Natiq Muxtarlı
bütün yazıları
Elnur Həmidov
bütün yazıları
Hüseyn Cəbrayıloğlu
bütün yazıları
Vüqar Məmmədov
bütün yazıları


Gəlmək istəyən oğlan gəlir - Müsahibə

“Naxçıvanda idmana böyük maraq var. Burda tək futbolla yox, çox idman növləri ilə yaşayırlar. Naxçıvanı idman şəhəri adlandırmaq olar”. 

Komanda.az xəbər verir ki, bu sözləri Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev deyib. Bu gün ölkə kubokunun finalından öncə Heydər Əliyev kubokunun təqdimat mərasimi keçirilib. Mərasimdə Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov və PFL-in prezidenti Ramin Musayev iştirak edib. Bu il də Naxçıvanda futbol üzrə Heydər Əliyev kuboku keçiriləcək. Mayın 26-da start götürəcək yarışda 6 və ya 8 komanda iştirak edəcək. Komandaların adları ayın 20-də açıqlanacaq. Turnirin qalibinə Türkiyədə hazırlanmış kubok təqdim olunacaq.

Musayev ölkə kubokunun finalının Naxçıvana salınması barədə danışıb. O, həmçinin Heydr Əliyev kuboku barədə məlumat verib:

- Ramin Musayev: Mənə kubokun finalının Naxçıvana salınması ilə bağlı çox sual verildi. Mən də sual verirəm ki, niyə Naxçıvanda keçirməyək? Nəyi pisdi? “Qarabağ” və “Qəbələ”də olan legioner futbolçular bizim bu gözəl guşəmizi görməmişdilər. Dünən Roman Qriqorçuk Naxçıvan haqda ağızdolusu danışdı. Bir dəfə kubokun finalını Qəbələdə keçirdik. Superkuboku isə bərpa edəndən sonra Naxçıvanda təşkil etdik. Bunun nəyi pisdi? İnşallah, bu gün maraqlı oyun izləyəcəyik.

Mayın 26-da ulu öndərin xatirəsinə həsr olunmuş yarış keçiriləcək. Ölkə xaricindən də komandalar bu turnirə qatıla bilərlər. Söz veriblər, dəqiqləşməmiş yazılı məlumat vermək istəmirik. “Şəmkir”, MOİK və “Zaqatala” da bu turnirə qatılmaq istəyir.

- Naxçıvan çempionatında yüksək yer tutmuş komandalarla Azərbaycan çempionatında mükafat qazanmış klubların Avrokuboka vəsiqə uğrunda gələcəkdə pley-off oyunu keçirməsi mümkündümü?
- Ramin Musayev: Avropada oynayan komandanın səviyyəsi Azərbaycanı yetərincə təmsil edəcək səviyyədə olmalıdı. AFFA rəhbərliyi dəyişəndən, Rövnəq Abdullayev qurumun prezidenti olandan sonra haqq-ədalət öz yerini tapdı. İndi Azərbaycan futbolu öz sözünü deyə bilir. Nyon şəhərində püşk atılanda “Qarabağ”ın adı yazılanda mən böyük sevinc hissi keçirdim. Biz “Qarabağ”ın Azərbaycana aid olduğunu futbolla bir daha sübuta yetirdik. Naxçıvan çempionatında iştirak edəcək komandaların vəziyyəti Avropada çıxış etməyə imkan verirmi?

- Heydər Əliyev kubokuna əcnəbi hakimlər də gələcəkmi?
- Ramin Musayev: Əcnəbi hakimlərin gəlməsinin əleyhinəyəm. Bu, yerli referilərə hörmətsizlik olar. Şükür bizim hakimlərə. Çempionlar Liqasının oyunlarına baxırıq, üç qolun hər biri ofsayddan vurulur. Bizim hakimlərdən danışırıqsa, rüşvətdən, qərəzdən söhbət gedə bilməz. Bu, mümkün deyil. Sadəcə, təzyiq olanda o insan özünü itirir. Klub rəsmilərinə də deyirəm ki, gəlin, hakimlərin üzərinə çox getməyək.

- Azarkeşlər final matçının Naxçıvanda keçirilməsindən narazadılar...
- Ramin Musayev: Bəs burdakı azarkeşləri saymırsız? Dünən 5-6 yaşlı uşaqlar gəlib dedilər ki, mənə 3 bilet verin. Dedim biletləri neynirsən? Qayıtdı ki, mən, anam və bacım futbola baxmaq istəyirik. Gəlmək istəyən oğlan gəlir. “Qəbələ”nin və “Qarabağ”ın çempionatdakı son oyunlarına baxın, görün, nə qədər azarkeşləri gəlmişdi? Həmin oyunlar da Naxçıvanda keçirilirdi?

