Rəşad Ergün
bütün yazıları
Natiq Muxtarlı
bütün yazıları
Hüseyn Cəbrayıloğlu
bütün yazıları
Vüqar Məmmədov
bütün yazıları


İşsizlərin “Ümid”i və ya o məşhur mövsümün qurbanı - Yazı

Komanda.az saytı AFFA yanında Media Komitəsinin maliyyə dəstəyiylə “Fəaliyyətini dayandırmış Azərbaycan klubları - Səbəblərin araşdırılması” layihəsinin ikinci hissəsinin icrasını davam etdirir.

İlk Azərbaycan çempionatının keçirildiyi 1992-ci ildən bəri onlarla klub tarixin yaddaşına köçüb. Bu komandalar arasında hələ sovet dövründən ölkə çempionatlarında çıxış etmiş, bir neçə çempionatın iştirakçısı olan, müəyyən azarkeş kütləsinə malik bölgə təmsilçiləriylə yanaşı, çox qısa müddətdə görünüb “yoxa çıxmış”, azarkeşlərin böyük çətinliklə xatırladığı komandalar da var. Azərbaycan futbolunun tozlu səhifələrində ilişib qalmış belə komandalardan biri də “Ümid”di.

İşsiz qalmış futbolçuların “Ümid”i

Əslində, bu komandanın çox maraqlı yaranma tarixi var. “Ümid” hansısa iş adamının “komanda yaratmaq” həvəsinin yox, işsiz qalmış futbolçuların oynamaq həvəsi nəticəsində dünyaya göz açıb.

1999/2000-ci il mövsümündə çempionatda heç də zəif komandalardan sayılmayan “ANS-Pivani” çətin günlərini yaşayırdı. Komanda mövsümü 5-ci pillədə başa vursa da, sponsorlar kluba maliyyə yardımı ayırmaq istəmirlər. Buna baxmayaraq, bu klubun futbolçuları mövsüm başa çatdıqdan sonra da bir yerdə məşqlərini davam etdirirlər. Artıq “ANS-Pivani”nin bəzi üzvləri digər komandalara üz tutmuşdu. Özünə klub tapmayanlar isə formalarını itirməmək üçün bir yerdə məşqlərini davam etdirirdilər. Yeni mövsümün startına az qalmış, işsiz futbolçular komanda yaradaraq, həvəskarlar liqasında çıxış etmək qərarına gəlirlər. Artıq tarixin yaddaşına köçmüş “ANS-Pivani”nin ən təcrübəli üzvlərindən biri - Məqsəd Yaqubəliyevin rəhbərliyi ilə yeni komanda yaradılır. İşsiz qalsalar da, gələcəyə inamla, ümidlə baxan işsiz futbolçuların yaratdığı komanda “Ümid” adlandırılır. Komandanın təsisçisi, həm də baş məşqçisi olmuş Məqsəd Yaqubəliyev klubun yaradılmasını belə xatırlayır:

“2000-ci il idi. O vaxt biz “ANS-Pivani”də oynayırdıq. Mövsüm başa çatdıqdan sonra komandanın fəaliyyətini davam etdirib-etdirməyəcəyi bəlli deyildi. Ancaq biz məşqlərimizi davam etdirirdik. Sonda sağ olsun, bəzi dostlarla söhbət etdik və komanda yaratmağı qərara aldıq.

Komandanın adının “Ümid” olması qərarına gəldik. Klubu belə adlandırmağımıza əsas səbəb komandanın gələcəyə ümid kimi yaradılması idi. Amma burda başqa bir incə məqam da var idi. Bildiyiniz kimi, ilk Azərbaycan çempionatında Cəlilabadı “Ümid” adlı komanda təmsil edirdi. Bizə maddi yardım göstərən şəxslərdən biri də cəlilabadlı idi. Komandanı belə adlandırmağımızda bu amil də müəyyən rol oynadı. Ancaq əsas səbəb məhz gələcəyə ümidlə baxmağımız idi.

