Rəşad Ergün
bütün yazıları
Natiq Muxtarlı
bütün yazıları
Hüseyn Cəbrayıloğlu
bütün yazıları
Vüqar Məmmədov
bütün yazıları


Atmosfer “Benfika” - “Portu” qarşılaşması səviyyəsində idi - “Kəpəz”in futbolçusu

Azərbaycan Premyer Liqasının 26-cı turu çərçivəsində Gəncədə “Qəbələ” üzərində qazanılan 2:0 hesablı qələbədə Serjio Karneyronun da əməyi az olmadı. “Sarı-göylər”in yarımmüdafiəçisi oyunu ilə komandanın üç xal qazanmasında mühüm rol oynadı.

Komanda.az xəbər verir ki, “Kəpəz”in saytına açıqlama verən Serjinyo bu matçla bağlı fikirlərini bölüşüb:

“Əla matç alındı. Oyuna yaxşı başlamışdıq, üstünlük də bizim tərəfimizdə idi. Ancaq ilk 20 dəqiqədən sonra rəqib fəallaşdı və oyunu balanslaşdırdı. Bu üzdən meydanda bərabər səviyyəli oyun getdi. İkinci hissədə isə biz çox güclü idik. Motivasiyamız super idi. Yaxşı oynadıq və çoxlu qol imkanları yaratdıq. Ədalətli olaraq da, matçı qalib başa vurduq”.

Kosta oyunun sonlarına doğru əvəzlənsə də, bu, daha çox hesabın qorunmasına hesablanmış addım idi. Yarımmüdafiəçi meydanda olduğu 82 dəqiqə ərzində hücum xəttində möhtəşəm oyun sərgilədi, komanda yoldaşlarını ötürmələrlə təmin edib, hətta epizodların birində özü də fərqlənməyə yaxın oldu. Amma zərbəsi tirə tuş gəldi. Bir sözlə, Karneyro bəlkə də cari mövsümdə ən yaxşı oyununu keçirdi:

“Şübhəsiz ki, bu oyun mənim çempionatda ən yaxşı matçım idi. Düşünürəm ki, hamı kimi mən də yaxşı çıxış etdim. Təbii ki, kiminsə yaxşı oynaması yox, ən vacib olanı komandanın qələbə qazanması idi. İndiki vəziyyətdə isə ən önəmlisi “Kəpəz”in qalib gəlməklə məqsədinə doğru irəliləməsidi”.

Serjinyo oyunboyu komandanı dəstəkləyən azarkeşlər haqda da danışıb:

“Stadionda super atmosfer vardı. İkinci hissə fantastik idi, oyunumuzla azarkeşləri ayağa qaldırmışdıq. Onlar bir-birinin ardınca təhlükəli vəziyyətlər izləyirdilər və yerlərində sakit oturmağa macal tapmırdılar. Gəncədə oynamaq həmişə əladı. Azarkeşlər bizə güc və inam bəxş edir, bu isə oyunumuza çox kömək olur. Fanatlar xüsusən də, “Qəbələ” ilə matçda super idilər. Atmosfer Portuqaliyadakı böyük oyunların, məsələn, “Benfika” - “Portu” qarşılaşmaları səviyyəsində idi”.

“Kəpəz”in qarşısında duran əsas vəzifə ötən mövsümkü uğuru təkrarlayıb Avropa Liqasına vəsiqə qazanmaqdı. Portuqaliyalı futbolçu hələ mübarizənin irəli olduğunu söyləyib:

“Nəzəri olaraq şanslarımız var, ancaq indi hər şey tək bizdən asılı deyil. Hazırda ən önəmlisi AZAL-la görüşdü. Bu oyun bizim üçün final matçına bərabərdi. Qalib gəlməliyik. Görüşün necə keçəcəyini bilmirik, lakin biz ora qələbəni düşünərək yollanacağıq və bunun üçün də əlimizdən gələni edəcəyik. Mən bunu komanda yoldaşlarımın adından da deyə bilərəm”.


 
tarix: 19-04-2017 15:23

 



