Rəşad Ergün
bütün yazıları
Natiq Muxtarlı
bütün yazıları
Hüseyn Cəbrayıloğlu
bütün yazıları
Vüqar Məmmədov
bütün yazıları


Samir Abasovun söyüşü

Hüseyn Cəbrayıloğlu email: murovdag@mail.ru

Orta yaşlı nəsil Çaykənd adını yaxşı xatırlayar. 1991-ci ildə o dövr üçün yeganə televiziya kanalı olan AzTV-də və nəşr olunan qəzetlərdə bu kəndin adı tez-tez hallanırdı. Xanlar- Kəlbəcər yolunun solunda, bir az da Goranboyun cəbhəyanı kəndlərinin aşağı hissəsində yerləşən Çaykənddə demək olar, hamılıqla ermənilər yaşayıb. 1991-ci ildə dövrün daxili işlər naziri Məhəmməd Əsədovun rəhbərliyi, Rövşən Cavadovun komandanlığı ilə qəhrəman OMON-çular erməniləri yetərincə gözəl, özünəməxsus relyefi olan kənddən çıxarmağı bacarmışdı.

Xidmət etdiyim illərdə Çaykəndə biz hərbçilərin yolu tez- tez düşürdü. O böyüklüyündə Toğana, Azad-Kamo və Çaykənd istiqamətində diş həkimi və poçt yalnız sonuncu kənddə vardı. Bir gün necə oldusa, kənd sakinlərindən biri məni və yanımdakı iki əsgəri kəndin arası ilə postumuza tərəf gedərkən evinə dəvət etdi. Yetərincə yorulmuş və uzun yol qət etdiyimizdən, geri dönüşümüzü də nəzərə alanda azacıq dincəlmək işimizə yarayacaqdı. Çaykənddə yerli əhali anlayışı qalmamışdı. Müxtəlif yerlərdən, xüsusilə, sonradan işğal altında olan bəzi ərazilərdən ailələr kənddəki boş evlərə sığınmışdı. Evə daxil olub bir az gözlədik və masaya gələn çayı yenicə püləyib içirdik ki, ev sahibi küçə söyüşü ilə çay gətirən xanımdan yemək üçün tədarükə nə vaxt başlayacağını soruşdu. İsti çay bir andaca əlimizdə dondu. Sakitcə kişidən xanımın onun nəyi olduğunu soruşdum. “Qızımdı” deyincə, dərhal qalxıb evi necə tərk etdiyimizi yaxşı xatırlayıram. Düz 12 km üzü yoxuşa sakitcə, dinmədən qalxdıq. Nə mən dindim, nə əsgərlər.

Etiraf edək, səmimi olaq, belə yerlərimiz, ərazilərimiz var. Söyüşə meyilli olurlar. Biz tərəfdə isə uşaq vaxtı elə adam tapılmaz ki, ağzını isti qaşıqla yandırmasınlar. Adicə “dəyyus” sözünə görə dodağımızı, dilimizi isti qaşıqla elə yandırıblar ki, ölənə kimi söyüşə nifrət etmişik. Ümumiyyətlə, söyüş zəiflik, qanacağsızlıq və insanı hörmətdən salan şeydi. Hə, hələ hərbi xidmətdə vəzifəsindən istifadə edib əsgərini söyən tərbiyəsiz zabitlərin başına nələr gəlib, onu demirəm. Ona görə də, hərbi xidmət görənlərin əksəriyyəti söyüşə nifrət edir. Dediyim kimi, xidmət edənlər...

O gün eşitdim ki, “Sumqayıt”ın baş məşqçisi Samir Abasov məşq zamanı söyüş işlətdiyi üçün ona tək etiraz edən futbolçusunu - Kamran Abdullazadəni əsas komandadan əvəzedici heyətə göndərib. Yəni futbolçu mənliyini qoruyub, şəxsiyyətinin alçalmasına icazə verməyib. Buna görə də, neçə vaxtdı start heyətin futbolçusu əvəzedici heyətə göndərilməklə cəzalandırılıb. Xatırladız Kamranı? 2013-cü ildə “Neftçi”nin “xüsusi təyinatlı qoçu dəstəsi” “Xəzər Lənkəran”ın futbolçularına tərəf hücuma keçəndə məşhur olmuşdu. “Xəzər Lənkəran”ın yetirməsi olan 18 yaşlı Kamran, sinəsi Samir Abasovun özü boyda, hər yumruğu Abasovun başı ölçüsündə olan məşhur kikboksçu Güloglan Cabbarovun qarşısından qaçmamışdı. Güloğlanın qabağından qaçmayan gəncin dörd il sonra söyüş qarşısında başını aşağı əyəcəyini düşünmək sadəlövhlük olar. Hələ-hələ o adam “Kiçik bazarlı” balası ola.

Samir Abasov kimdi? Allah şahiddi ki, harda doğulduğunu bilmirəm, amma vaxtı ilə “İnter”də futbolçu kimi çıxış etdiyini yaxşı xatırlayıram. Niyə? “Futbol+” qəzeti o vaxt belə bir qayda qoymuşdu ki, reportajı hazırlayan reportyor matç sonrası hər komandadan iki futbolçunu danışdırıb, matçla bağlı fikirlərini yazsın. Mən də Lənkərandakı matç sonrası Samirə yaxınlaşdım. Matçla bağlı fikirlərini öyrənmək istərkən rədd cavabı aldım. Adam dedi “qəzetdə tənqidi yazı yazan Amalın (səhv etmirəmsə, Amal Abuşov, yaxud da Anar Şabanoğlunun) nömrəsini ver mənə, sonra açıqlama verim”. Futbolçu Abasov ölkənin bir nömrəli idman qəzetinə açıqlamanı belə şərtlə, əda ilə vermək istəyirdi.