Bizim komandanı yaradarkən əsas məqsədimiz futbolçuların boş qalmaması idi. Düzü, komanda yaradılarkən birbaşa birinci divizionda yox, həvəskarlar liqasında çıxış etməyi planlaşdırırdıq. Amma sonradan güclülər dəstəsində oynamış başqa oyunçular da bizim komandada oynamaq istədiklərini bildirdilər. Gördük ki, komandanın böyük hissəsi güclülər dəstəsi təcrübəsi olan oyunçulardı. Bundan sonra birinci divizionda çıxış etməklə bağlı AFFA-ya müraciət elədik. Biz müraciət edəndə birinci divizionda mövsüm artıq start götürmüşdü. Ancaq AFFA-nın o vaxtkı vitse-prezidenti Toğrul Hacıyev sağ olsun, komandanı çempionata buraxmağa icazə verdi. Bu qərarda “Ümid”in heyətinin 80 faizinin “ANS-Pivani”nin oyunçularından təşkil edilməsi də əsas rol oynadı.

Komandaya heç bir şirkət sponsorluq etmirdi. “Ümid” ayrı-ayrı fiziki şəxslərin yardımı ilə yaşayırdı. Yəni konkret bir sponsorumuz yox idi. Buna baxmayaraq, klubda qarşılıqlı münasibət, nizam-intizam çox ideal səviyyədə idi”.

İlk cəhddə uğur

Klubsuz qalmış oyunçuların özünü sübut etmək istəyi, arzusu elə ilk mövsümdə bəhrəsini verir. “Ümid” birinci divizionda keçirdiyi elə ilk mövsümdə yüksək liqaya vəsiqə qazanır. Klub 12 komandanın yarışdığı çempionatı 2-ci pillədə başa vurur. “Ümid” birinci divizionun 2000/01 mövsümünü çempionatı 1-ci pillədə başa vurmuş OİK-lə eyni - 53 xalla bitirir. “Hərbçilər” “Ümid”i yalnız top fərqində üstələyir. İlk mövsümündə hədəfə çatan komandanın oynayan baş məşqçisi Məqsəd Yaqubəliyevin sözlərinə görə, onların oyununa o dövrdəki AFFA prezidenti Fuad Musayev də xüsusi maraq göstərirdi:

“Komanda birinci divizionda çox nümunəvi təsir bağışladı. Həm nəticə, həm də intizam cəhətdən. Başqa klublara örnək kimi göstərilirdik. Hətta o vaxtkı AFFA prezidenti Fuad Musayev dəfələrlə gəlib bizim birinci diviziondakı oyunlarımıza baxmışdı. Komanda yaxşı təsir bağışlayırdı. Yeni komanda olsaq da, oyunçular uzun müddət bir yerdə çıxış etmişdilər. Heyətdəki oyunçuların çoxu sovet futbol məktəbi keçmişdi. Həmin mövsümün nəticələrinə əsasən, biz güclülər dəstəsinə vəsiqə qazandıq”.



“Təfəkkür”ə çevrilən “Ümid”

Komanda yaradılanda həvəskarlar liqasında oynamağı planlaşdıran futbolçular artıq yenidən güclülər dəstəsinin sakininə çevrilmişdilər. Ancaq komandanın qarşısında dayanan ən böyük problem - maliyyə çətinliyi həll edilməmiş qalmışdı. “Ümid” güclülər dəstəsində keçirdiyi ilk oyunda “Neftçi”yə böyük hesabla uduzsa da (0:4), sonradan nəticələriylə hamını təəccübləndirməyi bacarır. Heç kimə lazım olmayan futbolçulardan təşkil edilmiş, güclü maliyyə dayağına malik olmayan debütant çempionatın ən imkanlı komandalarından “Qarabağ-Azərsun”u məğlub edir - 1:0. Bir neçə tur sonra komanda son çempion “Şəmkir”dən xal almağı bacarır - 1:1. Lakin maliyyə məsələləri özünü göstərir. Bir müddət sonra uğurlu nəticələri böyük hesablı məğlubiyyətlər əvəz edir. Komanda “ilk altılıq”dan kənarda qalır. Məqsəd Yaqubəliyev deyir ki, komandanın ilk turlarda uğurlu çıxış etməsinə əsas səbəb, bütün futbolçuların bir məqsəd üçün çalışması idi:

“Güclülər dəstəsinə vəsiqə qazandıqdan sonra da yaxşı təsir bağışlayırdıq. Ancaq təəssüf ki, sonradan maliyyə problemləri baş qaldırdı. Bizə söz vermiş insanların çoxu kənara çəkildi. Komandada problemlər başladı. O vaxt çempionatda çıxış edəndə üzvlük haqqını əvvəlcədən keçirməli idin. Biz üzvlük haqqını ödəmişdik. Yerdə qalmışdı oyunçuların maaşlarını və oyun, məşq üçün stadionun icarə haqqını vermək. Amma bu məsələni də yoluna qoya bildik. O vaxt komandadakı uşaqlarla uzun müddət bir yerdə oynamışdıq. Buna görə, maliyyə problemlərinə baxmayaraq, oynayırdılar. Hamımızın dərdi bir idi”.

