Natiq Muxtarlı
bütün yazıları
Elnur Həmidov
bütün yazıları
Hüseyn Cəbrayıloğlu
bütün yazıları
Vüqar Məmmədov
bütün yazıları


"Monako" "Borussiya"ya şans vermədi, "Barsa"nın bu dəfə möcüzəyə gücü çatmadı

Dünən Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunlarına start verilib. 

Komanda.az xəbər verir ki, ilk oyun günündə “Lester” “Atletiko”nu qəbul edib. İlk oyunda Madriddə minimal hesabla məğlub olan Kreyq Şekspirin yetirmələri cavab oyununda bu məğlubiyyətin əvəzini çıxmağı planlaşdırırdı. Lakin oyunda buraxılacaq bir qol "Lester"in işini bir xeyli çətinləşdirəcəkdi. Belə olacağı halda, "tülkülər" mərhələ adlamaq üçün 3 qol vurmalı olacaqdı. İngilislərin qorxduğu başlarına gəlib. Saul Niqes ilk hissədə ispanları hesabda önə çıxarıb. "Lester" isə ona lazım olan 3 qol əvəzinə cəmi 1 qol vurmağa nail olub. Ceymi Vardinin matçın 61-ci dəqiqəsində vurduğu qol yalnız "tülkülər"i məğlubiyyətdən xilas edib. Yarımfinala vəsiqəni isə son finalçı "Atletiko" qazanıb.

Günün digər oyununda isə ilk matçda səfərdə “Bavariya”nı məğlub edən (2:1) “Real” bu dəfə Münhen təmsilçisini evdə qəbul edib. “Kral klubu” səfər qələbəsiylə böyük üstünlük əldə etsə də, almanlar “silah”ı yerə qoymaq barədə düşünmürdülər. Karlo Ançelottinin yetirmələri bunu oyunlarıyla da sübut ediblər. Oyunda hesabı Münhen təmsilçisi açıb. Robert Levandovski matçın 53-cü dəqiqəsində Aryen Robbenə qarşı kobudluğa görə təyin edilmiş penaltini qola çevirib. Kriştiano Ronaldo oyunun 76-cı dəqiqəsində hesabda tarazlığı bərpa etsə də, "kral klubu"nun sevinci cəmi 2 dəqiqə çəkib. Madrid təmsilçisinin kapitanı Serxio Ramos öz qapısını dəqiq "nişan alıb" - 1:2. Qarşılaşmanın 84-cü dəqiqəsində isə matçın baş hakimi Viktor Kassai "Bavariya"nın üzvü Arturo Vildalı ikinci sarı vərəqəylə meydandan qovub. Oyunun əsas vaxtı elə bu hesabla da sona yetib. Əlavə vaxtda ilk qol "Real"dan gəlib. Oyunun hakimlər briqadası Kriştiano Ronaldonun aşkar ofsayddan vurduğu qolu qeydə alıb. Sonrakı dəqiqələrdə Ronaldo və Asensionun qollarıyla hesabı 4:2-yə çatdıran "Real" yarımfinala vəsiqəni təmin edib.

Bu gün keçiriləcək iki oyunla ÇL-in 1/4 final mərhələsinə yekun vurulub.

İlk oyunda Turində “Yuventus”a böyük hesabla uduzan (0:3) “Barselona” “Nou Kamp”da bu məğlubiyyətin əvəzini çıxmağa çalışıb. “Barsa” azarkeşləri doğma klublarından PSJ ilə oyundakı qəhrəmanlığı təkrarlamasını gözləyirdi. 1/8 finalın ilk oyununda Parisdə fransızlara 0:4 hesabıyla uduzan katalonlar, cavab oyununda 6:1 hesabıyla qalib gələrək, mərhələni keçmişdi. İndi Lionel Messi və dostları yenə bu qəhrəmanlığı təkrarlamalıydı. Ancaq “göy-qırmızılar”ın qarşısında güclü müdafiəsiylə ad qazanmış İtaliya çempionu var idi. Luis Enrikenin yetormələrinin İtaliya nəhəngi ilə oyunda PSJ ilə oyundakı qəhrəmanlığı təkrarlaya bilməyib. Qolsuz heç-heçə "qoca sinyora"nı yarımfinala çıxarıb.

