Rəşad Ergün
bütün yazıları
Natiq Muxtarlı
bütün yazıları
Hüseyn Cəbrayıloğlu
bütün yazıları
Vüqar Məmmədov
bütün yazıları


“Şahdağ”ın futbolçusu Konfederasiyalar Kubokunda - Açıqlama

Dünən “Dostluq üçün futbol” (Football for Friendship) beynəlxalq layihəsi çərçivəsində mətbuat konfransı keçirilib.

Komanda.az xəbər verir ki, layihə çərçivəsində Azərbaycandan olan iki nəfər ölkəmizi Sankt-Peterburqda keçiriləcək Konfederasiyalar Kuboku matçında təmsil edəcək. Onlardan biri futbolçu, digəri isə gənc jurnalistdi.

“Dostluq üçün futbol” beynəlxalq uşaq layihəsinin təşkilat komitəsinin nümayəndəsi Əminə Konurbayeva proqramın məqsədləri barədə bizimlə söhbət edib. O, qeyd edib ki, layihə uşaq idmanının inkişafına yənilmiş sosial proqramdı:

“Bu, FİFA-nın himayəsilə keçirilir. Layihə yalnız uşaq idmanının inkişafına deyil, həmçinin uşaqlarda digər ölkələrdəki həmyaşıdlarının mədəniyyət və tolerantlıq tərbiyəsinə də yönəlib.
Azərbaycan artıq ikinci ildi ki, bu layihədə iştiak edir. Bizim üçün Cənubi Qafaqaz və Mərkəzi Asiya regionunun bu layihədə iştirakı vacibdi. Azərbaycanda “Şahdağ” futbol klubu ilə əməkdaşlıq edirik. Uşaqlar əsasən 12-15 yaşarası seçilir. Bu uşaqlar öz həyatlarını futbola həsr etmək istəyir. Onlar proqramın kiçik yaşlı səfirləridi. Biz əsasən 9 aparıcı dəyəri inkişaf etdiririk. İlk növbədə isə dostluğu yayırıq.

Hər il uşaqları beynəlxalq yarışlara aparırıq. Ötən il uşaqlar Çempionlar Liqasının Milanda keçirirlən yarımfinalına getmişdi. Bu il isə Sankt-Peterburqda keçiriləcək Konfederasiyalar Kubokunda iştirak edəcəklər. Uşaqlar beynəlxalq turnirdə oynayacaqlar. Əvvəllər bir ölkədən bütün komandanı aparırıdıq. İndi isə müxtəlif ölkələrdən uşaq seçərək onları dostluq yığmasından birləşdiririk. Azərbaycandan bir nəfər müfadiəçi qismində iştirak edəcək ki, o da “Şahdağ”dan olan 12 yaşlı oyunçudu. Ümumilikdə 64 ölkədən uşaqlar təmsil olunacaq”.

Bundan əlavə, Əminə Konurbayeva bildirib ki, seçimlər çox ciddi idi:

“Belə ki, bir uşaq bütün ölkəsini təmsil edir. Bundan əlavə, o, layiqli oynamalıdı. Bu da digər məsuliyyətdi. Uşağın bir çox üstünlükləri olmalıdı. O, ingilis dilini də bilməlidi. Həmçinin Azərbaycanla bağlı öz təəsüratlarını da bölüşməyi bacarmalıdı.

Məşqlərə dörd gün ayrılıb. Daha sonra isə turnir keçirirləcək. Yığmalar öz aralarında oynayacaq. Hər kəs Konfederasiyalar Kubokunda iştirak edəcək. Layihədə uşaq mətbuat konfransı da fəaliyyət göstərir. Yəni uşaqlar jurnalistlərlə işləyərək birbaşa reportajlar hazırlayacaq.

Xüsusi mükafatımız - 9 dəyər kuboku var. Uşaqlar bizim irəli sürdüyümüz sosial təşəbbüslərə cavab verən bir kluba səs verəcəklər. Uşaqlar artıq “Barselona” və “Real” kimi klublara kubok veriblər”.

