Rəşad Ergün
bütün yazıları
Natiq Muxtarlı
bütün yazıları
Hüseyn Cəbrayıloğlu
bütün yazıları
Vüqar Məmmədov
bütün yazıları


AL-da bütün yarımfinalçılar bəlli oldu - "Beşiktaş" "lotoreya"da uduzdu

Avropa Liqasının 1/4 final mərhələsinə yekun vurulub.

Komanda.az xəbər verir ki, İstanbulda “Beşiktaş” “Lion”u qəbul edib. Bu komandalar arasında Lionda keçirilmiş və meydan sahiblərinin 2:1 hesabıyla qalib gəldiyi ilk oyunda qalmaqal yaşanması, bu matça marağı bir az da artırırdı. Belə ki, Fransadakı oyunda meydan sahibləriylə türk azarkeşlər arasında insident yaşanmış, “Lion” azarkeşləri meydançaya çıxmışdı. 

İstanbuldakı cavab oyununda heç bir insident yaşanmasa da, meydanda gərgin mübarizə gedib. "Qara qartal" oyunun əsas vaxtını Taliskonun dubluyla 2:1 hesablı qələbəylə başa vurub. Əlavə vaxtda başqa qol olmadığından, cütün taleyinə penaltilər seriyasında aydınlıq gəlib. Burda daha dəqiq oynayan "Lion" yarımfinala vəsiqəni təmin edib.

İngiltərə nəhəngi “Mançester Yunayted” səfərdə 1:1 hesablı heç-heçə etdiyi “Anderlext”i qəbul edib. Bir çoxları səfər oyununda sərfəli nəticə əldə edən mankunianların rahat mərhələ keçəcəyini düşünsə də, belçikalılar başqa fikirdə idi. Oyunun əsas vaxtı ilk qarşılaşmada olduğu kimi 1:1 hesablı bərabərliklə başa çatıb. Ancaq Avropa Liqasının cari mövsümünün qrup mərhələsində "Qəbələ"nin də rəqibi olmuş "Anderlext"in bundan artığına gücü çatmayıb. "Qırmızı şeytanlar" əlavə vaxtda Markus Reşfordun qoluyla oyundan 2:1 hesablı qələbəylə ayrılıblar.

Helzenkirhendə "Şalke" ilk oyunda 0:2 hesabıyla uduzduğu "Ayaks"ı qəbul edib. Almanlar ilk oyundakı məğlubiyyətin əvəzini çıxmağa nail olub - 2:0. Ancaq bu hesab "Şalke"yə mərhələ adlamaq üçün kifayət etməyib. Almanlar əlavə vaxtda meydanda azlıqda qalmış Amsterdam təmsilçisinin qapısına daha bir dəfə yol tapsa da, hollandlar inanılmaz əzmkarlıq nümayiş etdiriblər. Belə ki, meydanda azlıqda qalmış "Ayaks" hesabda 0:3 geri düşdükdən sonra 2 dəfə fərqlənərək, yarımfinala vəsiqə üçün lazım olan hesabı əldə edib.

"Selta" və "Genk"in Belçikadakı duelində isə 1:1 hesablı bərabərlik qeydə alınıb. Bu hesab ilk oyunda 3:2 hesabıyla qalib gəlmiş Viqo təmsilçisini yarımfinala çıxarıb.  

Avropa Liqası, 1/4 final, cavab oyunları

20 aprel

Beşiktaş (Türkiyə) - Lion (Fransa) 2:1  pen-6:7

Qol: Taliska, 27; 58 - Lakazet, 34.  

İlk oyun - 1:2
Cəzalı: Abubakar, (Beşiktaş), Rafael (Lion).
Zədəli: Caner Erkin, Ersan Gülüm, Rodolfo (hamısı “Beşiktaş”), Mammana (şübhəli, “Lion”).
Baş hakim: Milorad Maziç (Serbiya).
Yer: İstanbul. “Beşiktaş” stadionu.

Beşiktaş: 1. Fabri, 3. Adriano, 6. Toşiç, 2. Mitroviç, 77. Gökhan Gönül, 13. Hatçinson, 15. Oğuzhan Özyakup (k), 49. Babel, 94. Taliska, 7. Quaresma, 23. Cenk Tosun.

Lion: 1. Lopes, 15. Morel, 5. Diakabi, 3. N'Kolu, 13. Jalle, 8. Tolisso, 21. Qonalons (k), 29. Tusart, 28. Valbuena, 10. Lakazet, 27. Kornet.  


Genk (Belçika) - Selta (İspaniya) 1:1

Qol: Trossard, 67 - Sisto, 63. 

İlk oyun - 2:3
Cəzalı: Yoxdu.
Zədəli: Karelis (Genk), Rossi (Selta), Bizot, Kuke, Suşiç, Vouters (şübhəli, hamısı “Genk”).
Baş hakim: Vilyam Kollum (Şotlandiya).
Yer: Genk. “Genk Arena”.

Genk: 70. Rayan, 21. Uronen, 15. Kolli, 2. Brabek, 41. Kastan, 18. Malinovski, 4. Vouters, 27. Berc, 19. Buffel (k), 77. Samata, 14. Trossard.

Selta: 1. Alvares, 19. Conni, 3. Fontas, 22. Kabral, 2. Mallo (k), 8. Ernandes, 6. Radoja, 18. Vass, 11. Sisto, 9. Quidetti, 10. Aspas. 


Şalke (Almaniya) - Ayaks (Hollandiya) 3:2 ə/v

Qol: Qoretska, 53. Burqştaller, 56. Kalicuri, 101 - Virqever, 111. Yunes, 120.