Digər oyunda isə “Monako” “Borussiya”nı qəbul edib, Dortmundda baş tutmuş ilk oyunda 3:2 hesabıyla qalib gələn “knyazlıq klubu” ev oyununda böyük üstünlük əldə etmişdi. Cavab oyununda da qalib gələn (3:1) "Monako" tarixində ikinci dəfə Çempionlar Liqasında yarımfinala yüksəlib.

Çempionlar Liqası, 1/4 final, cavab oyunları

18 aprel

Real (İspaniya) - Bavariya (Almaniya) 4:2 ə/v

Qol: Ronaldo, 76; 104; 109. Asensio, 112 - Levandovski, 53-pen. Serxio Ramos, 78-avtoqol.

Qırmızı vərəqə: Vidal, 84 (Bavariya).

İlk oyun - 2:1
Cəzalı: Xavi Martines (Bavariya).
Zədəli: Qaret Beyl, Pepe, Varan (hamısı “Real”), Boatenq, Hummels (şübhəli, hər ikisi “Bavariya”).
Baş hakim: Viktor Kassai (Macarıstan).
Yer: Madrid. “Santyaqo Bernabeu” stadionu.

Real: 1. Keylor Navas, 2. Karvahal, 6. Naço, 4. Serxio Ramos (k), 12. Marselo, 14. Kazemiro, 8. Toni Kroos, 19. Luka Modriç, 22. İsko, 7. Kriştiano Ronaldo, 9. Benzema.

Bavariya: 1. Manuel Noyer, 21. Filip Lam (k), 17. Jerom Boatenq, 5. Mats Hummels, 27. David Alaba, 14. Xabi Alonso, 23. Arturo Vidal, 6. Tyaqo Alkantara, 10. Aryen Robben, 7. Frank Riberi, 9. Robert Levandovski.


Lester (İngiltərə) - Atletiko (İspaniya) 1:1

Qol: Vardi, 61 - Niqes, 26. 

İlk oyun - 0:1
Cəzalı: Hut (Lester).
Zədəli: Slimani, Vaqe, Mendi (hamısı “Lester”), Vrsalyko (Atletiko), Benaluan, Morqan (şübhəli, hər ikisi “Lester”), Qameyro, Moya (şübhəli, hər ikisi “Atletiko”).
Baş hakim: Canluka Rokki (İtaliya).
Yer: Lester. “Lester” stadionu.

Lester: 1. Kasper Şmeyxel, 4. Danni Drinkvotr, 5. Ues Morqan (k), 9. Ceymi Vardi, 11. Mark Olbrayton, 17. Danni Simpson, 20. Şinci Okazaki, 25. Vilfred Ndidi, 26. Riyad Mahrez, 28. Kristian Fuş, 29. Yohan Benaluan.

Atletiko: 13. Yan Oblak, 20. Xuanfran, 15. Stefan Saviç, 2. Dieqo Qodin, 3. Filipe Luis, 8. Saul Niqes, 24. Xose Maria Ximenes, 14. Qabi (k), 6. Koke, 10. Yanik Karrasko, 7. Antonio Qrizmann. 


19 aprel

Barselona (İspaniya) - Yuventus (İtaliya) 0:0
İlk oyun - 0:3
Cəzalı: Yoxdu.
Zədəli: Rafinya, Vidal (hər ikisi “Barselona”), Pyatsa (Yuventus), Maskerano (şübhəli, “Barselona”), Dibala, Kin (şübhəli, hər ikisi “Yuventus”).
Baş hakim: Byörn Kuypers (Hollandiya).
Yer: Barselona. “Nou Kamp” stadionu.

Barselona: 1. Mark Andre Ter Şteqen, 3. Xerard Pike, 4. İvan Rakitiç, 5. Serxio Buskets, 8. Andres İnyesta (k), 9. Luis Suares, 10. Lionel Messi, 11. Neymar, 18. Xordi Alba, 20. Serxi Roberto, 23. Samuel Umtiti.

Yuventus: 1. Canulici Buffon (k), 3. Corco Kyellini, 5. Miralem Pyaniç, 6. Sami Kxedira, 7. Xuan Kuadrado, 9. Qonzalo İquayn, 12. Aleks Sandro, 17. Mario Mancukiç, 19. Leonardo Bonuççi, 21. Pablo Dibala, 23. Dani Alveş.


Monako (Fransa) - Borussiya D (Almaniya) 3:1

Qol: Mbappe, 3. Falkao, 17. Jermen, 81 - Roys, 48.  