“Ümid” “altılıq”dan kənarda qalsa da, komanda üçün sevindirici hadisə baş verir. Ali təhsil müəssisəsi Təfəkkür Universiteti komandaya sponsorluq etməyi boynuna götürür. Komanda çempionatın ikinci yarısında məhz buna görə “Təfəkkür Universiteti” adı altında çıxış edir. Amma komanda debüt mövsümünü başa vurmağa müyəssər olmur. Çempionatın final mərhələsində Azərbaycan futbolunda ölkəmizi iki mövsüm avrokuboklardan kənarda qoyacaq məşhur qalmaqal baş verir, çempionat yarımçıq dayandırılır.

Yaqubəliyev həmin dövrü belə xatırlayır:

“Güclülər dəstəsindəki ilk mövsümümüzün gedişində çempionat dayandırıldı. Artıq çempionatın final mərhələsi başlamışdı. Həmin vaxt Təfəkkür Universiteti bizə maddi yardım etməyi öz üzərinə götürdü. Çempionatın müəyyən hissəsini “Təfəkkür Universiteti” adıyla oynadıq. Təxminən bir neçə tur sonra çempionat dayandırıldı. Təşkilat Komitəsinin rəhbərliyi altında klublar çempionatı davam etdirdi. Amma bu çempionat qeyri-rəsmi idi. Çempionatdan sonra isə ölkə futbolunda fasilə yarandı”.

Qeyri-müəyyənlikdə sponsor axtarışı və... tükənən “Ümid”

Azərbaycan futbolundakı qalmaqal klubların onsuz da pis olan vəziyyətini bir az da çətinləşdirir. Ölkə futbolunda qeyri-müəyyənliyin hökm sürməsi sponsorları klublardan uzaq tuturdu. Məhz bu dövrdə “Ümid” yenidən sponsorsuz qalır. Təfəkkür Universiteti komandaya sponsorluq etməkdən imtina edir. Beləliklə, komanda yenidən “Ümid”ə çevrilir.

“Ümid” güclülər dəstəsinin 2003/04 mövsümündə də çıxış etmək qərarına gəlir. Demək olar, heç bir yardım olmadan çempionata başlayan komanda, sponsor tapılana qədər fəaliyyətini davam etdirməyi qarşısına məqsəd qoymuşdu. Ancaq gözlənilən kömək gəlmir və komanda çempionatda ikinci texniki məğlubiyyətini alaraq, güclülər dəstəsindən kənarlaşdırılır. “Ümid” mövsümün yarısını başa vura bilmədiyindən, komandanın nəticələri də ləğv edilir.

Məqsəd Yaqubəliyevin dediyinə görə, komandaya sponsor axtarışları məhz ölkə futbolunda hökm sürən qeyri-müəyyənliyə görə boşa çıxır:

“Fasilə müddətində belə qərara gəlindi ki, mütləq son çempionatda çıxış etmiş komandaların iştirakıyla çempionat başlamalıdı ki, seçkilərə gedilsin. Yeni başlayacaq çempionatda biz də çıxış etmək qərarına gəldik. Bir çox sponsorla danışıqlar aparırdıq. Ancaq həmin dövrdə Azərbaycan futbolunda olan qeyri-müəyyənlik sponsorların komandaya kömək etməsinə mane olurdu. Lakin sonradan gördük ki, bu qeyri-müəyyənlik aradan qalxdıqdan sonra həmin sponsorların bir çoxu klublara yiyə durdular. Bu söhbətlər 2003-cü ildə olub. Cəmi bir il sonra, 2004-cü ildə çoxlu komanda peyda oldu. Bizə lazım idi ki, bu qeyri-müəyyənlik dövründə komandanı yaşadaq. Gələcək göstərdi ki, bu dövr başa çatdıqdan sonra bir çox komanda, məsələn, “Xəzər Universiteti”, “Dinamo” kimi komandalar yeni sponsorlarına qovuşaraq, “İnter” və “Bakı”ya çevrildilər. Bizi də imkanlı sponsorlardan biri himayəyə götürə bilərdi. Ancaq komandanı həmin dövrə qədər yaşada bilmədik, gücümüz tükəndi.