Ad, bölgə, məhəllə fərqi olmadan məşqçinin futbolçusunu söyməsi nadanlıqdı. Bizim böyük qardaşlarımız gedib SSRİ-nin ən müxtəlif ərazilərində hərbi xidmət zamanında günlərlə döyülüblər, döyüblər, amma o böyüklyündə imperiyaya anlatmışdılar ki,azərbaycanlıları söymək olmaz. İllərlə futboldan yazan jurnalistlər yazdılar ki, bəzi uşaq məşqçiləri futbolun sirlərini öyrənən körpələrə futbolu söyüşlə başa salır. Psixoloqlar çıxıb dedilər ki, bu hallar uşaqlarda psixoloji travma yaradır, amma belələri içimizdə hələ də qalır. Bax, o söyüşlə futbolun sirrini öyrənən Samir Abasov indi baş məşqçi olub, peşəkar futbolçuya taktikanı söyüşlə başa salır.

Kamran Quliyev mədəni adamdı. Ən azı belə görmüşəm, oturub çay içmişəm, söhbət etmişəm. “Sumqayıt”ın prezidentini deyirəm. Həqiqətən mədəni adamdı. Anlayıram, kluba çoxlu dağıstanlı futbolçu gəlib və bəzi söyüşlər şirinçay konteksində qəbul olunur. İmanımı yandıra bilmərəm, bəlkə də iclaslarda, toplantılarda “gic.........q” sözü bir-birinə kompliment kimi deyilir. Amma Kamran bəy, mən nə əfsanəvi Con Toşakın, nə məşhur Mustafa Dənizlinin, nə də futbolçu kimi Türkiyə Super Liqası tarixində bu günə qədər ən çox oyun keçirən Oğuz Çətinin futbolçunu söydüyünü görmədim. Bizim yetirməmiz Kamran Abdullazadə də görməyib. Vallah, biz ümumiyyətlə söyüş söymürük. Nə əstəğfrullah, ailədə, nə küçədə, nə də parkda.


 
tarix: 04-04-2017 11:24

 



Xəbərlər
30.04.2017
03:25 Mourinyonu tənqid etdi - Ferqyuson heç vaxt belə etməzdi
01:42 "Qarabağ" "Neftçi"ni belə məğlub etdi - Video
01:38 Emin Mahmudovlu "Boavişta" qalib gəldi
00:45 Turində hərəyə bir qol, bir xal
00:38 "Real" son dəqiqələrdə xilas oldu, "Barsa" derbini qazandı
00:27 Millimizin üzvü oynadı, komandası uduzdu
00:11 Mövsümün son turunu nə qədər azarkeş izlədi?
00:06 "Monako" 3 xalı 3 qolla qazandı
29.04.2017
23:41 "Kəpəz" artıq püxtələşib - Şahin Diniyev
23:02 “Traktorsazi” gerilədi
22:40 Vardi "Lester"ə qələbə qazandırdı
22:29 "Bavariya" çempion!
22:18 "Trabzonspor" "gənclər"lə bacarmadı
21:11 "Qəbələ" mövsümə məğlubiyyətlə yekun vurdu - Video
20:57 "Sumqayıt"dan daha bir müqavilə
20:48 Hazırlıqsız komanda ilə avrokubokda iştirak etməyin mənası yoxdu - Elxan Abdullayev 
20:41 Onu transfer etmək ehtimalımız azdı - Qurban Qurbanov 
19:32 Qriqorçukun statistikası - ...142 dəfə real, 100 faizlik qol vəziyyətini boşa vermişik 
19:12 Komandanın taleyinə bu həftə aydınlıq gələcək - Tərlan Əhmədov 
19:01 “Qəbələ” üçün vacib oyun olsaydı... - Samir Abasov 
18:53 Avroliqaya son "bilet" "Zirə"nin oldu
18:50 Avropa arenasında uğurlu çıxış etmək üçün... - Ayxan Abbasov 
18:38 "Zirə"ni Avroliqaya aparan qələbə - Video
17:26 Arsen Venger: İndi birdən-birə hamı narahat olmağa başlayıb
16:14 İkiqat çempionluq: Tarixdə 2-ci dəfə
15:32 “Çelsi” ona görə 43 milyon təklif etdi - “Napoli”yə
14:28 Onunla yalnız Teves kəllə-kəlləyə gələ bilərdi - Yazı+Fotolar
14:00 Yunanıstanda “qızıl” qazandıq
13:03 Bu gün qələbə qazanmalıyıq - “Kəpəz”in legioneri
12:04 “Sumqayıt”da yeni müqavilə
11:55 Günün oyunları - TV
10:46 Əhmədə görə araşdırma başladı - FİFA prezidentinə qarşı
10:09 Ronaldinyo “meydan suladı”, “Barsa” “Real”a qalib gəldi - Video
06:07 Məşqçi kimi çalışmaq oyunçu olmaqdan çətindi - İnzaqi 
03:12 “Tottenhem” “Uembli”yə köçür
00:08 Super Liqada çempion bəlli oldu - Ardıcıl 7-ci dəfə

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2014 © komanda.az