- Oyunlar ancaq Naxçıvan stadionunda keçiriləcək?
- Azad Cabbarov: Artıq 4 stadionumuz hazırdı, onlara PFL rəsmiləri də baxacaqlar. Bu stadionlarda hər bir şərait yaradılıb. Yəqin ki, 2-3 stadiondan istifadə olunacaq.

- Heydər Əliyev kubokunun ümumi büdcəsi nə qədərdi və kubok neçəyə başa gəlib?
- Azad Cabbarov: Bu, kommersiya sirridi (gülür). Kubokun müəyyən hissələri qızıl suyuna çəkilib. Elə də bahalı deyil.

Elnur Həmidov


 
tarix: 05-05-2017 12:17

 



Xəbərlər
25.05.2017
14:22 “Atletiko”dan Qrizmannla bağlı açıqlama
14:07 Rusiya FİFA ilə razılaşdı - Pivə satılacaq
13:43 Bakıdakı arena “ən yaxşı yeni stadion” seçildi
13:24 “Trabzonspor” 6 çempionluq kubokunu itirə bilər - 1 həftə vaxt verildi
12:45 Çinlilərdən radikal qərar - 100 faiz vergi
12:23 Azərbaycan klublarının transfer bazarlığı - Yenilənir
12:06 Bundesliqada cərimə zərbəsindən vurulan 10 ən yaxşı qol - Video
11:44 Əzəli rəqibin “şəhər birdi” təbriki - Foto
11:22 Verin, bıçağınızın ağzını da mən oxuyum
11:10 Günün oyunları - TV
10:43 Qal, həyat yoldaşımla sekslə məşğul ol - Foto
10:19 Vahabzadə: Bu seçimi edərkən Prosineçki ilə məsləhətləşdik
10:07 Ronaldo da ilişdi - Həbs edilə bilər
05:51 Qələbəni gözəl futbolla qazanmadılar - Peter Bos 
03:12 Çempionatda 3-cü, 4-cü yer uğrunda oynamaqdansa... - Mourinyo 
02:38 Mourinyo tarix yazdı
01:31 "Qəbələ"dən 8-ci mükafat
01:12 "Çelsi" imtina etdi - Çempionluğu qeyd etməkdən
00:39 "Mançester Yunayted" çempion!
00:14 “Traktorsazi”də azərbaycanlı baş məşqçi
24.05.2017
23:12 “Bavariya” Qetse ilə anlaşdı - 2019-cu ilə kimi 
22:26 Balotelli A seriyasına qayıdır?
21:18 Viktor Valdes klubsuz qaldı
20:15 “Qalatasaray”ın transfer hədəfi - “Barselona”nın müdafiəçisi
19:35 Millimiz məğlubiyyətlə başladı
19:07 "Şəhərdə hamı ona hörmət edirdi" - Video
18:20 Messi yığmada uğursuzdu? - Onda biz döşəmə əskisiyik
17:59 Maşallah Əhmədov: “Adam kişi olar, sən görəcəksən"
17:41 Dünən “Beşiktaş”da idi, bu gün “Qalatasaray”...
17:24 Ranyeri Premyer Liqaya qayıdır
17:02 Messiyə 21 aylıq həbs cəzası!
16:46 “Real”la “Flamenqo”ya çağırış - Ona təzyiq etməyin
16:22 Türkiyəli basketbolçu: Ölkəm yoxdu, Amerika vətəndaşı olmağa çalışıram
16:08 “Roma” türkləri “qaralayıb”
15:43 “Barselona”ya vəd verdi - Başqa təkliflərə baxmayacaq
15:27 “Mənim səhhətim barədə danışmaq onun işi deyil”
15:05 “Mançester Siti”nin futbolçusundan yardım - Terror qurbanlarına
14:36 Milli üzvləriylə jurnalist arasında baş verən qalmaqalla bağlı BƏYANAT
14:24 İspaniya mətbuatı: Valverde 5 futbolçunu “Barsa”da görmək istəmir
14:07 Lam “Bavariya”da qalacaq, ancaq...
13:59 Nazarov “Aue”dən ayrılır?
13:29 Advokat “Adanaspor”u gözləməyəcək
13:08 Türkiyə mətbuatı: “Trabzonspor”un argentinalısı “Qəbələ”yə keçir
12:40 Fətullah Gülənlə Maradona bir yerdə! - Foto
12:23 Gedişi təsdiqləndi - “Barsa”ya keçəcəyi gözlənilən məşqçinin
12:08 “Nyukasl”ın sabiq hücumçusu həbs edildi - Dələduzluğa görə
11:55 Tərlan Əhmədovla bağlı qərar verildi
11:32 Məqsəd Yaqubəliyev “İnter”də
11:21 “Qəbələ”nin futbolçusu Qazaxıstan klubunda
11:07 Dünyanı heyrətləndirən yubkalı və səndəlli xanım - Foto

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2014 © komanda.az