Bir çox sponsorlarla danışıqlar aparmışdım. Hətta əvvəlki çempionatda bizə dəstək göstərmiş, ancaq sonradan yardımı dayandırmış Təfəkkür Universitetinə də müraciət etdim. Onlar futbola ayıracaq qədər vəsaitlərinin olmadığını dedilər. Mənə müəyyən kiçik köməklik edə biləcəklərini, lakin komandanı sponsorluğa götürə biləcək imkanlarının olmadığını bildirdilər. Bizə də bir çox sponsor kömək etmək istəyirdi. Ancaq mövcud vəziyyətə görə komandaya yaxın durmadılar. Həmin sponsorlar gözləmə mövqeyi tutdular. Biz isə bu qeyri-müəyyənlik aradan qalxana kimi öz imkanlarımız hesabına, məhdud şəraitdə çıxışımızı davam etdirmək qərarına gəldik. Ancaq təəssüf ki, çox davam gətirə bilmədik. Artıq iki texniki məğlubiyyətdən sonra qaydalara əsasən, çempionatdan çıxarıldıq. Çempionatdan kənarlaşdırıldıqdan sonra isə komanda tarixə qovuşdu”.

Gələcəyə “Ümid”

Komanda artıq 14 ildi Azərbaycan futbol səhnəsindən silinib. Amma komandanın təsisçisi Məqsəd Yaqubəliyevin sözlərinə görə, “Ümid” dağıldıqdan iki il sonra yenidən həyata qayıda bilərdi. Lakin son anda bu, mümkün olmayıb. Yaqubəliyev “Ümid”in yenidən futbol səhnəsinə qayıdacağına inandığını deyir:

“Həyatda hər şey ola bilər. Elə şərait yetişər ki, “Ümid” yenidən həyata qayıda bilər. Komanda Ədliyyə Nazirliyində qeydiyyatdan keçib, sadəcə, fəaliyyətini dondurub. Əslində, 2005-ci ildə, komanda dağıldıqdan bir neçə il sonra belə bir variant olmuşdu. Hətta bu məsələylə bağlı AFFA-ya da müraciət etmişdilər. Adlarını açıqlamaq istəmirəm. Onda Qazax “Göyəzən”ində çalışırdım. Mən özüm dedim ki, “istəyirsiz, bütün hüquqları verim, komandanı götürün”. Dedim “nə vaxtsa, mənə ehtiyac olsa, mən də komandada yer alaram”. Demək olar, hər şey razılaşdırılmışdı, sənədlər də hazırlanmışdı. Ancaq son anda alınmadı. Düzü, problemin nə olduğuyla yaxından maraqlana bilmədim. Çünki başqa yerdə çalışırdım. Bildiyim qədəriylə, AFFA-dan çempionatda çıxış etmək üçün maliyyəylə bağlı təminat istəmişdilər. Həmin şəxslər isə bunu qarşılaya bilməmişdilər”.

Qeyd: Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.

Komanda.az


 
tarix: 18-03-2017 14:24

 



