Rəşad Ergün
bütün yazıları
Natiq Muxtarlı
bütün yazıları
Hüseyn Cəbrayıloğlu
bütün yazıları
Vüqar Məmmədov
bütün yazıları


"Qəbələ" mövsümü "gümüş"lə başa vurdu

Bu gün Azərbaycan Premyer Liqasında 27-ci tura yekun vurulub. 

Komanda.az xəbər verir ki, turun ilk oyun günündə 3 qarşılaşma keçirilib.

Avrokuboklar uğrunda mübarizəni davam etdirən "Kəpəz" artıq sonuncu pilləni tutacağı dəqiqləşən AZAL-ın qonağı olub. 2:1 hesabıyla qalib gələn Şahin Diniyevin yetirmələri avrokubok uğrunda mübarizəni davam etdirib.

Ən diqqətçəkən oyun isə Zirədə baş tutub. Burda hazırda Avropa Liqasına vəsiqə verən 4-cü pillədə qərarlaşmış "Zirə" avrokuboka vəsiqə ümidi bu turadək davam edən "Neftçi"ni qəbul edib. Bu oyunda Elxan Abdullayevin yetirmələrinə yalnız qələbə qane edirdi. Digər istənilən nəticə "Neftçi"nin Avropa ümidlərinin üzərindən xətt çəkəcəkdi. Görüş 2:2 hesablı bərabərliklə nəticələnib. Bu da o deməkdi ki, "Neftçi"nin növbəti mövsümdə avrokubokda mübarizə aparmayacağı dəqiqləşib. Lakin "ağ-qaralar" bu oyunu qələbəylə başa vursaydı belə, Avroliqadan kənarda qalacaqdı. Belə ki, oyunun gedişində "ağ-qaralar"ın baş məşqçisi Elxan Abdullayev oyunçu dəyişikliyi zamanı legioner limitini pozduğundan, "flaqman" çox güman ki, bu matçda texniki məğlubiyyət alacaq. 

Avropa Liqasına vəsiqə uğrunda mübarizəni davam etdirən digər komanda - "Sumqayıt" isə ötən turda çempionluğunu rəsmiləşdirmiş "Qarabağ"ın qonağı olub. Matç 2:1 hesabıyla Ağdam klubunun qələbəsiylə nəticələnib. AFFA İntizam Komitəsi "Neftçi"yə texniki məğlubiyyət verəcəyi halda, "Sumqayıt"ın avrokuboklardan kənarda qalacağı dəqiqləşəcək. Belə ki, "ağ-qaralar" texniki məğlubiyyət alacağı təqdirdə, "Zirə" xallarının sayını 36-ya çatdıracaq ki, belədə "qartallar" "Sumqayıt" üçün əlçatmaz olacaq.  

Bu gün keçirilən "Qəbələ" - "İnter" oyunuyla tura yekun vurulub. Bu qarşılaşmada 2-ci və 3-cü pillələrin taleyinə aydınlıq gəlib. "Qəbələ" doğma divarlar arasında keçirilən oyunda "İnter"i 4:3 hesabıyla məğlub edərək, çempionatı gümüş medalla başa vurub. "İnter" isə bürünc medal qazanıb.  

Azərbaycan Premyer Liqası, 27-ci tur

23 aprel

AZAL - Kəpəz 1:2

Qol: Frank Madu, 82 - Serjio Kosta, 35; 41.

Hakimlər: Rəvan Həmzəzadə, Mehman Mahmudov, Elşən Acalov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Şaiq Həmidov
Bakı. “AZAL Arena”, 17:00

AZAL: 23. Aqil Məmmədov, 18. Ruslan Əmircanov, 5. Kamil Hüseynov, 2. Elşad Manafov, 24. Emin Cəfərquliyev (k), 14. İlqar Ələkbərov, 27. Rəşad Abdullayev, 70. Vaqif Cavadov, 19. Elnur Süleymanov, 8. Sadio Tounkara, 11. Frank Madu.

Ehtiyat oyunçular: 1. Tərlan Qasımzadə, 21. Samir Məsimov, 55. Qeyrət Əliyev, 6. Bəxtiyar Soltanov, 9. Röyal Nəcəfov, 10. Nuqzar Kvirtiya, 77. Arkadi Qalperin.

Baş məşqçi: Tərlan Əhmədov.