“Şahdağ” klubunun vitse-prezidenti Rüstəm Əzimov isə bildirib ki, Azərbaycandan olan təmsilçi Sinqapur, İspaniya, Boliviya, Bolqarıstan, Argentina, Çexiya və Liviyadan olan gənc futbolçularla bir komadada oynayacaq:

“Klubumuz uşaq futbolunun inkişafına hər zaman diqqət ayırıb. Məhz buna görə, ölkə yığmasına bir çox futbolçular bəxş etmişik. Bunun bariz nümunəsi Rahid Əmirquliyevdi. Bu layihədə iştirakdan çox məmnunuq.

Futboldakı uğurdan əlavə, penalti müsabiqəsini də keçirimişik. Rəvan Kazımov bu müsabiqədə digərlərini üstələyib. Nəticədə bu yeniyetmə Azərbaycanı təmsil edəcək”.
Rəvan Kazımov bildirib ki, üç ildi futbolla məşğul olur:

“Futbola məni böyük qardaşım gətirib. Gələcəkdə futbolçu olmaq istəyirəm. Pərəstişkarım Rəşad Sadıqovdu. Özüm isə Ağdamın “Qarabağ” klubuna azarkeşlik edirəm”.


 
tarix: 20-04-2017 12:05

 



Xəbərlər
30.04.2017
03:25 Mourinyonu tənqid etdi - Ferqyuson heç vaxt belə etməzdi
01:42 "Qarabağ" "Neftçi"ni belə məğlub etdi - Video
01:38 Emin Mahmudovlu "Boavişta" qalib gəldi
00:45 Turində hərəyə bir qol, bir xal
00:38 "Real" son dəqiqələrdə xilas oldu, "Barsa" derbini qazandı
00:27 Millimizin üzvü oynadı, komandası uduzdu
00:11 Mövsümün son turunu nə qədər azarkeş izlədi?
00:06 "Monako" 3 xalı 3 qolla qazandı
29.04.2017
23:41 "Kəpəz" artıq püxtələşib - Şahin Diniyev
23:02 “Traktorsazi” gerilədi
22:40 Vardi "Lester"ə qələbə qazandırdı
22:29 "Bavariya" çempion!
22:18 "Trabzonspor" "gənclər"lə bacarmadı
21:11 "Qəbələ" mövsümə məğlubiyyətlə yekun vurdu - Video
20:57 "Sumqayıt"dan daha bir müqavilə
20:48 Hazırlıqsız komanda ilə avrokubokda iştirak etməyin mənası yoxdu - Elxan Abdullayev 
20:41 Onu transfer etmək ehtimalımız azdı - Qurban Qurbanov 
19:32 Qriqorçukun statistikası - ...142 dəfə real, 100 faizlik qol vəziyyətini boşa vermişik 
19:12 Komandanın taleyinə bu həftə aydınlıq gələcək - Tərlan Əhmədov 
19:01 “Qəbələ” üçün vacib oyun olsaydı... - Samir Abasov 
18:53 Avroliqaya son "bilet" "Zirə"nin oldu
18:50 Avropa arenasında uğurlu çıxış etmək üçün... - Ayxan Abbasov 
18:38 "Zirə"ni Avroliqaya aparan qələbə - Video
17:26 Arsen Venger: İndi birdən-birə hamı narahat olmağa başlayıb
16:14 İkiqat çempionluq: Tarixdə 2-ci dəfə
15:32 “Çelsi” ona görə 43 milyon təklif etdi - “Napoli”yə
14:28 Onunla yalnız Teves kəllə-kəlləyə gələ bilərdi - Yazı+Fotolar
14:00 Yunanıstanda “qızıl” qazandıq
13:03 Bu gün qələbə qazanmalıyıq - “Kəpəz”in legioneri
12:04 “Sumqayıt”da yeni müqavilə
11:55 Günün oyunları - TV
10:46 Əhmədə görə araşdırma başladı - FİFA prezidentinə qarşı
10:09 Ronaldinyo “meydan suladı”, “Barsa” “Real”a qalib gəldi - Video
06:07 Məşqçi kimi çalışmaq oyunçu olmaqdan çətindi - İnzaqi 
03:12 “Tottenhem” “Uembli”yə köçür
00:08 Super Liqada çempion bəlli oldu - Ardıcıl 7-ci dəfə

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2014 © komanda.az