Natiq Muxtarlı
bütün yazıları
Elnur Həmidov
bütün yazıları
Hüseyn Cəbrayıloğlu
bütün yazıları
Vüqar Məmmədov
bütün yazıları


4-5 il olar ki, papaq atmıram, qapı pusmuram - Müsahibə

Bu gün “Kəpəz”in əsas komandasının üzvü Novruz Məmmədovun doğum günüdü. Futbolçunun 27 yaşı tamam olur.

Komanda.az xəbər verir ki, klubun saytı bu münasibətlə müdafiəçidən müsahibə götürüb.

- Novruz, səni həm doğum günün, həm də adınla bağlı bayram münasibəti ilə təbrik edirik...
- Təbrikə və diqqətinizə görə çox sağ olun, var olun. Mən də fürsətdən istifadə edib hamını Novruz bayramı münasibəti ilə təbrik edirəm, xoş günlər arzulayıram. Xalqımız neçə belə bayramlar yaşasın.

- Bu bayramın sənin üçün ikiqat sevinci var....
- Bəli, həm doğum günümü qeyd edirəm, həm də bayramı. Xoş günlər bir-birinə qarışıb. Bu gün mənim kimi ayın 20-də doğulanlar var, demək bizim doğum günümüzü hamı qeyd edir (gülümsəyir).

- Bu iki əlamətdar günü necə qeyd edəcəksən?
- Bu vaxta kimi təntənəli şəkildə ad günü keçirməmişəm, bayram əhval-ruhiyyəsi ilə evdə yaxınlarımla birgə olmuşam. Böyük şənlik olmayıb, sadəcə, bayramı yaşamışıq. Əlavə bir şey bayram ilə yanaşı, doğum günümü qeyd etməyimdi. Deməzdim ki, Novruz bayramı doğum günümü kölgədə qoyur. Təmtəraqlı doğum günü partisi təşkil edənlər bəlkə də belə düşünə bilər, amma mən yox. Əksinə, bayram xüsusi ab-hava yaradır, məni kölgədə qoymur. Həm bayramın, həm də ad gününün öz yeri var. Əsas odu ki, həmişə bayram olsun. 

- Bayramın öz adət-ənənələri var. Sonuncu dəfə nə vaxt papaq atmısan, qapı pusmusan?
- Yadımdan çıxıb (fikirləşir), çoxdandı ki, belə şeylər etmirəm. 4-5 il olar ki, papaq atmıram, qapı pusmuram. Vaxtında çox eləmişəm, əsasən də papaq atmışam (gülür). Papağımın içinə şirniyyat, qoz-fındıq, meyvə qoyulub. Düzdü, indi şəkərbura və paxlava tez-tez qoyulmur, bu da yəqin ki, baha və əziyyətli başa gəlir ona görədir.

- Yeni ilin simvolları Şaxta baba və Qar qızdısa, Novruzda bu, keçəl və kosadı. Hansı yaş dövrünə kimi onların varlığına inanmısan?
- Uşaq vaxtı necə ki, Şaxta baba və Qar qıza, eləcə də kosa və keçəlin varlığına inanırdıq. Adət-ənənələrimizi öyrəndikcə, əslində bunu bayramın bir hissəsi kimi başa düşməyə başladıq. Keçəlsiz və kosasız bayramın dadı olmaz.

- Sonuncu dəfə nə vaxt yumurta döyüşdürmüsən?
- Komandamızın Gəncədəki Novruz şənliyində. Düz 2 il idi ki, yumurta döyüşdürmürdüm. Sonuncu dəfə uduzmuşam. Bunun da taktikası var, elə yerdən vurmalısan ki, rəqibin əlindəkini qıra biləsən. Təbii ki, öz yumurtan da möhkəm olmalıdı.

- Bəs xoruz döyüşdürmüsən?
- Yox, amma döyüşlərinə maraqla baxmışam. Bəzən mərcləşib də döyüşdürürlər. Belə şeylər bayrama rəng qatır.

- Komanda yoldaşlarından keçəl və kosa rolunu kimə yaraşdırarsan?
- Xarakterə və oxşarlığa görə bunu müəyyənləşdirmək lazımdı. Nicat Qurbanov kosaya oxşayır (gülümsəyir). Keçəli qoy fikirləşim...Yox, onu tapa bilmədim.