Kəpəz: 30. Davud Kərimi, 21. Novruz Məmmədov, 36. Renan Silva, 25. Şəhriyar Əliyev, 13. Şəhriyar Rəhimov, 18. Tural Axundov (k), 5. Kərim Diniyev, 17. Nicat Qurbanov, 19. Orxan Əliyev, 77. Serjio Kosta, 90. Julien Ebah.

Ehtiyat oyunçular: 88. Tadas Simaitis, 23. Tural Nərimanov, 9. Tural Qürbətov, 6. Ceyhun Cavadov, 16. Emin Zamanov, 68. Əli Nuri, 15. Azad Kərimov.

Baş məşqçi: Şahin Diniyev. 


Zirə - Neftçi 2:2

Qol: Təmkin Xəlilzadə, 42. Qadze, 63 - İqnasio Herrera Fernandes, 34. Daniel Seqovia, 90+1.

Hakimlər: Fariz Yusifov, Namiq Hüseynov, Elman Musayev, Ramil Diniyev 
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Xaqani Məmmədov
Zirə. Olimpiya idman kompleksinin stadionu, 17:00

Zirə: 1. Anar Nəzirov, 23. Yovan Krneta, 39. Sadiq Quliyev, 44. Migel Lorenso, 16. Akim Latifu, 28. Təmkin Xəlilzadə, 8. Milan Duriç, 6. Vüqar Mustafayev, 10. Elvin Məmmədov (k), 20. Sezar Meza Kolli, 43. Riçard Qadze.

Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 13. Aleksandr Şemonayev, 21. Murad Səttarlı, 9. Nurlan Novruzov, 33. Vəzir Musayev, 26. Georgi Qorozia, 11. Viktor İqbekoyi.

Baş məşqçi: Ayxan Abbasov.

Neftçi: 33. Boban Baykoviç, 6. Pavel Dreksa, 7. Namiq Ələsgərov, 8. Zdenek Folprext, 11. İqnasio Herrera Fernandes, 12. Daniel Seqovia, 15. Ruslan Abışov (k), 17. Rəhman Hacıyev, 27. Məqsəd İsayev, 29. Georgi Navalovski, 95. Elvin Bədəlov.

Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 9. Uqo Barqas, 10. Cavid İmamverdiyev, 19. Fəhmin Muradbəyli, 23. Tərzin Cahangirov, 26. Kamal Qurbanov, 80. Edson Kastilya.

Baş məşqçi: Elxan Abdullayev. 


Qarabağ - Sumqayıt 2:1

Qol: Muarem Muarem, 12. Elşən Abdullayev, 82 - Amil Yunanov, 83.  

Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Cavanşir Yusifov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Əli Hüseynov
Suraxanı. “Azersun Arena”, 17:00

Qarabağ: 12. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 6. Dino Ndlovu, 10. Muarem Muarem, 15. Rahid Əmirquliyev, 20. Riçard Almeyda, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə, 55. Bədavi Hüseynov, 91. Coşqun Diniyev.

Ehtiyat oyunçular: 1. Boyan Şaranov, 2. Qara Qarayev, 11. Mahir Mədətov, 18. İlqar Qurbanov, 44. Ağabala Ramazanov, 77. Elşən Abdullayev, 16. İbrahim Aslanlı.

Baş məşqçi: Qurban Qurbanov.

Sumqayıt: 1. Fərhad Vəliyev, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 5. Seymur Əsədov, 9. Amil Yunanov, 10. Məhəmməd Qurbanov, 14. Bəxtiyar Həsənalızadə, 22. Mirabdulla Abbasov, 74. Yusif Nəbiyev, 77. Ehtiram Şahverdiyev, 97. Xəyal Nəcəfov.

Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 13. Bəhlul Mustafazadə, 18. Süleyman Əhmədov, 19. Azər Salahlı, 21. Nasir Abilayev, 25. Ayaz Mehdiyev, 39. Tural Bayramlı.

Baş məşqçi: Samir Abasov.  


24 aprel

Qəbələ - İnter 4:3

Qol: Rikardinyo, 14. Sergey Zenyov, 26. Adrian Skarlatake, 33-avtoqol. Tellur Mütəllimov, 90 - Rauf Əliyev, 3; 77. Elnur Abdullayev, 73. 

Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Vüsal Qənbərov, Ziya Nəsirov 
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Şahin Cəfərov
Qəbələ. Şəhər stadionu, 14:30

Qəbələ: 22. Dmitri Bezotosnı, 3. Voislav Stankoviç, 6. Rəşad Sadiqov, 7. Nika Kvekveskiri, 9. Sergey Zenyov, 14.Cavid Hüseynov (k), 19. Filip Ozobiç, 20. Rikardinyo, 34. Urfan Abbasov, 77. Araz Abdullayev, 88. Tellur Mütəllimov.

Ehtiyat oyunçular: 33. David Pietrzkeviç, 8. Qismət Alıyev, 10. Ruslan Qurbanov, 18. Baqali Dabo, 17. Məhəmməd Mirzəbəyov, 31. Daniel Subotiç, 44. Rafael Santos.

Baş məşqçi: Roman Qriqorçuk.

İnter: 13. Orxan Sadıqlı, 14. Zurab Xizanişvili, 3. Denis Silva, 27. Adrian Skarlatake, 22. İlkin Qırtımov, 2. Sertan Taşkın, 10. Elnur Abdullayev, 88. Məmməd Quliyev, 7. Mirsahib Abbasov, 9. Pərdis Fərcad-Azad, 11. Rauf Əliyev (k).

Ehtiyat oyunçular: 16. Şahin Zəkiyev, 66. Murad Qayalı, 65. Cabir Əmirli, 20. Aqşin Quluzadə, 98. Qara Qarayev.

Baş məşqçi: Zaur Svanadze. 


 
tarix: 24-04-2017 16:29

 



Xəbərlər
30.04.2017
03:25 Mourinyonu tənqid etdi - Ferqyuson heç vaxt belə etməzdi
01:42 "Qarabağ" "Neftçi"ni belə məğlub etdi - Video
01:38 Emin Mahmudovlu "Boavişta" qalib gəldi
00:45 Turində hərəyə bir qol, bir xal
00:38 "Real" son dəqiqələrdə xilas oldu, "Barsa" derbini qazandı
00:27 Millimizin üzvü oynadı, komandası uduzdu
00:11 Mövsümün son turunu nə qədər azarkeş izlədi?
00:06 "Monako" 3 xalı 3 qolla qazandı
29.04.2017
23:41 "Kəpəz" artıq püxtələşib - Şahin Diniyev
23:02 “Traktorsazi” gerilədi
22:40 Vardi "Lester"ə qələbə qazandırdı
22:29 "Bavariya" çempion!
22:18 "Trabzonspor" "gənclər"lə bacarmadı
21:11 "Qəbələ" mövsümə məğlubiyyətlə yekun vurdu - Video
20:57 "Sumqayıt"dan daha bir müqavilə
20:48 Hazırlıqsız komanda ilə avrokubokda iştirak etməyin mənası yoxdu - Elxan Abdullayev 
20:41 Onu transfer etmək ehtimalımız azdı - Qurban Qurbanov 
19:32 Qriqorçukun statistikası - ...142 dəfə real, 100 faizlik qol vəziyyətini boşa vermişik 
19:12 Komandanın taleyinə bu həftə aydınlıq gələcək - Tərlan Əhmədov 
19:01 “Qəbələ” üçün vacib oyun olsaydı... - Samir Abasov 
18:53 Avroliqaya son "bilet" "Zirə"nin oldu
18:50 Avropa arenasında uğurlu çıxış etmək üçün... - Ayxan Abbasov 
18:38 "Zirə"ni Avroliqaya aparan qələbə - Video
17:26 Arsen Venger: İndi birdən-birə hamı narahat olmağa başlayıb
16:14 İkiqat çempionluq: Tarixdə 2-ci dəfə
15:32 “Çelsi” ona görə 43 milyon təklif etdi - “Napoli”yə
14:28 Onunla yalnız Teves kəllə-kəlləyə gələ bilərdi - Yazı+Fotolar
14:00 Yunanıstanda “qızıl” qazandıq
13:03 Bu gün qələbə qazanmalıyıq - “Kəpəz”in legioneri
12:04 “Sumqayıt”da yeni müqavilə
11:55 Günün oyunları - TV
10:46 Əhmədə görə araşdırma başladı - FİFA prezidentinə qarşı
10:09 Ronaldinyo “meydan suladı”, “Barsa” “Real”a qalib gəldi - Video
06:07 Məşqçi kimi çalışmaq oyunçu olmaqdan çətindi - İnzaqi 
03:12 “Tottenhem” “Uembli”yə köçür
00:08 Super Liqada çempion bəlli oldu - Ardıcıl 7-ci dəfə

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2014 © komanda.az