Natiq Muxtarlı
bütün yazıları
Elnur Həmidov
bütün yazıları
Hüseyn Cəbrayıloğlu
bütün yazıları
Vüqar Məmmədov
bütün yazıları


Finalın adı: “Yuventus” - “Real”

Çempionlar Liqasında ikinci finalçının da adına aydınlıq gəlib.

Komanda.az xəbər verir ki, ilk oyunda evdə “Yuventus”a 0:2 hesabıyla uduzan “Monako” Turində finala vəsiqə qazanmaq üçün son şansından istifadə etmək üçün mübarizə aparıb. “Knyazlıq klubu” Massimiliano Alleqrinin yetrimələriylə oyunda möcüzəyə ümid edirdi. Belə ki, cari mövsümdə “dəmir müdafiəsi”ylə diqqət çəkən “Yuve” ev oyunlarında daha keçilməz olurdu. Leonardo Jardimin yetirmələrinin isə matçı ən azı əlavə vaxta aparmaq üçün ən azı iki qol vurmaqdan başqa yolu yox idi. Lakin Turində sensasiya baş verməyib. 2:1 hesabıyla qalib gələn "Yuventus" finala vəsiqə qazanıb.

Bu gün keçirilən Madrid derbisində gözlənilməz sonluq olmadı. İlk oyunda böyük hesablı qələbə qazanan “Real” cavab oyununda məğlubiyyətə baxmayaraq, finala adını yazdırdı. Hərçənd "Atletiko" oyuna fantastik sürətlə başlayaraq, iki erkən qol vura bilmişdi. Ancaq fasilə ərəfəsində İskonun qolu intriqanı öldürdü. Yeri gəlmişkən, "Real" tarixində ilk dəfə Çempionlar Liqasında ilk 16 dəqiqədə qapısından iki top buraxmış oldu.

Çempionlar Liqası, yarımfinal, cavab oyunları

9 may

Yuventus (İtaliya) - Monako (Fransa) 2:1

Qol: Mancukiç, 33. Alveş, 44 - Mbappe, 69. 

Cəzalı: Yoxdu.
Zədəli: Pyatsa, Ruqani (hər ikisi “Yuventus”), Boşilya (Monako), Ndiffon, Ture (şübhəli, hər ikisi “Monako”).
Baş hakim: Byörn Kuypers (Hollandiya).
Yer: Turin. “Yuventus” stadionu.
İlk oyun: 2:0.

Yuventus: 1. Buffon (k), 3. Kyellini, 19. Bonuççi, 15. Barzalyi, 12. Aleks Sandro, 6. Kxedira, 5. Pyaniç, 23. Dani Alveş, 17. Mancukiç, 21. Dibala, 9. İquayn.

Monako: 1. Subaşiç, 19. Sidibe, 5. Cemerson, 25. Qlik, 24. Raqqi, 10. Silva, 8. Moutinyo, 14. Bakayoko, 7. Dirar, 29. Mbappe, 9. Falkao (k).    


10 may

Atletiko (İspaniya) - Real (İspaniya) 2:1

Qol: Saul, 12. Qrizmann, 15-p - İsko, 42.
Cəzalı: Yoxdu.
Zədəli: Ximenes, Xuanfran (hər ikisi “Atletiko”), Beyl, Karvaxal, Varan (hamısı “Real”), Vrslako (şübhəli, “Atletiko”), Pepe (şübhəli, “Real”).
Baş hakim: Cüneyt Çakır (Türkiyə).
Yer: Madrid. “Visente Kalderon” stadionu.
İlk oyun: 0:3.

Atletiko: 13. Yan Oblak, 2. Dieqo Qodin, 3. Filipe Luis, 6. Koke, 7. Antuan Qrizman, 8. Saul Niqes, 9. Fernando Torres, 10. Yannik Karrasko, 14. Qabi (k), 15. Stefan Saviç, 24. Xose Maria Ximenes.

Real: 1. Keylor Navas, 4. Serxio Ramos (k), 5. Rafael Varan, 7. Kriştiano Ronaldo, 8. Toni Kroos, 9. Kərim Benzema, 12. Marselo, 14. Kazemiro, 19. Luka Modriç, 22. İsko, 23. Danilo.

