Rəşad Ergün
bütün yazıları
Natiq Muxtarlı
bütün yazıları
Hüseyn Cəbrayıloğlu
bütün yazıları
Vüqar Məmmədov
bütün yazıları


Ansini tanıyıram, artistlik etməz - Müsahibə

Azərbaycan Premyer Liqasının 23-cü turunda səfərdə "Zirə" ilə heç-heçə edən (0:0) "Qarabağ"ın yarımmüdafiəçisi Miçel Madera oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Komanda.az xəbər verir ki, yarımmüdafiəçi oyunla bağlı bunları deyib:

- Çətin olacağını bilirdik. Çempionatın qızğın getdiyi vaxta bütün komandalar yüksək səviyyədə çıxış edirlər. Məsələn, autsayder AZAL “Qəbələ”dən xal aldı və bu, gözlənilməz oldu. Ümumiyyətlə, hazırda bütün komandalar güclü futbol oynayırlar.

- “Qarabağ” istənilən kimi oynamırdı. Bunun səbəbi nə idi?
- İlk hissədə bizə çox çətin oldu. Çünki rəqib çox pressinq tətbiq edirdi. Amma ikinci hissədə təşəbbüsü ələ aldıq, lakin qol vura bilmədik. Xüsusən də rəqibin 5 müdafiəçi ilə oynaması bizə çox problem yaradırdı.  

- Rəqibin futbolçusu Akim Latifunun qırmızı vərəqə aldığı epizodla bağlı nə deyə bilərsiz? O, həqiqətən də Ansi Aqollini vurmuşdu?
- Mən həmin epizod baş verəndə başqa mövqedə idim, görmədim. Ansini tanıyıram, artistlik etməz.

- Meydanda irəliyə baxanda Dani Kintana ilə Reynaldonu axtarmırsız?
- İndi bunu fikirləşməyin mənası yoxdu. Təbii ki, onlar bizim üçün önəmli futbolçular idilər. Amma indi hansı oyunçularımız varsa, onlarla irəliləməliyik. Yenə deyirəm, onlar bizim üçün vacib oyunçular idi.

- Çempionluq uğrunda Dani olmadan mübarizə aparmaq çətin deyil ki?
- Dani fərqli oyunçu, əsas fiqurumuz idi. Amma bundan sonra heç nə edə bilmərik. Ümid edək ki, zədəsini tez sağaltsın.

- Kintana ilə əlaqə saxlayırsız?
- Əməliyyatdan sonra bərpa prosesini keçir. Zənn edirəm ki, qayıdandan sonra daha güclü olacaq. Bu il olmasa da, gələn il komandamıza xeyir verə biləcək.

- “Qarabağ”dan əksər komanda yoldaşların Azərbaycan yığmasında çıxış edir. Millimizin Almaniya ilə oyundan hansı nəticə ilə ayrılacağını gözləyirsiz?
- Onlara uğurlar arzu edirəm. Düzdü, çox çətin olacaq, amma futbolda hər şey başa verə bilər. Azərbaycan yığmasına dəstək verəcəm.


 
tarix: 20-03-2017 10:44

 



Xəbərlər
01.05.2017
01:19 Liderlərdən növbəti qələbə
01:03 PSJ-yə çempionluq yolunda "Nitsa" zərbəsi
00:45 Roma derbisində "Latsio" sevindi, "Napoli" Milandan 3 xalla qayıdır
00:43 "Atletik" "Selta"ya evində "dərs keçdi"
00:02 Nazarovdan növbəti qol - Video
30.04.2017
23:31 Amit Quluzadəsiz AEL “Panatinaikos”a uduzdu
22:10 Budaq Nəsirov “Portu”ya qarşı oynadı
22:04 "Başakşəhər" intriqanı davam etdirdi
21:59 London derbisini "Tottenhem" qazandı
21:53 "Leyptsiq" autsayderlə bacarmadı, "Bavariya" çempion oldu
20:47 “Şah” çempion oldu
20:25 “Kadis” qalib gəldi, İsrafilov...
20:06 Mövsümə qolsuz "sülh"lə yekun vuruldu
19:20 Nazarovdan "Aue"nin qələbəsinə töhfə
18:25 O, üsyan bayrağı qaldırdı: Buraxın, gedim!
17:22 “Malaqa” “Real”ın çempion olmasını istəyir - 1 milyon alacaq
16:27 Fanatlar tələb etdi - Hakimi bizə verin, onu öldürəcəyik
15:26 Şeyx bəyanat yaydı - Korrupsiya ittihamı ilə bağlı
14:50 İslamiada: Millimizin yekun heyəti açıqlandı - Siyahı
14:45 Millimiz yenə uduzdu
14:33 İlqar Nuriyev illər sonra açıqladı: “Gənclər” niyə “öldü”? - Yazı+Fotolar
13:55 “Kəpəz”, “Kəpəz” sədaları altında sağollaşma
13:20 “Böyük beşlik”də 4 çempionluq - Yalnız o bacarıb
12:51 “Qəbələ” mövsümü titulla başa vura biləcəkmi?
12:24 Günün oyunları - TV
11:31 Dadaşov qol vurdu, komandası...
10:14 Kliçko yenə məğlub oldu - Bu dəfə nokautla
06:31 Balotelli erməni modeli təhqir etdi: İyrəncdi! - Foto 
03:25 Mourinyonu tənqid etdi - Ferqyuson heç vaxt belə etməzdi
01:42 "Qarabağ" "Neftçi"ni belə məğlub etdi - Video
00:27 Millimizin üzvü oynadı, komandası uduzdu
00:11 Mövsümün son turunu nə qədər azarkeş izlədi?

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2014 © komanda.az