Qırmızı vərəqə: Veltman, 80 (Ayaks). 

İlk oyun - 0:2
Cəzalı: Kerer (Şalke).
Zədəli: Baba, Naldo, Noyman (hamısı “Şalke”), Çupo-Motinq, Hövedes, Kolasinaç (şübhəli, hamısı “Şalke”), Tete (Ayaks), Ridevald, Sinkqraven (şübhəli, hər ikisi “Ayaks”).
Baş hakim: Ovidiu Hateqan (Rumıniya).
Yer: Helzenkirhen. “AufŞalke” stadionu.

Şalke: 1. Farmann, 6. Kolasinaç, 31. Nastasiç , 4. Hövedes (k), 27. Riter, 10. Bentaleb, 17. Stambuli, 7. Meyer, 8. Qoretska, 2. Kalicuri, 19. Burqştaller.

Ayaks: 24. Onana, 26. Virqever, 36. De Layt, 5. Sançes, 3. Veltman, 10. Klaassen (k), 20. Şön, 22. Ziyek, 11. Yunes, 9. Traore, 45. Klyuvert.    


Mançester Yunayted (İngiltərə) - Anderlext (Belçika) 2:1 ə/v

Qol: Mxitaryan, 10. Reşford, 107 - Hanni, 32.

İlk oyun - 1:1
Cəzalı: Yoxdu.
Zədəli: Fil Cons, Mata, Smollinq (hamısı “Mançester Yunayted”), Ruben, Spajiç (hər ikisi “Anderlext”), Runi (şübhəli, “Mançester Yunayted”), Nacar (şübhəli, “Anderlext”).
Baş hakim: Alberto Undiano Malyenko (İspaniya).
Yer: Mançester. “Old Trafford” stadionu.

Mançester Yunayted: 20. Romero, 23. Şou, 5. Roxo, 3. Baili, 25. Valensia, 16. Kerrik (k), 19. Reşford, 6. Poqba, 14. Linqaard, 22. Mxitaryan, 9. İbrahimoviç.

Anderlext: 30. Ruben, 37. Obradoviç, 5. Spajiç, 4. Mbodci, 12. Appia, 32. Dendonker, 18. Açimponq, 94. Hanni (k), 31. Tilemans, 11. Çipçu, 91. Teodorçik. 

 

Bombardirlər: Edin Dzeko (Roma) - 8. Culiano (Zenit) - 8. Aduris (Atletik) - 7.


 
tarix: 21-04-2017 01:53

 



Xəbərlər
30.04.2017
03:25 Mourinyonu tənqid etdi - Ferqyuson heç vaxt belə etməzdi
01:42 "Qarabağ" "Neftçi"ni belə məğlub etdi - Video
01:38 Emin Mahmudovlu "Boavişta" qalib gəldi
00:45 Turində hərəyə bir qol, bir xal
00:38 "Real" son dəqiqələrdə xilas oldu, "Barsa" derbini qazandı
00:27 Millimizin üzvü oynadı, komandası uduzdu
00:11 Mövsümün son turunu nə qədər azarkeş izlədi?
00:06 "Monako" 3 xalı 3 qolla qazandı
29.04.2017
23:41 "Kəpəz" artıq püxtələşib - Şahin Diniyev
23:02 “Traktorsazi” gerilədi
22:40 Vardi "Lester"ə qələbə qazandırdı
22:29 "Bavariya" çempion!
22:18 "Trabzonspor" "gənclər"lə bacarmadı
21:11 "Qəbələ" mövsümə məğlubiyyətlə yekun vurdu - Video
20:57 "Sumqayıt"dan daha bir müqavilə
20:48 Hazırlıqsız komanda ilə avrokubokda iştirak etməyin mənası yoxdu - Elxan Abdullayev 
20:41 Onu transfer etmək ehtimalımız azdı - Qurban Qurbanov 
19:32 Qriqorçukun statistikası - ...142 dəfə real, 100 faizlik qol vəziyyətini boşa vermişik 
19:12 Komandanın taleyinə bu həftə aydınlıq gələcək - Tərlan Əhmədov 
19:01 “Qəbələ” üçün vacib oyun olsaydı... - Samir Abasov 
18:53 Avroliqaya son "bilet" "Zirə"nin oldu
18:50 Avropa arenasında uğurlu çıxış etmək üçün... - Ayxan Abbasov 
18:38 "Zirə"ni Avroliqaya aparan qələbə - Video
17:26 Arsen Venger: İndi birdən-birə hamı narahat olmağa başlayıb
16:14 İkiqat çempionluq: Tarixdə 2-ci dəfə
15:32 “Çelsi” ona görə 43 milyon təklif etdi - “Napoli”yə
14:28 Onunla yalnız Teves kəllə-kəlləyə gələ bilərdi - Yazı+Fotolar
14:00 Yunanıstanda “qızıl” qazandıq
13:03 Bu gün qələbə qazanmalıyıq - “Kəpəz”in legioneri
12:04 “Sumqayıt”da yeni müqavilə
11:55 Günün oyunları - TV
10:46 Əhmədə görə araşdırma başladı - FİFA prezidentinə qarşı
10:09 Ronaldinyo “meydan suladı”, “Barsa” “Real”a qalib gəldi - Video
06:07 Məşqçi kimi çalışmaq oyunçu olmaqdan çətindi - İnzaqi 
03:12 “Tottenhem” “Uembli”yə köçür
00:08 Super Liqada çempion bəlli oldu - Ardıcıl 7-ci dəfə

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2014 © komanda.az