Bombardirlər: Messi (Barselona) - 11. Ronaldo (Real) - 10. 


 
tarix: 11-05-2017 00:45

 



Xəbərlər
25.05.2017
14:22 “Atletiko”dan Qrizmannla bağlı açıqlama
14:07 Rusiya FİFA ilə razılaşdı - Pivə satılacaq
13:43 Bakıdakı arena “ən yaxşı yeni stadion” seçildi
13:24 “Trabzonspor” 6 çempionluq kubokunu itirə bilər - 1 həftə vaxt verildi
12:45 Çinlilərdən radikal qərar - 100 faiz vergi
12:23 Azərbaycan klublarının transfer bazarlığı - Yenilənir
12:06 Bundesliqada cərimə zərbəsindən vurulan 10 ən yaxşı qol - Video
11:44 Əzəli rəqibin “şəhər birdi” təbriki - Foto
11:22 Verin, bıçağınızın ağzını da mən oxuyum
11:10 Günün oyunları - TV
10:43 Qal, həyat yoldaşımla sekslə məşğul ol - Foto
10:19 Vahabzadə: Bu seçimi edərkən Prosineçki ilə məsləhətləşdik
10:07 Ronaldo da ilişdi - Həbs edilə bilər
05:51 Qələbəni gözəl futbolla qazanmadılar - Peter Bos 
03:12 Çempionatda 3-cü, 4-cü yer uğrunda oynamaqdansa... - Mourinyo 
02:38 Mourinyo tarix yazdı
01:31 "Qəbələ"dən 8-ci mükafat
01:12 "Çelsi" imtina etdi - Çempionluğu qeyd etməkdən
00:39 "Mançester Yunayted" çempion!
00:14 “Traktorsazi”də azərbaycanlı baş məşqçi
24.05.2017
23:12 “Bavariya” Qetse ilə anlaşdı - 2019-cu ilə kimi 
22:26 Balotelli A seriyasına qayıdır?
21:18 Viktor Valdes klubsuz qaldı
20:15 “Qalatasaray”ın transfer hədəfi - “Barselona”nın müdafiəçisi
19:35 Millimiz məğlubiyyətlə başladı
19:07 "Şəhərdə hamı ona hörmət edirdi" - Video
18:20 Messi yığmada uğursuzdu? - Onda biz döşəmə əskisiyik
17:59 Maşallah Əhmədov: “Adam kişi olar, sən görəcəksən"
17:41 Dünən “Beşiktaş”da idi, bu gün “Qalatasaray”...
17:24 Ranyeri Premyer Liqaya qayıdır
17:02 Messiyə 21 aylıq həbs cəzası!
16:46 “Real”la “Flamenqo”ya çağırış - Ona təzyiq etməyin
16:22 Türkiyəli basketbolçu: Ölkəm yoxdu, Amerika vətəndaşı olmağa çalışıram
16:08 “Roma” türkləri “qaralayıb”
15:43 “Barselona”ya vəd verdi - Başqa təkliflərə baxmayacaq
15:27 “Mənim səhhətim barədə danışmaq onun işi deyil”
15:05 “Mançester Siti”nin futbolçusundan yardım - Terror qurbanlarına
14:36 Milli üzvləriylə jurnalist arasında baş verən qalmaqalla bağlı BƏYANAT
14:24 İspaniya mətbuatı: Valverde 5 futbolçunu “Barsa”da görmək istəmir
14:07 Lam “Bavariya”da qalacaq, ancaq...
13:59 Nazarov “Aue”dən ayrılır?
13:29 Advokat “Adanaspor”u gözləməyəcək
13:08 Türkiyə mətbuatı: “Trabzonspor”un argentinalısı “Qəbələ”yə keçir
12:40 Fətullah Gülənlə Maradona bir yerdə! - Foto
12:23 Gedişi təsdiqləndi - “Barsa”ya keçəcəyi gözlənilən məşqçinin
12:08 “Nyukasl”ın sabiq hücumçusu həbs edildi - Dələduzluğa görə
11:55 Tərlan Əhmədovla bağlı qərar verildi
11:32 Məqsəd Yaqubəliyev “İnter”də
11:21 “Qəbələ”nin futbolçusu Qazaxıstan klubunda
11:07 Dünyanı heyrətləndirən yubkalı və səndəlli xanım - Foto

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2014 © komanda.az