanan üzü olsaydı
06:24 “İnter” Di Marianı istəyir - 55 milyon avro və ya...
03:13 Fransa millisinin sabiq üzvü “Qalatasaray”a doğru
01:02 Avroliqada mövsümün simvolik komandası açıqlandı - Siyahı
00:11 “Yuventus” Mancukiçlə bağlı qərar verdi
25.05.2017
23:22 Kantona: Daha möhkəm vurmalıydım
22:08 “Liverpul”un qapıçısı karyerasını bitirdi
21:39 Yığmamız yenə uduzdu
21:13 “Mançester Siti”də iki ayrılıq - Rəsmi 
20:06 “Barselona”nın sabiq prezidenti həbs edildi
19:08 "Qəbələ" Macarıstana yollanır
18:22 Somalili idmançılar itkin düşüb - Bakıda
18:17 "İnter" başladı
18:03 “Zirə”də 6 yeni müqavilə
17:45 “Yunayted” və “Siti” BİRLƏŞDİ
17:27 O, ABŞ-ın da “Şöhrət zalı”na düşməyə namizəddi
17:06 “Qəbələ”dən ayrılan futbolçu "Tobol"da - Foto
16:44 “Atletik”in yeni baş məşqçisi açıqlandı - Foto
16:26 “Bu xəbərlərə inanmayın və etibar etməyin”
16:10 İngiltərə klubundan türk məşqçiyə təklif - Görüşəcəklər
15:55 İsgəndər Cavadov mükafat verdi
15:43 Valbuena “Fənər”də? - Prezident açıqladı
15:24 Veron Mixayloviçi "tanımayıb” - Yazı+Fotolar
15:11 “Sumqayıt” daha bir futbolçu ilə anlaşdı
14:38 Millinin heyəti açıqlandı, “Qarabağ”ın hücumçusu…
14:22 “Atletiko”dan Qrizmannla bağlı açıqlama
14:07 Rusiya FİFA ilə razılaşdı - Pivə satılacaq
13:43 Bakıdakı arena “ən yaxşı yeni stadion” seçildi
13:24 “Trabzonspor” 6 çempionluq kubokunu itirə bilər - 1 həftə vaxt verildi
12:45 Çinlilərdən radikal qərar - 100 faiz vergi
12:06 Bundesliqada cərimə zərbəsindən vurulan 10 ən yaxşı qol - Video
11:44 Əzəli rəqibin “şəhər birdi” təbriki - Foto
11:22 Verin, bıçağınızın ağzını da mən oxuyum
11:10 Günün oyunları - TV
10:43 Qal, həyat yoldaşımla sekslə məşğul ol - Foto

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2014 © komanda.az