Xəbərlər
28.04.2017
18:13 Oqtay Abdullayev sədr seçildi
17:46 Mbappeni transfer edə biləcək 4 klub var - Menecer
17:22 Prezident olacağını istisna etmir - Serxio Ramos
17:10 “Qarabağ” çempion oldu
16:43 Roma derbisində kim sevinəcək? - Afişa
16:24 “Yox” dedi, dostunu göndərdilər
16:08 Messi indiyədək bir futbolçudan forma dəyişməyi xahiş edib - Açıqladı
15:40 Emin Mahmudovun növbəti sınağı - Afişa
15:25 “Qarabağ” - "Neftçi": Bu dəfə kim sevinəcək? - Video
15:07 Rövnəq Abdullayevə vacib xatırlatma!
14:42 “Real”la razılaşdı - “Mançester Yunayted”dən xahiş etdi
14:24 Super Liqa nəhəngi “ev”siz qalacaq - Borcu ödəməsə
14:13 PSJ üçün çətin səfər - Afişa
13:52 “Qarabağ”ı izləməyin qiyməti: 1 AZN
13:31 Millimizin hücumçusuna əlcəzairli rəqib - 700 min avro...
13:10 “Bavariya” bu turda çempion olacaq? - Afişa
12:42 Günahını etiraf etdi - Daha bir FİFA funksioneri
12:18 “Kəpəz”in kapitanı azarkeşlərə müraciət etdi
12:05 Millimizin üzvü “Qalatasaray”a qarşı - Afişa
11:44 Qurban Qurbanov, “Neftçi” rəhbərliyi Allaha dua edir ki...
11:23 Təslim oldu - İtalyan azarkeşi öldürən portuqal
11:09 Albaniyada iş tapdı - Ömürlük cəzalanan “Yuve”li
10:57 Prosineçki qumarda 10 min uduzdu - Foto
10:50 Məşhur serbiyalı: Prosineçkini dəfələrlə izləyirdim
10:42 Günün oyunları - TV
10:26 Özünü Maradona və Ronaldo hesab edən dəli varmış - “Real”da
10:07 Prezident təsdiqlədi - Argentina yığmasını o çalışdıracaq
05:26 Balotellidən Kassanoya cavab - İndi onun niyə az dostu olduğunu başa düşürəm
02:31 "Barselona" və "Real"dan "qol yağışı", "Atletiko" evdə uduzdu
01:55 "Qəbələ" çempion!
01:09 Mançester derbisində qalib müəyyənləşmədi
00:28 “Şah” zirvədə qaldı
27.04.2017
23:56 Türkiyə kuboku: “Kasımpaşa”dan əzmkar qələbə
22:28 Kuadrado “Yuventus”un sirrini açdı - Foto 
21:47 Cerrard “Liverpul”a qayıdır
20:05 "Turan Tovuz" mükafatına qovuşdu - Foto
19:56 "Birincilər"in bombardiri o oldu
19:52 "Səbail" və "Ağsu" Premyer Liqada!
19:32 “Çelsi” fanatı bilib döydülər, öz azarkeşləri çıxdı - Foto
18:19 “Qalatasaray” cəzalandırıldı
17:48 “Ya Çempionlar Liqasını qazanmalı, ya da ölməliyik”
17:25 Lam karyerasını niyə bitirir? - Açıqladı
17:11 “Real” “xainlər”i tapdı - “Barselona”nın qoluna sevinən...
16:37 “Kataloniya əclafları çempionluğun qoxusunu ala bilməyəcəklər”
16:16 Mariya Arxangelskaya Bakıya niyə gəlib?
16:09 Luis Enrikedən maraqlı açıqlama - Nənəmin təkərləri olsaydı...
15:42 Simeonedən “İnter”ə cavab - Milana gedəcək?
15:24 Cənubi Amerika əlavə 2 yer alacaq - DÇ-2026-da
15:08 Başqalarında “İnkişaf”, bizim üçün “döyülmək” turniri
14:55 Zaur Axundov “İnter”də!
14:45 Qaskoynun əli, qeyri-adi obrazdakı Ronaldo - Yazı+Fotolar
14:23 Emil Balayev: Baş məşqçi mənə etimad göstəribsə…
14:06 Azarkeşlərin Messidən xahişi... - 319-cu oyunda vurulan ilk qol
13:30 Umudov heyəti açıqladı
13:03 Advokat “Fənər”dən gedir - Qullit köməkçisi olacaq
12:37 Diniyev müəmması
12:25 Neymarın “azərbaycansayağı” müalicəsi - Foto
12:11 “Tərəqqi” medalı aldı - “Qarabağ”ın...
11:42 Obameyanq qərar verdi - Atası Klyuvertlə görüşüb
11:21 İnfantino açıqladı: Rusiyada da…
11:06 Günün oyunları - TV
10:43 “Siti”yə keçirmiş - Mourinyo zəng edib və...

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2014 © komanda.az