Natiq Muxtarlı
bütün yazıları
Mehman Muradlı
bütün yazıları
Hüseyn Cəbrayıloğlu
bütün yazıları
Vüqar Məmmədov
bütün yazıları


Ramin Musayev həbs olunacaq

Natiq Muxtarlı email: natiq_muxtarli@mail.ru

AFFA UEFA-nın tələbi qarşısında tab gətirə bilmədi, Azərbaycan futbolundakı oyun alveriylə bağlı qərar verdi. “Şərurspor” və “Rəvan” birinci diviziondan uzaqlaşdırıldı. Və bir neçə futbolçu “qurbanlıq” seçildi. Heç şübhəsiz, Azərbaycan futbolunda oyun alveri olub, var və yenə də olacaq. Xüsusən də, birinci divizion əsl “bazar”dı. Ancaq AFFA niyə məhz “Şərurspor”u və “Rəvan”ı cəzalandırdı?

Səbəb çox aydındı. “Rəvan”ın sponsoru “Nurgün Motors”un şefi Nuru Əliyevdi. Bu komanda AFFA-dan maliyyələşmirdi, sahibkarın nəzarətində idi. “Şərurspor”un prezidenti isə həbsdədi. AFFA UEFA-nı razı salmaq, daha doğrusu, başını aldatmaq üçün qismən özünün nəzarətində olmayan iki klubu futboldan sildi.

Rövnəq Abdullayev Nuru Əliyevin futbol təsərrüfatına yatırım etməsinə qadağa qoyduğu gün bildirmişdi: “Yayda “İnter”ə sponsor tapmağa çalışacağıq”. Yalan deyir, özü də gözünün içinə qədər. AFFA prezidentinə futbol təsərrüfatında kənar sponsor lazım deyil. O, bütün klubların öz nəzarətində olmasında maraqlıdı. Ona futbol təsərrüfatına sponsor cəlb etmək maraqlı olsaydı, Nuru Əliyevi burdan didərgin salmazdı.

Azərbaycan futbolunda alver bundan sonra da olacaq. Heç şübhəniz olmasın, birinci divizionun oyunlarında nəticələr yenə də AFFA-nın divarları arasında müəyyənləşəcək. Azərbaycan futbolunda alveri məhv etmək üçün “Rəvan”, “Şərurspor” cəzalanmamalıydı, Ramin Musayev bu təsərrüfatdan ilim-ilim itirilməliydi. Birinci divizionda bütün komandalar bu şəxsin nəzarətindədi və onun diqtəsiylə oturub-dururlar.

Nə qədər ki, PFL adlı qurum var, Azərbaycan futbolunda da oyun alveri olacaq. UEFA-nı isə aldatmaq mümkün deyil. Avropanın ali futbol qurumu oyun alveriylə mübarizəyə başlayıbsa, onun kökünü kəsməlidi. Heç şübhəsiz, bir müddətdən sonra UEFA-dan AFFA-ya yenə də xəbərdarlıq gələcək. Bu dəfə daha ciddi.

Azərbaycan futbolu Ramin Musayevin “oyun”unun girovluğundadı. Geci-tezi var, bu şəxs növbəti dəfə həbs ediləcək. Bu dəfə oyun alverinə görə. Amma qorxuram ki, ona qədər Azərbaycanda da futbol tamamilə məhv olsun. AFFA prezidenti isə deyəsən, qorxmur, cəsarətli şəxsdi.


 
tarix: 17-03-2017 12:23

 



Xəbərlər
23.03.2017
21:06 Reytinq açıqlandı - Millimiz yerində saydı
20:35 Qvardioladan maraqlı qadağa
19:57 Lider belə "sülh bağladı" - Video
19:20 Mətbuat onun barəsində mənfi fikir yaratdı - Mançini 
18:28 “Birincilər”in oyun cədvəli açıqlandı
18:19 Onun da hakerlərlə problemi yarandı - Fotolar
17:35 5 qol vuruldu, “Zaqatala”…
17:17 “Olimpiakos”da yeni baş məşqçi
16:42 “Real” mənim üçün böyük klub deyildi”
16:18 Arda Çinə gedəcək? - Burak Yılmazın dediyinə görə...
15:21 Messi maykası altında narkotika ticarəti - Foto 
14:47 “Beşiktaş”ın Əmrə Mor planı
14:13 Messinin cəzası yaddan çıxdı!
13:20 Prosineçki: Almaniyaya uduzmasaq…
12:14 Bizə müəyyən vaxt lazım idi ki... - Yoahim Löv
11:29 Günün oyunları - TV
11:06 Millimizin rəqibindən böyük hesablı qələbə - Video
10:45 “Leyptsiq”in hücumçusu Bakıya gətirilməyəcək
10:28 Ürəyim Azərbaycanla döyünür - Renat Dadaşov
04:26 Nainqqolan “Çelsi”yə gedir? - Konte ilə danışmışam 
02:20 Podolski milliyə möhtəşəm qolla vida etdi - Video
02:08 ÇL-də kim neçə komanda ilə təmsil olunacaq? - UEFA açıqladı
01:46 Almaniya millisi Bakıya qalib kimi gəlir
01:28 “Barselona”nın sabiq prezidenti dünyasını dəyişdi
00:12 Huntelaar “ev”ə qayıdır?
22.03.2017
23:06 Bu cür hadisələr məni komandamdan ayıra bilməyəcək - Sneyder
22:15 Almaniya millisində daha bir itki
21:32 Vengerdən Sançes və Özil açıqlaması 
20:09 AFFA-dan rəqibə azarkeşlik edənlərə atmaca - Foto 
19:48 Abubakar hamıdan üzr istədi - Bunun bir daha təkrarlanmaması üçün...
18:52 "Şalke"nin "havayı" ulduzuna 6 nəhəng göz dikib
18:17 Super Liqa klubunda yeni baş məşqçi
17:41 Bakarandze qol vurdu, millimiz...
16:45 Azərbaycan kuboku: Yarımfinalın ilk oyunlarının vaxtı açıqlandı
16:26 Mbappe üçün ilk fantastik təklif - 90 milyon avro 
15:49 462 günlük seriya qırıldı
15:37 Bir oyunda 5 yubiley
15:30 “Neftçi”nin üzvü millidən kənarlaşdırıldı
14:47 “Barselona” “Real”lının izində
14:12 “Zenit”in qızları - Fotolar
13:23 “Beşiktaş”dan Abubakara xəbərdarlıq
12:24 “İblislər”in sabiq baş məşqçisi “fillər”lə anlaşdı
11:42 Günün oyunları - TV
11:16 “Barselona”nın sabiq hücumçusu “Fənərbaxça” yolunda
10:19 "Qəbələ" rəsmiləri Kapellonun mühazirəsində
01:16 Dünyanın ən yaxşı qapıçısı... - Buffon 
00:09 Millimizin oyununu bu xanım şərh edəcək - Fotolar 

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2014 © komanda.az