Rəşad Ergün
bütün yazıları
Natiq Muxtarlı
bütün yazıları
Hüseyn Cəbrayıloğlu
bütün yazıları
Vüqar Məmmədov
bütün yazıları


Rəqibi yaxşı analiz etmişdik - Ayxan Abbasov 

Azərbaycan Premyer Liqasının 23-cü turunda evdə “Qarabağ”la heç-heçə edən (0:0) “Zirə”nin baş məşqçisi Ayxan Abbasov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Komanda.az xəbər verir ki, Abbasov öncə oyunla bağlı fikirlərini bildirib:

- “Qarabağ” çempionatın lideridi. Bu komandaya qarşı oynamaq çətindi. Ancaq oyuna yaxşı hazırlaşmışdıq. Rəqibi yaxşı analiz etmişdik. Qırmızı vərəqədən sonra oynamaq çətindi. Bu gün stadionda tamamilə başqa atmosfer var idi. Azarkeşlərə gəlib bizi dəstəklədiklərinə görə təşəkkür edirəm. Biz də istəyirik ev oyunlarımızda stadion tamamilə dolsun. Artıq Zirədə insanlar arasında komandaya maraq yarada bilmişik. Qarşıda çətin oyunlarımız var. Bundan sonra həmin qarşılaşmalara hazırlaşacağıq.

- Bu gün komanda daha əzmkar görünürdü. Bu nə ilə bağlıdı?
- Əvvəl də demişəm ki, çempionat sona yaxınlaşdıqca oyunlar daha gərgin keçəcək. “Neftçi”yə qalib gəlsək də, “Kəpəz”ə məğlub olmuşduq. Hər xal qızıla bərabərdi. Bizdə qış fasiləsindən sonra hər oyunda istək var. Düzdü, hər oyunda komandadan istədiyimizi ala bilmirik.

- Sistemdə dəyişiklik etmişdiz. Bu, təkcə “Qarabağ”la oyun üçün idi, yoxsa gələcəkdə də bu cür dəyişikliklər olacaq?
- Hər məşqçinin futbola fərqli baxışı var. Bəzi məşqçilər var ki, hər rəqibə qarşı eyni taktikadan istifadə edirlər Bu oyunda rəqibə sürpriz etmək istədik. Qarşıdakı oyunlarda da sistemi dəyişə bilərik. Əsas odu ki, bu seçimdə yanılmadıq.

- Artıq neçənci dəfədi “Zirə”nin oyunçuları meydanda mübahisə edirlər...
- Oyun vaxtı belə şeylər olur. Ancaq bu, mübahisə deyil. Məncə, bu, birinci dəfə idi.

- Növbəti turda sizi “Qəbələ”ylə oyun gözləyir...
- Bizim üçün adi oyundu. Çalışacağıq ki, xal götürək. “Qəbələ” liderlərdən biridi. Çətin olacaq. Ancaq çalışacağıq ki, xal götürək.

- Millinin oyunlarıyla bağlı 10 günlük fasilə olacaq. Bu, komandaya necə təsir edəcək?
- Bu, bütün dünyada var. Əksinə, “Qəbələ”ylə vacib oyun öncəsi bu cür fasilənin olması yaxşıdı.


 
tarix: 19-03-2017 20:55

 



Xəbərlər
01.05.2017
01:19 Liderlərdən növbəti qələbə
01:03 PSJ-yə çempionluq yolunda "Nitsa" zərbəsi
00:45 Roma derbisində "Latsio" sevindi, "Napoli" Milandan 3 xalla qayıdır
00:43 "Atletik" "Selta"ya evində "dərs keçdi"
00:02 Nazarovdan növbəti qol - Video
30.04.2017
23:31 Amit Quluzadəsiz AEL “Panatinaikos”a uduzdu
22:10 Budaq Nəsirov “Portu”ya qarşı oynadı
22:04 "Başakşəhər" intriqanı davam etdirdi
21:59 London derbisini "Tottenhem" qazandı
21:53 "Leyptsiq" autsayderlə bacarmadı, "Bavariya" çempion oldu
20:47 “Şah” çempion oldu
20:25 “Kadis” qalib gəldi, İsrafilov...
20:06 Mövsümə qolsuz "sülh"lə yekun vuruldu
19:20 Nazarovdan "Aue"nin qələbəsinə töhfə
18:25 O, üsyan bayrağı qaldırdı: Buraxın, gedim!
17:22 “Malaqa” “Real”ın çempion olmasını istəyir - 1 milyon alacaq
16:27 Fanatlar tələb etdi - Hakimi bizə verin, onu öldürəcəyik
15:26 Şeyx bəyanat yaydı - Korrupsiya ittihamı ilə bağlı
14:50 İslamiada: Millimizin yekun heyəti açıqlandı - Siyahı
14:45 Millimiz yenə uduzdu
14:33 İlqar Nuriyev illər sonra açıqladı: “Gənclər” niyə “öldü”? - Yazı+Fotolar
13:55 “Kəpəz”, “Kəpəz” sədaları altında sağollaşma
13:20 “Böyük beşlik”də 4 çempionluq - Yalnız o bacarıb
12:51 “Qəbələ” mövsümü titulla başa vura biləcəkmi?
12:24 Günün oyunları - TV
11:31 Dadaşov qol vurdu, komandası...
10:14 Kliçko yenə məğlub oldu - Bu dəfə nokautla
06:31 Balotelli erməni modeli təhqir etdi: İyrəncdi! - Foto 
03:25 Mourinyonu tənqid etdi - Ferqyuson heç vaxt belə etməzdi
01:42 "Qarabağ" "Neftçi"ni belə məğlub etdi - Video
00:27 Millimizin üzvü oynadı, komandası uduzdu
00:11 Mövsümün son turunu nə qədər azarkeş izlədi?

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2014 © komanda.az