- “Kəpəz”də legionerlər də çıxış edir. Necə düşünürsən, milli bayramımızı onlara da tanıtdırmalıyıq?
- Əlbəttə, Gəncədəki şənlikdə bəzi şeyləri görüb tanış oldular, onlar üçün maraqlı idi. Bəziləri artıq iki ildi ki, ölkəmizdə yaşayırlar, müəyyən şeyləri bilirlər. Biz də bu işdə onlara kömək edirik. Düzdü, yumurta döyüşdürmək, ocağın üstündən tullanmaq onlara qəribə gələ və bunun mahiyyətini başa düşməyə bilərlər. Amma insan yaşadığı yerin adət-ənənəsini öyrənsə, yaxşı olar.

- Novruz, müsəlman aləmində yeni il kimi qəbul olunur. Yeni il isə yeni arzular, istəklər deməkdi. Sənin nə arzuların var?
- İlk növbədə əsas olan can sağlığıdı. İnsanlarımız bəladan, xətadan, xəstəlikdən uzaq olsunlar. Bunlar olmasa, həyat daha yaxşı keçər.


 
tarix: 20-03-2017 17:02

 



Xəbərlər
29.05.2017
13:22 “İmperator”un vida məktubu - Kişi kimi gedirəm
12:19 “Neftçi”də yeni təyinat
12:01 Şimali İrlandiya millisinin hücumçusu Bakıdakı oyunu buraxacaq
11:25 İndikindən güclü idi - Mənim “Barselona”m
10:58 Günün oyunları - TV
10:41 Messi 4-cü dəfə qazandı - Ronaldoya çatdı
10:07 Stadionda basabas, 4 nəfər həlak oldu - Foto
05:33 “Real”ın futbolçusu Mbappeni dilə tutacaq 
02:31 Enrikenin köməkçisi baş məşqçi oldu - La Liqa klubunda
01:06 Azərbaycan klublarının transfer bazarlığı - Yenilənir
00:56 A seriyasına yekun vuruldu - B seriyasına son "sərnişin"...
00:12 "Benfika"dan "qızıl dubl"
28.05.2017
23:56 Totti “Roma” ilə belə vidalaşdı - Video 
23:09 Luçesku qovuldu
22:19 "Beşiktaş" çempion!
21:17 Millimizdən əhəmiyyətsiz qələbə
21:04 "Qəbələ"dən böyük hesablı qələbə
20:41 Səhv etmişik, uğur olmayacaq - Rusiyadakı türk
19:43 Menecerdən İbrahimoviçin karyerasıyla bağlı - Açıqlama 
18:38 Klub futbolunda ən titullu futbolçu oldu
17:19 Madriddə həbs edildi - “Barsa” azarkeşləri
16:06 “Çelsi” və “Arsenal”lıların imza atdığı ayaqqabını satacaq - Fotolar
15:16 "Zirə" legionerlə yollarını ayırdı
15:03 "Qarabağ" gürcüləri məğlub etdi
14:18 20 illik işə 1 oyunla qiymət vermək düzgün deyil - Arsen Venger 
13:06 Bəlkə də, fərqli bir idman növündə çalışaram - Luis Enrike 
12:23 "Qəbələ"dən iki heç-heçə
12:16 Yığma məğlub oldu - O isə tarixə düşdü
11:05 Günün oyunları - TV
10:42 Millimiz yenə uduzdu
10:07 Mourinyo futbolu yaddan belə çıxardır - Foto
05:42 “Mançester Yunayted”dən yeni müqavilə
01:42 “Barselona” kubokla təsəlli tapdı
01:23 PSJ “Marsel”i geridə qoydu - Ardıcıl 3-cü, ümumilikdə... 
01:12 İsrafilovun komandasının oyununda "qol yağışı"
01:11 Ev sahibləri məğlubiyyətlə başladı, "hərbçilər"ə bir qol kifayət etdi - Video
00:58 “Borussiya” titulsuz qalmadı
00:12 “Dnepr” uduzdu, Nağıyev...

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2014 © komanda.az