İlk oyun - 3:2
Cəzalı: Fabinyo (Monako).
Zədəli: Boşilya, Karilyo, Ndiffon (hamısı “Monako”), Bartra, Getse, Larsen, Rode, Şürrle (hamısı “Borussiya”), Sidibe (şübhəli “Monako”), Əmrə Mor (şübhəli “Borussiya”).
Baş hakim: Damir Skomina (Sloveniya).
Yer: Monako. “2-ci Lui” stadionu.

Monako: 1. Subaşiç, 23. Mendi, 5. Jemerson, 25. Qlik, 38. Ture, 27. Lemar, 14. Bakayoko, 8. Moutinyo, 10. Silva, 9. Falkao (k), 29. Mbappe.

Borussiya D: 38. Burki, 13. Qerreyro, 28. Qinter, 25. Sokratis, 26. Pitsçek, 33. Veyql, 11. Roys (k), 8. Nuri Şahin, 23. Kaqava, 37. Durm, 17. Obameyanq. 

Bombardirlər: Lionel Messi (Barselona) - 11. Edison Kavani (PSJ) - 8. Robert Levandovski (Bavariya) - 8.


 
tarix: 20-04-2017 00:37

 



Xəbərlər
27.05.2017
11:34 Ronaldo 6 milyon ödədi - Həbsdən yayınmaq üçün
10:39 İlk dəfə olacaq - Çempionlar Liqasının tarixində
10:12 Messi finalda “zebra” ilə oynayacaq - Foto
05:47 "Arsenal"da itki - Finalı buraxacaq
03:19 Bunun üçün əvvəlcə Messi və Ronaldonu öldürməliyəm - Balotelli
02:13 Milik və Zelinskiylə bağlı tələb - Heyətdən çıxarılsınlar!
01:38 “Mançester Siti”dən ilk transfer - Foto
01:03 Gözlənilən oldu - Millinin "sükan"ı ona həvalə edildi
00:56 Millimiz Ukraynaya da uduzdu
26.05.2017
22:12 “Transferdə yeganə problem onun porno ulduz olmaq istəməsidi”
21:16 Avroliqanın ən yaxşı qolu müəyyənləşdi - Video 
20:33 Ərdoğandan maraqlı göstəriş - ...yığışdırılsın!
19:12 Sneyder arzusuna çatdı - İbizada...
18:03 Millimizə Almaniyadan iki futbolçu çağırıldı
17:44 Futbolun gərəksiz olduğu görünür - Belə hadisədən sonra
17:23 Arda özündən çıxdı: “Sən Allahsan, kimisə mühakimə edirsən?”
17:09 Prandellinin yeni iş yeri bəlli oldu
16:37 Baş məşqçidən “Qarabağ”lıya dəvət
16:22 Zabaleta yeni klubu ilə müqavilə bağladı - Foto
16:08 Baş məşqçidən Neymarı məyus edəcək açıqlama
15:40 300 min qazanacaqlar - Çempion olsalar
15:21 Mourinyo 75 milyon tələb edir - “Real”dan
15:05 Azərbaycan klublarının transfer bazarlığı - Yenilənir
14:42 “Vest Hem” Gökhan Törəylə bağlı qərar verdi
14:23 Qattuzo “Milan”a qayıtdı
14:04 Kapello Mourinyoya ilişdi - MY darıxdırıcı komandadı
13:25 Podolskidən maraqlı paylaşım - Foto
12:49 Rəsmi: “Kəpəz” 3 legionerlə vidalaşdı
12:37 Prosineçkiylə bağlı iddia: Avstriyada “Bursaspor” rəsmiləriylə görüşür
12:26 “Qəbələ”: 11 komanda, 10 medal
12:19 AFFA klubların lisenziyalarını təqdim etdi
12:09 Xahiş etdi - Kömək edin, klubumu dəyişim
11:46 “Neftçi”nin müdafiəçisi milliyə çağırıldı
11:38 “Barsa”nın böyüklüyünün sübutudu - “Real”lıların hərəkəti
11:17 “Qəbələ” üçün “Dinamo”
11:04 CAR-ın baş məşqçisi: Başa düşməlidi ki, İtaliyada yox, Azərbaycanda çıxış edir
11:00 Heydər Əliyev kubokunun püşkü atıldı - Bu gün başlayır
10:40 Fanatlar onu adı olan bütün formaları alacaqlar - Qayıtsa
10:26 Günün oyunları - TV

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2014 © komanda.az