Rəşad Ergün
bütün yazıları
Natiq Muxtarlı
bütün yazıları
Hüseyn Cəbrayıloğlu
bütün yazıları
Vüqar Məmmədov
bütün yazıları


Bizə Toroğlu lazımdı!

Vüqar Məmmədov email: ulvi.memmedov.1997@gmail.com

“Facebook” dostluğumda olan jurnalist Elnur Məmmədli ilə şəxsən tanış olmasam da, yazılarını “Futbol+”qəzetində işlədiyi dövrdən oxuyuram. Və yazılarına əsasən deyə bilərəm ki, “Futbol+”in qızıl heyətindəki “Messilər”dən biri olub. Elə indi də “doqquzluğ”a vurduğu statuslarını maraqla oxuyuram və bəyənirəm.

Ötən günlərdə Elnur bəy məqalə boyda geniş bir status yazmışdı. Bu statusun məğzi ondan ibarət idi ki, verilişinə dəvət etməyə mütəxəssis tapmaqda çətinlik çəkir.

Razıyam ki, bizim mütəxəssislərin danışmaqla arası yoxdu. Amma eyni zamanda, bunu tamamilə qonaqların üstünə yıxmaq da olmaz. Aparıcıdan da çox şey asılıdı.

Bu yaxınlarda iş elə gətirdi ki, Elnur Məmmədlinin aparıcısı olduğu “Üçüncü hissə” verilişinə baxmalı oldum. Demək, təsadüfən jurnalist qardaşım Elşən Məmmədovun bu verilişə dəvət olunmasından xəbər tutdum və verilişin videoyazısını tapıb baxdım.

Jurnalistlərin əksəri bilir ki, Elşən qalmaqalçıdı. Adətən mübahisə doğuran, qeyri-standart fikirlər səsləndirir. Həmin verilişdə fikir verirəm ki, Elşən ağzından hansısa mübahisə yaradacaq fikir çıxarmaq istəyən kimi, Elnur bəy dərhal onun sözünü kəsir və korrektə edirdi. Bəlkə də, bunu istədiyindən edirdi. Amma belə ehtiyat tədbirləri heç də verilişi maraqlı etmir. Şablon sözlər, şablon fikirlər tamaşaçı üçün maraqlı ola bilməz. Mübahisəli fikirlər yazını oxudar, verilişi maraqlı edər.

Mən tez-tez Türkiyənin “A spor” kanalında yayımlanan, bu ölkənin ən tanınmış yorumçularından olan Erman Toroğlunun da iştirak etdiyi “Takım oyunu” proqramını izləyirəm. Sadəcə, heyran qalmamaq mümkün deyil. Aparıcı yüngülcə giriş verib, sualı kiməsə ünvanlayır, bundan sonra da müzakirələr başlayır. Dəvətlilər tam sərbəst şəkildə danışır, mübahisə edir, lazım gələndə yerlərindən durub ekranda göstərilən epizodları izah edir, hətta bəzən aydın olmaq üçün özləri hərəkətləri ilə hansısa epizodun bənzərini yaratmağa çalışırlar. Aparıcı da hərdənbir, ehtiyac olduqda bir-iki kəlmə ilə ortaya “fitil” atır, söhbəti daha da qızışdırır.

Bizim teleməkanda isə dəvət olunanlar özlərini dartıb oturur, nəinki durub nəyisə izah etməyi, hətta az qala barmaqlarını belə, tərpətməyə ehtiyat edirlər. Suallara da ümumi şəkildə, bir-iki kəlmə quru sözlə cavab verməklə kifayətlənirlər. Bunun səbəbi dəvət olunanla yanaşı, həm də aparıcıdadı. Aparıcı danışdırmağı bacarmalı, qonaqla elə rəftar etməlidi ki, o, özünü psixoloji cəhətdən rahat hiss etsin.

Sözümün canı odu ki, özündən başqa hər kəsi təqsirkar bilmək, məncə, düzgün deyil. Verilişi Azərbaycan şəraitində, Azərbaycan şərtləri ilə maraqlı etmək çətin də olsa, mümkündü. Bunu mən 5-6 il öncə baxdığım “Xəzər” TV-də yayımlanan jurnalist Emin Abbasovun “Futbol saatı” verilişinə əsasən deyirəm. Düzdü, həmin verilişi onu maraqlı edən şəxsin əlindən aldılar, özünü də kanaldan uzaqlaşdırdılar (və yaxud özü getdi). Bəlkə də, bizim aparıcılar belə şeylərə görə ehtiyatlı hərəkət edirlər...

