Natiq Muxtarlı
bütün yazıları
Elnur Həmidov
bütün yazıları
Hüseyn Cəbrayıloğlu
bütün yazıları
Vüqar Məmmədov
bütün yazıları


Nizami Hacıyev: Millidə oynamalıyam, bunu sübut edəcəm - Müsahibə

Azərbaycan Premyer Liqasının 23-cü turunda səfərdə "Neftçi"yə uduzan (1:2) "İnter"in futbolçusu Nizami Hacıyev oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Komanda.az xəbər verir ki, oyunda komandasının yeganə qoluna imza atan Hacıyev öncə matça bağlı fikirlərini bildirib:

- Həqiqətən də yaxşı, baxımlı oyun keçdi. "Neftçi" gözəl qollar vurdu. Bizim də çoxlu qol şansımız oldu. Əfsuslar olsun ki, imkanlarımızdan maksimum istifadə edə bilmədik, məğlub olduq. Ədalətli nəticə heç-heçə olardı. İdman xoşbəxtliyi "Neftçi”nin tərəfində idi. Qələbə münasibətilə rəqibi təbrik edirəm.

- Bu gün "Neftçi”nin yubileyidi. 80 illiyə layiq bir şey gördüz?
- Real danışmaq lazımdı, hazırkı "Neftçi” ötənilkindən və ilk iki dövrədəkindən qat-qat yaxşıdı. Bunu meydançada hiss edirəm. Belə bir "fantan” yox idi, amma nəticə göz qabağındadı. "Qəbələ”ni, bizi məğlub etdilər, "Qarabağ”la heç-heçə oynadılar. Yaxşı nəticələr qazanırlar, inkişaf var.

- Soruşmaq istədiyim bu deyildi. Yəni, "Neftçi” 80 illik yubileyə layiq bir atmosfer var idi?
- Bu, həmişə belə olub da. İstəyir 80 illik olsun, istəyir 180, yenə eyni azarkeş gələcək. Heyif ki, Avropadakı atmosfer yoxdu. Biz də istərdik tribunalar dolu olsun.

- Bu məğlubiyyət "İnter”in avrokubok şansını azaltmır ki?
- Yox, deməzdim ki, avrokubok şansı azalır. Bizə 2 qələbə lazımdı, onu da əldə edəcəyik.

- Bu gün də qol vurduz. Sanki Robert Prosineçkinin milliyə dəvət etməməyi sizə motivasiya verir...
- Baş məşqçi çağırmamaqla demək istəyir ki, mən hələ hazır deyiləm. Mən isə qollarımla hazır olduğumu göstərmək istəyirəm.

- Qol vurandan sonra kiməsə zəng vuracaqsız?
- Oyundan qabaq da zəng etmişdim, artıq gərək yoxdu. İctimaiyyət də bilir ki, mən milliyə layiqəm. Qardaş, hər şey görsənir də. Futboldan anlayışı olan da bilir, olmayan da. Demişəm ki, millidə oynamalıyam, bunu sübut edəcəm.

- "İnter” bu heyətlə avrokubokda nəyə ümid edə bilər?
- Çox ağır sualdı. Buna cavab vermək çətindi. Heç klubun aqibətinin necə olacağını bilmirəm. Bu klubu sevirəm. Ürəyimi verməyə hazıram. Acınacaqlı durumdu. Ümidverici heç nə yoxdu. Sadəcə, sözlərdi, əməl yoxdu. Söz verirlər ki, yaxşı olacaq. Lakin 100 faizlik heç nə görünmür. Avrokuboklardan danışmaq tezdi. Klubdakı futbolçuların əksəriyyətinin müqaviləsinin müddəti bitir. 

- Milli komandamız bu heyətlə Almaniya ilə oyunda nəyə ümid edə bilər. Orta xətt oyunçularının çoxu öz klublarında əsas heyət üzvü deyillər...
- Baş məşqçinin qərarıdı. Kimi hazır sayırsa, onu çağırır. Mənə maraqlı olan ölkənin bayrağıdı. 


 
tarix: 19-03-2017 02:46

 



Xəbərlər
27.05.2017
11:34 Ronaldo 6 milyon ödədi - Həbsdən yayınmaq üçün
10:39 İlk dəfə olacaq - Çempionlar Liqasının tarixində
10:12 Messi finalda “zebra” ilə oynayacaq - Foto
05:47 "Arsenal"da itki - Finalı buraxacaq
03:19 Bunun üçün əvvəlcə Messi və Ronaldonu öldürməliyəm - Balotelli
02:13 Milik və Zelinskiylə bağlı tələb - Heyətdən çıxarılsınlar!
01:38 “Mançester Siti”dən ilk transfer - Foto
01:03 Gözlənilən oldu - Millinin "sükan"ı ona həvalə edildi
00:56 Millimiz Ukraynaya da uduzdu
26.05.2017
22:12 “Transferdə yeganə problem onun porno ulduz olmaq istəməsidi”
21:16 Avroliqanın ən yaxşı qolu müəyyənləşdi - Video 
20:33 Ərdoğandan maraqlı göstəriş - ...yığışdırılsın!
19:12 Sneyder arzusuna çatdı - İbizada...
18:03 Millimizə Almaniyadan iki futbolçu çağırıldı
17:44 Futbolun gərəksiz olduğu görünür - Belə hadisədən sonra
17:23 Arda özündən çıxdı: “Sən Allahsan, kimisə mühakimə edirsən?”
17:09 Prandellinin yeni iş yeri bəlli oldu
16:37 Baş məşqçidən “Qarabağ”lıya dəvət
16:22 Zabaleta yeni klubu ilə müqavilə bağladı - Foto
16:08 Baş məşqçidən Neymarı məyus edəcək açıqlama
15:40 300 min qazanacaqlar - Çempion olsalar
15:21 Mourinyo 75 milyon tələb edir - “Real”dan
15:05 Azərbaycan klublarının transfer bazarlığı - Yenilənir
14:42 “Vest Hem” Gökhan Törəylə bağlı qərar verdi
14:23 Qattuzo “Milan”a qayıtdı
14:04 Kapello Mourinyoya ilişdi - MY darıxdırıcı komandadı
13:25 Podolskidən maraqlı paylaşım - Foto
12:49 Rəsmi: “Kəpəz” 3 legionerlə vidalaşdı
12:37 Prosineçkiylə bağlı iddia: Avstriyada “Bursaspor” rəsmiləriylə görüşür
12:26 “Qəbələ”: 11 komanda, 10 medal
12:19 AFFA klubların lisenziyalarını təqdim etdi
12:09 Xahiş etdi - Kömək edin, klubumu dəyişim
11:46 “Neftçi”nin müdafiəçisi milliyə çağırıldı
11:38 “Barsa”nın böyüklüyünün sübutudu - “Real”lıların hərəkəti
11:17 “Qəbələ” üçün “Dinamo”
11:04 CAR-ın baş məşqçisi: Başa düşməlidi ki, İtaliyada yox, Azərbaycanda çıxış edir
11:00 Heydər Əliyev kubokunun püşkü atıldı - Bu gün başlayır
10:40 Fanatlar onu adı olan bütün formaları alacaqlar - Qayıtsa
10:26 Günün oyunları - TV

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2014 © komanda.az