Rəşad Ergün
bütün yazıları
Elnur Həmidov
bütün yazıları
Hüseyn Cəbrayıloğlu
bütün yazıları
Vüqar Məmmədov
bütün yazıları


Sotomayor milliyə niyə dəvət almayıb?

“Bakıda hazırlığın son mərhələsini keçirik. Bundan öncə Qəbələdə təlim-məşq toplanışında olduq. Dağlıq ərazidə əsasən fiziki məşqlərə üstünlük verdik. Ardınca 6 gün dincəldikdən sonra məşqləri Bakıda davam etdiririk. Paytaxtda baş tutan son mərhələ taktiki və texniki hazırlığa yönəlib”.

Komanda.az xəbər verir ki, bunu kişi boksçulardan ibarət Azərbaycan millisinin böyük məşqçisi Nəriman Abdullayev komandanın İslam Həmrəyliyi Oyunlarına hazırlığını dəyərləndirərkən deyib.

Abdullayev bildirib ki, mayın 12-22-də Bakıda keçiriləcək yarış üçün təlim-məşq toplanışları plan üzrə uğurla davam edir.

Abdullayev boksçularımızın Atletlər kəndinə köçəcəyi vaxtı da açıqlayıb. O deyib ki, Boks Mərkəzində gündə iki dəfə hazırlıq keçən millimiz mayın 10-dan komandamız üçün ayrılan məkana köçəcək.

Böyük məşqçi yığmanın İslamiada üçün heyətinin nəyə əsasən formalaşdırdıqlarına da aydınlıq gətirib. Onun sözlərinə görə, komandaya bütün yarışlarda özünü yaxşı tərəfdən göstərən idmançılar cəlb olunub:

“Heyətdə hər şey qaydasındadı. Hansısa problemimiz yoxdu. Yığmanın üzvləri əsasən Azərbaycan çempionatının qaliblərindən və bundan sonra özlərini digər yarışlarda doğruldanlardan təşkil edilib. Düzdü, bəzi çəkilərdə yoxlama döyüşləri də keçirilib və buna uyğun qərar verilib. Əsas rəqabət 64 kq və 69 kq çəki dərəcələrində olub. Zədəsi olan Lorenzo Sotomayorun çəkisi də bir qədər artıq idi. Bu səbəbdən İslamiadada Elvin İsayevin döyüşməyini məqsədəuyğun saydıq. Pərviz Bağırov isə sınaq döyüşlərində Tamerlan Abdullayevdən geri qaldı. Qələbəni ikinci qazandığından, heyətdə yer aldı. Digərləri demək olar ki, hazırda öz çəkilərinin bir nömrələridi”.

Çalışdırıcı son yarışlara zədə səbəbindən qatılmayan ikiqat dünya çempionu Məhəmmədrəsul Məcidovun hazırkı durumuna da aydınlıq gətirib. O bildirib ki, +91 kq çəki dərəcəsində ölkəmizi təmsil edəcək idmançıya bütün turnirlərdə olduğu kimi İslamiadada da inamı böyükdü:

“Onun diz qapağının altında zədəsi vardı. Əməliyyat keçirmişdi. Lakin müalicəsini davam etdirə-etdirə məşqlərə də qatıldı. Hazırda yaxşı formadadı. Deyərdim ki, fiziki hazırlığında hansısa problemi yoxdu. Qəbələdə təlim-məşq toplanışında kross qaçışlarında da özünü yaxşı tərəfdən göstərdi”.


 
tarix: 03-05-2017 10:55

 



Xəbərlər
25.05.2017
03:12 Çempionatda 3-cü, 4-cü yer uğrunda oynamaqdansa... - Mourinyo 
02:38 Mourinyo tarix yazdı
01:31 "Qəbələ"dən 8-ci mükafat
01:12 "Çelsi" imtina etdi - Çempionluğu qeyd etməkdən
00:39 "Mançester Yunayted" çempion!
00:14 “Traktorsazi”də azərbaycanlı baş məşqçi
24.05.2017
23:12 “Bavariya” Qetse ilə anlaşdı - 2019-cu ilə kimi 
22:26 Balotelli A seriyasına qayıdır?
21:18 Viktor Valdes klubsuz qaldı
20:15 “Qalatasaray”ın transfer hədəfi - “Barselona”nın müdafiəçisi
19:35 Millimiz məğlubiyyətlə başladı
19:07 "Şəhərdə hamı ona hörmət edirdi" - Video
18:20 Messi yığmada uğursuzdu? - Onda biz döşəmə əskisiyik
17:59 Maşallah Əhmədov: “Adam kişi olar, sən görəcəksən"
17:41 Dünən “Beşiktaş”da idi, bu gün “Qalatasaray”...
17:24 Ranyeri Premyer Liqaya qayıdır
17:02 Messiyə 21 aylıq həbs cəzası!
16:46 “Real”la “Flamenqo”ya çağırış - Ona təzyiq etməyin
16:22 Türkiyəli basketbolçu: Ölkəm yoxdu, Amerika vətəndaşı olmağa çalışıram
16:08 “Roma” türkləri “qaralayıb”
15:43 “Barselona”ya vəd verdi - Başqa təkliflərə baxmayacaq
15:27 “Mənim səhhətim barədə danışmaq onun işi deyil”
15:05 “Mançester Siti”nin futbolçusundan yardım - Terror qurbanlarına
14:36 Milli üzvləriylə jurnalist arasında baş verən qalmaqalla bağlı BƏYANAT
14:24 İspaniya mətbuatı: Valverde 5 futbolçunu “Barsa”da görmək istəmir
14:07 Lam “Bavariya”da qalacaq, ancaq...
13:59 Nazarov “Aue”dən ayrılır?
13:29 Advokat “Adanaspor”u gözləməyəcək
13:08 Türkiyə mətbuatı: “Trabzonspor”un argentinalısı “Qəbələ”yə keçir
12:40 Fətullah Gülənlə Maradona bir yerdə! - Foto
12:23 Gedişi təsdiqləndi - “Barsa”ya keçəcəyi gözlənilən məşqçinin
12:08 “Nyukasl”ın sabiq hücumçusu həbs edildi - Dələduzluğa görə
11:55 Tərlan Əhmədovla bağlı qərar verildi
11:44 Azərbaycan klublarının transfer bazarlığı - Yenilənir
11:32 Məqsəd Yaqubəliyev “İnter”də
11:21 “Qəbələ”nin futbolçusu Qazaxıstan klubunda

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2014 © komanda.az