Həmişə şərhçilərə, aparıcılara hansısa iradı bildirəndə, bu, etirazla qarşılanır. Bildirirlər ki, həmkarlıq prinsipinə ziddi. Heç uzağa getmirəm, hər dəfə belə yazılardan sonra öz qardaşım Elşənlə uzun-uzadı höcətləşməyimiz, mübahisələrimiz olur. Yəqin ki, bu yazıdan sonra da olacaq. Amma tənqidsiz inkişaf olmur!

Futbolçuları, məşqçiləri, hakimləri tənqid edən jurnalistlərdi, bəs jurnalistləri kim tənqid edəcək? Sağlam tənqidin inkişafa təkan verdiyini nəzərə alsaq, tənqid olunan futbolçu, məşqçi, hakim inkişaf edəcək. Amma tənqid olunmayan jurnalist yox. Deməli, biz tənqid etməklə tənqid obyektini inkişaf etdirmiş oluruq. Kiminsə inkişafına təkan vermək, ona yaxşılıq etmək deməkdi. Yaxşılığı da həmişə xətrini istədiyin adama edirsən. Bu baxımdan, bizim futbol sahəsində xətrini istəməli olduğumuz adamımız birinci növbədə elə həmkarlarımızdı.

Hörmətlə...


 
tarix: 17-04-2017 14:10

 



Xəbərlər
30.04.2017
03:25 Mourinyonu tənqid etdi - Ferqyuson heç vaxt belə etməzdi
01:42 "Qarabağ" "Neftçi"ni belə məğlub etdi - Video
01:38 Emin Mahmudovlu "Boavişta" qalib gəldi
00:45 Turində hərəyə bir qol, bir xal
00:38 "Real" son dəqiqələrdə xilas oldu, "Barsa" derbini qazandı
00:27 Millimizin üzvü oynadı, komandası uduzdu
00:11 Mövsümün son turunu nə qədər azarkeş izlədi?
00:06 "Monako" 3 xalı 3 qolla qazandı
29.04.2017
23:41 "Kəpəz" artıq püxtələşib - Şahin Diniyev
23:02 “Traktorsazi” gerilədi
22:40 Vardi "Lester"ə qələbə qazandırdı
22:29 "Bavariya" çempion!
22:18 "Trabzonspor" "gənclər"lə bacarmadı
21:11 "Qəbələ" mövsümə məğlubiyyətlə yekun vurdu - Video
20:57 "Sumqayıt"dan daha bir müqavilə
20:48 Hazırlıqsız komanda ilə avrokubokda iştirak etməyin mənası yoxdu - Elxan Abdullayev 
20:41 Onu transfer etmək ehtimalımız azdı - Qurban Qurbanov 
19:32 Qriqorçukun statistikası - ...142 dəfə real, 100 faizlik qol vəziyyətini boşa vermişik 
19:12 Komandanın taleyinə bu həftə aydınlıq gələcək - Tərlan Əhmədov 
19:01 “Qəbələ” üçün vacib oyun olsaydı... - Samir Abasov 
18:53 Avroliqaya son "bilet" "Zirə"nin oldu
18:50 Avropa arenasında uğurlu çıxış etmək üçün... - Ayxan Abbasov 
18:38 "Zirə"ni Avroliqaya aparan qələbə - Video
17:26 Arsen Venger: İndi birdən-birə hamı narahat olmağa başlayıb
16:14 İkiqat çempionluq: Tarixdə 2-ci dəfə
15:32 “Çelsi” ona görə 43 milyon təklif etdi - “Napoli”yə
14:28 Onunla yalnız Teves kəllə-kəlləyə gələ bilərdi - Yazı+Fotolar
14:00 Yunanıstanda “qızıl” qazandıq
13:03 Bu gün qələbə qazanmalıyıq - “Kəpəz”in legioneri
12:04 “Sumqayıt”da yeni müqavilə
11:55 Günün oyunları - TV
10:46 Əhmədə görə araşdırma başladı - FİFA prezidentinə qarşı
10:09 Ronaldinyo “meydan suladı”, “Barsa” “Real”a qalib gəldi - Video
06:07 Məşqçi kimi çalışmaq oyunçu olmaqdan çətindi - İnzaqi 
03:12 “Tottenhem” “Uembli”yə köçür
00:08 Super Liqada çempion bəlli oldu - Ardıcıl 7-ci dəfə

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2014 © komanda.az