Xəbərlər
26.04.2017
23:26 Bu xəyalıma heç vaxt xəyanət etməmişəm - Totti
22:06 Simeoneni ağır cəza gözləyir
21:13 “Messi və Maradonadan daha yaxşı idim”
20:06 Premyer Liqada ağır cəza - 18 aylıq kənarlaşdırıldı
19:09 "Qarabağ"ın hücumçusu ölkəsində ən yaxşı seçildi
18:08 “Bursaspor”dan Prosineçkiylə bağlı - Bəyanat 
17:31 “Qalatasaray” “Liverpul”luya göz dikib - Danışıqlar gedir
17:12 PFL prezidentini məyus edib - Messinin qolu
16:49 İslam Oyunlarında Azərbaycanı hansı futbol hakimləri təmsil edəcək?
16:47 “Xavi mənim düşmənimdi”
16:30 “Neftçi” - “Qarabağ” matçının hakimi məlum oldu
16:23 815 dollarlıq şam etdi, 5 min “çay pulu” verdi - Foto
16:06 Diniyev Tovuza gedir
15:45 Mən həmişə demişdim... - Şvaynştayger
15:19 “Kəpəz” Gəncədəki oyuna Bakıda hazırlaşır
15:09 “Özümü öldürərəm, amma o komandada oynamaram”
14:42 O, “Real”dan ayrılır? - Həyat yoldaşı danışdı
14:26 “İnter”dən radikal qərar - Müdafiə xətti dəyişəcək
14:11 Hollandiya millisindən o da imtina etdi - Ümid Advokatadı
13:34 İngiltərə klubları şokda - Polis basqın etdi, baş direktor həbs edildi
13:05 Azərbaycan - Şimali İrlandiya matçının stadionu dəyişdi
12:53 Rəşad Sadıqova “xeyir-dua”nı Ludolph verdi - Foto
12:42 “Çelsi” və “Borussiya” “müharibə”yə hazırlaşır - 17 yaşlı istedada görə
12:20 Tələs, Mehman Rəsulov!
12:11 “Bavariya”ya məsləhət - Ona diqqət yetirin
11:55 Serxio Ramosun cəzası açıqlandı
11:46 Mançester derbisində kim sevinəcək? - Afişa
11:25 Ona hər gün “karyeranı bitirmə” deyirəm - Ançelotti
11:13 Cəmiyyət etiraz etdi - Qapıçını həbsxanaya qaytardılar
10:44 Messi “Real”la oyunda dişini itirib - Foto
10:22 Günün oyunları - TV
10:17 Çempion “Barsa” olacaq, “Real”a heç nə çatmayacaq - Zidan
10:03 “Qarabağ” - “Qəbələ”: Başlama saatı məlum oldu
06:27 “Liverpul”da itki - Mövsümü başa vurdu 
03:26 “Ayaks”ın stadionu onun adını daşıyacaq
01:40 Almaniya kuboku: “Ayntraxt” “lotoreya”da sevindi
01:21 "Atletiko" evdə uduzdu
01:16 Fransa kuboku: İlk finalçı bəlli oldu
01:01 "Çelsi" "Sautqempton"a şans vermədi
00:12 Kavani daha 3 il Parisdə
25.04.2017
23:58 “Forza Neftçi”dən bəyanat - ... istefa verməsini sərt şəkildə tələb edirik 
23:11 Prosineçki ilə bağlı yeni iddia - "Bursaspor"a keçəcək?
22:11 "Qəbələ" Tiflisdə 6-cı oldu
21:36 Təmsilçilərimiz “sülh bağladı”
20:51 Federasiyadan jurnalisti döyən futbolçulara cəza
19:53 “Borussiya” Nuri Şahinlə bağlı qərar verdi
18:25 Komandamızın liderlərini göndərmək barədə düşünmürük - Şekspir 
17:41 Braziliyalı modeldən Messiylə bağlı özəl paylaşım - Fotolar
17:26 “Real”ın Beyl dərdi
17:12 Ən yüksək maaş təklif edildi - Çiçaritoya 
16:44 Mançesterlilər ondan əl çəkmirlər
16:20 “Real”la cavab oyununda meydana çıxmamalıydım, çünki... - Hummels 
16:03 AZAL, “50”-ni aşırdın, “100”-ə nə qaldı?
16:01 Yenə həmin “üçlük”...
15:56 Qol, qol, qol!
15:53 Millimiz ilk oyunda uduzdu
15:38 “Real” onunla yeni müqavilə bağlayacaq - İki dəfə çox qazanacaq
15:31 “Neftçi” məşqçilərini cərimə edəcək
15:26 “Birincilər”də son turun oyun cədvəli məlum oldu
15:05 “Neftçi” - “Qarabağ” matçının vaxtı açıqlandı
14:43 O, kapitan olmaq istəmir - Mən elə oğlan deyiləm
14:24 “Barsa” ondan razıdı - Yeni müqavilə bağlanacaq
14:02 AFFA “Energetik” - “Bakılı” matçını 15 dəqiqə “donduran” hakimlə bağlı qərar verdi
13:47 “Neftçi”nin texniki məğlubiyyəti rəsmiləşdi!
13:32 “Qarabağ” 7 qol vurub, “gümüş”ə sahib çıxdı
13:19 Şarapova qayıdır - 15 ay sonra 
12:47 “Qızıl top” Luis Suaresindi? Bəli! - Yazı+Fotolar
12:04 “İnter” onlardan cavab gözləyir - 20 gün vaxt var
11:42 “Real”dan “Yuve”yə təklif - Onları götür, Dibalanı ver
11:23 Günün oyunları - TV

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2014 © komanda.az